Məhkəmə qərarları › İş №2(020)-446/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-446/2024

16.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-446/2024 16.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi3, digər Ərizəçi1 vəkalətli nümayəndəsi Ərizəçi2 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Cəfərova (Məmmədova) Fatma Rəşid qızı, Ərizəçi1 Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999cu il tarixli 05 nömrəli qərarına əsasən X9, X10, X2 və X11 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-007A KOD 60709018 saylı Şəhadətnamədəki qeydlərin X12, Cəfərova (Məmmədova) Fatma Rəşid qızına, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi və digər Ərizəçi1 vəkalətli nümayəndəsi Ərizəçi2 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonunun Milabad qəsəbəsində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 05 nömrəli qərarına əsasən JN- 007A KOD 60709018 saylı dövlət aktı ilə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə o, Ərizəçi2 olduğu halda səhvən X1, X4 X5, Cəfərova (Məmmədova) Fatma Rəşid qızı səhvən X6, Ərizəçi1 isə səhvən X7 qeyd edilmişdir. X14 xx.xx.2017-ci ildə ölmüşdür. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin şəhadətnamə ilə şəxsiyyət vəsiqələrinin üst-üstə düşməməsi səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 05 nömrəli qərarına əsasən X9, X10, X2 və X11 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-007A KOD 60709018 saylı Şəhadətnamədəki qeydlərin X12, Cəfərova (Məmmədova) Fatma Rəşid qızına, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdir. Digər ərizəçi Cəfərova (Məmmədova) Fatma Rəşid qızı ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, ərizəçilərin mülkiyyətlərinə yaşadıqları Beyləqan rayonunun Milabad qəsəbəsində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 05 nömrəli qərarına əsasən JN-007A KOD 60709018 saylı dövlət aktı ilə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi2 səhvən X1, X4 X5, Cəfərova (Məmmədova) Fatma Rəşid qızı səhvən X6, Ərizəçi1 isə səhvən X7 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1994-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, ərizəçi Cəfərova (Məmmədova) Fatma Rəşid qızı xx.xx.1975-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1963-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2017-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçilər Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçilərin mülkiyyətlərinə yaşadıqları Beyləqan rayonunun Milabad qəsəbəsində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 05 nömrəli qərarına əsasən JN-007A KOD 60709018 saylı dövlət aktı ilə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi2 səhvən X1, X4 X5, Cəfərova (Məmmədova) Fatma Rəşid qızı səhvən X6, Ərizəçi1 isə səhvən X7 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 05 nömrəli qərarına əsasən X9, X10, X2 və X11 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-007A KOD 60709018 saylı Şəhadətnamədəki qeydlərin Cəfərova (Məmmədova) Fatma Rəşid qızına, Ərizəçi2, Ərizəçi1 və mərhum X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar