Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-448/2025 15.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Beyləqan Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1, Maraqlı şəxs X2 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 01 yanvar 1995-ci il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Beyləqan rayonunun, Kəbirli kəndində oğlu, 01 yanvar 1995-ci ildə anadan olmuş X7 ilə birlikdə yaşayır. Oğlun o, saxlayır. Əmlaklarının sənədləşməsi üçün lazımdır. Hazırda həmin sənədləşmələrin aparılması Notariat kontoruna, Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasına müraciət etmişdir. Ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Sənədləşmə işləri aparmaq üçün Şamil tam fəaliyyət qabiliyyətsizdir. O, Beyləqan rayon Mərkəzi Xəstəxanasında da yatmış və müalicə olunmuşdur. Eyni zamanda Maştağada yerləşən 1 saylı Respublika Psixatriya xəstəxanasında yataraq müalicələr almışdır. Sənədləşmə işlərini aparmaq, yəni dinləmək, yazı yazmaq, imza etmək iqtidarında deyildir. Hazırda isə daha da aqressivləşmiş, ailə üzvlərini hədələyir, artıq hərəkətlər edir, gah da özünü asaraq öldürəcəyini deyir. Nə danışdığını bilmir. Ona görə də oğlu Şamilin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə lazımdır. Şamilin eyni zamanda bağırsağından da uzun bir hissəsi əməliyyatla çıxarılmışdır. Öz üdə çox əziyyət çəkir və onları da dözülməz vəziyyətə gətiribdir. Belə ki, Şamili pensiya da çıxarmaq istəyir və onun adına olan əmlakların sənədləşdirilməsi üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar lazımdır. Ərizəyə əlavə etdiyi xəstəlik sənədlərindən görünür ki, oğlu, 01 yanvar 1995-ci ildə anadan olmuş X7 əqli gerilik, ciddi davranış pozuntusu xəstəliklərindən əziyyət çəkir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizəsinin təmin edilməsini xahiş etmişdir.Həmçinin suallara cavab olaraq bildirmişdir ki, X3 əqli gerilik olduğundan heç bir yerdə işləmədiyinə görə məhkəmə qətnaməsi ilə tutulan alimenti ödəyə bilmir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Beyləqan Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 Ərizəçi 01 yanvar 1995-ci il təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən X7 xəstəlikləri olduğunu, yaddaşının olmadığını, mağazaya gedir lakin, geri qayıdanda evin yolunun yadından çıxartdığını, işləyə bilmədiyini, ona görə də ondan tutulan alimenti ödəyə bilmədiyini bildirərək, atası Ərizəçi onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 06.01.202-ci il tarixli arayışdan görünür ki, 01 yanvar 1995-ci il təvəlüddlü X2 atası Ərizəçi və anası X6r. xx.xx.2024-cü il tarixli 101426 nömrəli Tibbi Arayışdan görünür ki, X7 həqiqətən xx.xx.2024-cü il tarixdə Beyləqan RMX-da tibbi müayinədən keçdi “Meqakoion, S-vari bağırsağın burulmasına görə edilmiş laparatomiya, S-vari bağırsağın rezeksiyası, kolostomanın qoyulması əməliyyatından sonrakı vəziyyət. Yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə xəstədir və dispanser qeydiyyatındadır. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Ruhi Əsəb dispanseri tərəfindən verilmiş Tibbi Rəydən görünür ki, X5 “yüngül dərəcəli əqli gerilik, davranış pozuntusu ilə” F70.1 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 09 aprel 2025-ci il tarixli 1082 saylı rəyindən görünür ki, X3 yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Ş.Ərizəçi hazırkı psixi vəziyyətinə görə psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır malik olan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, 01 yanvar 1995-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olmadığından, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-448/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-448/2025
15.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver