Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-442/2025 29.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akta görə hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akta görə hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərişıq" ASC-nin 01 dekabr 2023-cü il tarxli, AKT R 321368 nömrəli akt üzrə 589,68 manat və 14 may 2024-cü il tarxli, AKT R 340027 nömrəli akt üzrə 618,96 manat cərimənin (maddi ziyanın) silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Beyləqan rayonunda 1-ci Şahsevən kəndində yaşayır və Qarabağda fəaliyyət göstərir. Çox çətinliklə dolanır, Qarabağ döyüşlərində iştirak etmiş və yaralanmışdır. Məlum olduğu kimi enerjidən istifadə edib, pulunu ödəmişdir. O, sonradan bilmişdir ki, ona akt yazaraq ziyana salıblar. O, elektrik enerjisindən istifadə etmişdir. Pulunu da vaxtlı vaxtında ödəmişdir. "xxxx" ASC-nin əməkdaşları guya onun sayğacından kənar xətt olduğuna görə akt tərtib edilmişdir. O, xətdən kənar qeyri xət çəkməmişdir.Həyətdə və evdə tikinti işləri aparan zaman xətt uzadılmış və bir əmələ görə iki dəfə akt yazılmışdır. Eyni məzmunlu aktla cərimə edilmişdir. O, yaraları olduğu üçün çox əziyyət çəkir və tez tez müalicələrdə olur. “Azərişıq" ASC-nin 01 dekabr 2023-cü il tarxli, AKT R 321368 nömrəli akt üzrə 589.68 manat və 14 may 2024-cü il tarxli AKT R 340027 nömrəli akt üzrə 618.96 manat cərimə edilmişdir. Sayğaca və ya elektrik xəttinə müdaxilə etməmişdir. Sayğacdan kənar xətdən istifadə etməmişdir. Elektriklə işləyən güclü bir aparatıda yoxdur. Ayda 10-13 manat elektrik enerjisindən istifadə edirlər. Onun aktdan yeni xəbəri olmuşdur. Beyləqan işıq İdarəsinə müraciət etdikdən sonra çətinliklə aktların surətini almışdır. Nəzarətçidə hər ay sayğaca baxmışdır,əlavə xətt olsa yəqin məlumat verərdi. O, "xxxx" ASC-nin Nəzarət departamenti Satışa Nəzarət İdarəsinin aktı ilə razı deyildir. Ona görə də akt ləğv edilməlidir. O, heç bir elektrik xəttinə müdaxilə etməmişdir və əlavə xətdən istifadə etməmişdir.“Azərişıq " ASCnin aktları üzrə cərimənin silinməsi barədə qətnamə çıxarılmalıdır. 25 aprel 2025-ci il tarixdə cavadeh "xxxx" ASC tərəfindən iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş 01 dekabr 2023-cü il tarxli, AKT R 321368 nömrəli akt üzvə 589.68 manat və 14 may 2024-cü il tarxli, AKT R 340027 nömrəli akt üzrə 618.96 manat cərimənin (maddi ziyanın) silinməsi barədə tələbi qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə ərazidə reyd keçirərkən 01 dekabr 2023-cü il tarixdə iddiaçının yaşadığı evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçı hər iki halda elektirik sayğacının giriş xəttini divarın üst tərəfindən zədələyərək hesablaşma elektirik sayğacından kənar elektirik xətti vasitəsi ilə elektirik şəbəkəsinə qanunsuz qoşulmuşdur. Bu isə “EEİQ-nın 8.17-ci, həmçinin “EQQQ-nın İ-V bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə İddiaçı barəsində 01 dekabr 2023-cü il tarxli, AKT R 321368 nömrəli akt və 14 may 2024-cü il tarxli, AKT R 340027 nömrəli aktlar tərtib edilmiş və hesabat aşağıdakı qaydada aparılmışdır. 01 dekabr 2023-cü il tarxli, AKT R 321368 nömrəli akt üzvə 4,8 kvt x 24 saat x(0,7) x 60 gün +4536 kvts, (4536 kvts x 0,13 man=589,68 manat). Cəmi 589,68 manat məbləğində əlavə ödəniş hesablanmaqla, müəssisəyə vurduğu ziyan kimi 4536 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa olunmuşdur. 14 may 2024-cü il tarxli, AKT R 340027 nömrəli akt üzrə 3,5 kvt x 24 saat x(0,7) x 90 gün +5292 kvts, (600 kvts x 0,08 man=48 manat),(300 kvts x 0,09 man=27 manat), (4392 kvts x 0,13 man +570,96 manat). Cəmi 645,96 manat məbləğində əlavə ödəniş hesablanmaqla, müəssisəyə vurduğu ziyan kimi 5292 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa olunmuşdur. Aktlar qanuni və əsaslı olaraq tərtib edilmişdir. Belə ki, EEİQ-nın 8.17-ci bəndində göstərilir ki, 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qeyd olunduğu kimi, qüvvədə olan EEİQ-nın tələbinə görə, enerji təchizatı müəssisəsi onun hesabatını apararkən heç bir haldan asılı olmayaraq sutkanın 24 saatını və on iki aydan çox olmayan müddəti əsas götürə bilər. Bunun üçün yol verilmiş həmin pozuntu faktının aşkarlanmasının özü belə kifayət edir. Ona görə də aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Çünki, qüvvədə olan “EEİQ”-nın 8.17-ci bəndindən görünür ki, məişət abonenti (o cümlədən iddiaçı) tərəfindən həmin bənddə nəzərədə tutulmuş pozuntu hallarına yol verildikdə onu şəbəkədən açmaq elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən 24 saatı nəzərə alınmaqla buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə onunla yenidən hesablaşmaq enerji təchizatı müəssisəsinin hüququdur. İddiaçının mülki hüquq pozuntusuna yol verməsi faktı 01 dekabr 2023-cü il tarxli, AKT R 321368 nömrəli akt və 14 may 2024-cü il tarxli. AKT R 340027 nömrəli akt ilə rəsmiləşdirilmişdir. Bu halda yenidən hesablaşma aparmaq enerji təchizatı müəssisəsinin nəinki hüququdur, hətta borcudur. Beləliklə, iddiaçı 1160,64 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə, həmin zərəri tam həcmdə ödəməlidir. Bununla belə qeyd edilir ki, iddiaçı barəsində tərtib olunmuş 01 dekabr 2023-cü il tarixli R 321268 nömrəli aktın hesabatına yenidən baxılması üçün "xxxx" ASC-yə ərizə ilə müraciət etmişdir. Onun müraciətinə 23 fevral 2024-cü il tarixdə baxılmış və barəsində tərtib olunmuş 01 dekabr 2023-cü il tarixli R 321268 nömrəli aktın hesabatı 30 gün ərzində hesablanmışdır. Belə ki, 4,5 kvt x 24 saat x(0,7) x 30 gün=2267 kvts. Tarif(-100 kvts x 0,09 man = 9,00 man), Tarif (-1968 kvts x 0,13 man = 255,88 man). Cəmi 280,88 manat məbləğində ödəniş hesablanmışdır. Beləliklə İddiaçı barəsində 01 dekabr 2023-cü il tarixli və14 may 2024-cü il tarixli R340027 №-li aktlar üzrə cəmi 926,84 manat məbləğindı sərfiyyatın dəyəri hesablanmışdır. Məlumdur ki, enerji daşıyıcıları strateji təyinatlı məhsullardır və ondan düzgün istifadə edilməsi dövlət maraqları ilə bilavasitə bağlıdır. Beləliklə, qeyd edilənlər İddiaçı iddia tələbinin əsassız olduğunu, buna görə də tərtib edilmiş müvafiq aktın qanuni və əsaslı olduğunu təsdiq etdiyindən həmin tələbə etiraz edir və hesab edirlər ki, tələb məhkəmə tərəfindən təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "Azərişıq” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 01 dekabr 2023-cü il tarixli, R 321368 nömrəli aktın surətindən görünür ki, EEİQ-a uyğun olaraq elektrik hesabat sayğacına baxış keçirilən zaman tərəflərindən müəyyən olunmuşdur ki, abonent sayğacın giriş xəttini hasarın üzərində zədələyərək, üzərinə taxta vuraraq kənar xətt qoşmaqla enerjidən birbaşa istifadə edir. Aşkar olunmuş qüsur abonentə bildirildi. Tələb: Sayğacın giriş xətti yenisi ilə əvəz olunsun. Akta hesablanmış məbləğ geri ödənilsin. Əks halda enerji verilişi dayandırılsın. 14 may 2024-cü il tarixli, R 340027 nömrəli aktın surətindən görünür ki, yoxlama müəyyən olunmuşdur ki, abonent sayğacın giriş xəttini divarın üst tərəfindən zədələyərək əlavə xətt qoşub. Sayğacdan kənar xəttdən istifadə edir. Yüksəkdə olduğuna görə kənar xəttədn axan yükü ölçmək mümkün olmamışdır. Hesabat naqilin en kəsiyinə uyğun aparalıcaqdır. Naqilin en kəsiyi 2 x 4mm. Tələb: Hesablanacaq məbləğ ödənilsin. Sayğacın sxemi EEİQ-nə uyğun quraşdırılsın.Əks halda enerji verilişi dayandırılsın. Abunə haqqında sənəddən görünür ki, abunə kodu **********01762 olan İddiaçı 01 dekabr 2023-cü il tarixli akt üzrə 280,8 manat, 14 may 2024-cü il tarixli akt üzrə 645,96 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları"nın 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 01 dekabr 2023-cü il tarxdə və 14 may 2024-cü tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu **********01762) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, həmin ünvanda kənar xətdən istifadə faktı aşkar edilmiş, bununla əlaqədar aktlar tərtib edilmiş və aktlara əsasən iddiaçıya müvafiq olaraq 280,8 manat və 645,96 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, akt tərtib edilərkən cavabdehin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, aktlar yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin) iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması da aktdan müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və qeyd olunan Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş 321368 və 340027 saylı aktlar etibarlı deyildir və beləliklə də həmin aktlar əsasında hesablanmış 280,8 manat və 618,96(iddiaçının tələbinə uyğun olaraq) manat məbləğində borc silinməlidir. Belə ki, iddiaçı 01 dekabr 2023-cü il tarixli akt üzrə 589,68 manat məbləğində borcun silinməsini xahiş etmiş olsa da, həmin akt üzrə hesablanmış 589,68 manat məbləğində borcun 308,88 manatı cavabdeh tərəfindən silinmişdir. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti də 899,76 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 01 dekabr 2023-cü il tarixli 321368 nörməli akta əsasən hesablanmış 280,80 manat və 14 may 2024-cü il tarixli 340027 saylı akta əsasən hesablanmış 618,96 manat olmaqla cəmi 899,76 manat məbləğində borc İddiaçı məxsus **********00452 saylı abunə hesabından silinməli, habelə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 01 dekabr 2023-cü il tarixli 321368 nörməli akta əsasən hesablanmış 280,80(iki yüz səksən manat 80 qəpik) manat və 14 may 2024-cü il tarixli 340027 saylı akta əsasən hesablanmış 618,96(altı yüz on səkkiz manat 96 qəpik) manat olmaqla, cəmi 899,76 (səkkiz yüz doxsan doqquz manat 76 qəpik) manat məbləğində borc İddiaçı məxsus **********00452 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-442/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-442/2025
29.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver