Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-375/2024 28.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçilər-Ərizəçi1 və Ərizəçi3 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə X5 və X2 və Ərizəçi3 Heydər oğlunun adına verilmiş A 301593 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquqi sahiblərinin adlı siyahısındakı qeydlərin Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi3 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə Torpaq sahəsinin Plan və ölçüsü sənədində əsasən onlara 599.54 kv.metr həyətyani təyinatlı torpaq sahəsi verilmişdir. Həmin Torpaq sahəsinin adlı siyahısında o, Ərizəçi3 olduğu halda səhvən Ərizəçi3 Heydər oğlu kimi, Ərizəçi2 səhvən X3, Ərizəçi1 səhvən X1 yazılmışdır. Hazırda sözügedən torpaq sahəsini sənədləşdirmək istəsələr də, Torpaq sahəsinin Plan və ölçüsündə adlarının digər sənədlərlə uyğunsuzluğu səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Faktın müəyyən edilməsi onlara torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Odur ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə X5 və X2 və Ərizəçi3 Heydər oğlunun adma verilmiş A 301593 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquqi sahiblərinin adlı siyahısındakı qeydlərin Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Ərizəçi1 ərizəni müdafiə etdi və eyni məzmunlu ifadə verdi. Ərizəçi2 məhkəmə iclasına gəlməmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə Ərizəçi2 və maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə Torpaq sahəsinin Plan və ölçüsü sənədində əsasən ərizəçilərə 599.54 kv.metr həyətyani təyinatlı torpaq sahəsi verilmişdir. Həmin Torpaq sahəsinin adlı siyahısında Ərizəçi3 səhvən Ərizəçi3 Heydər oğlu kimi, Ərizəçi2 səhvən X3, Ərizəçi1 səhvən X1 yazılmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi2 xx.xx.1960-cı ildə ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi1 xx.xx.1959-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi3 xx.xx.1995-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçi Torpaq sahəsinin planı və ölçüsündə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə Torpaq sahəsinin Plan və ölçüsü sənədində əsasən ərizəçilərə 599.54 kv.metr həyətyani təyinatlı torpaq sahəsi verilmişdir. Həmin Torpaq sahəsinin adlı siyahısında Ərizəçi3 səhvən Ərizəçi3 Heydər oğlu kimi, Ərizəçi2 səhvən X3, Ərizəçi1 səhvən X1 yazılmışdır. Faktın müəyyən edilməsi ərizəçiyə torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən Ləzimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307-308, 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə X5 və X2 və Ərizəçi3 Heydər oğlunun adına verilmiş A 301593 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquqi sahiblərinin adlı siyahısındakı qeydlərin Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-375/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-375/2024
28.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver