Məhkəmə qərarları › İş №2(020)-450/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-450/2024

12.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-450/2024 12.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin sədri Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və X8 Komissiyasına qarşı 20.05.*986-cı il tarixdə Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olmuş qardaşı X* fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 20.05.*986-cı il tarixdə Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olmuş qardaşı X* fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəsini müdafiə etdi və göstərdi ki, qardaşı X4 20.05.*986-cı il tarixdə Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olmuşdur. Qardaşı Buqrat *0-cu sinifdə oxuyan vaxtlardan etibarən yersiz ağlamaq, gülmək, evdən qaçmaq, təkliyə meyillik, insanlardan uzaqlaşmaq, qulağına səslər gəlməsi, gözünə görüntülər görünməsi ilə bağlı onlara şikayətlər etməyə başlamışdır. Onun şikayətlərindən sonra qardaşını mütəmadi olaraq müxtəlif xəstəxanalarda müalicə elətdirsələr də son zamanlar onun xəstəliyi daha da ağırlaşmışdır. Qardaş Şizofreniya paranoid forma, fasiləsiz gedişli, qüsur halı” F20.0 diaqnozu xəstəliyindən əziyyət çəkir. Hazırda qardaşı Buqrat yetkinlik yaşına çatmasına baxmayaraq özünü idarə edə bilmir. Ümumi xəstəlikdən 220 (iki yüz iyirmi) manat İİ qrup əlilliyə görə müavinat alır. Onun başqasının qulluğuna ehtiyacı vardır. Buqratın yaşı artıqca onun səhhətində olan Şizofrenik əlamətlər dahada kəskinləşmiş, hətta o ailə üzvlərinə xəsarət yetirməsin deyə onu daima nəzarətdə saxlayır. Qarşısına çıxan hər bir şəxsə xəsarətlər yetirir. Hazırda tam fəaliyyət qabiliyyətsizdir. Ambulator və stosionar şəraitdə daimi olaraq müxtəlif xəstəxanalarda (xx.xx.2020-ci və *6.0*.202* -ci illərdə X9 Dispanserində, *8.07.2020-ci ildə Respublika Psixatriya Xəstəxanası Publik hüquqi şəxsində və s) müalicələrdə olmuşdur. *3.09.202*-ci ildən etibarən Beyləqan RMX-da “Şizofreniya. Paranoid forma” diaqnozu ilə xəstə olmaqla qeydiyyatdadır. Hazırda Buqratı götürüb yanında saxladığından və onun bütün qayğıları ilə məşğul olduğundan onun qəyyumu olmaq istəyir. Qardaşı Buqratın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və X8 Komissiyasına müraciət etmiş, ona bu barədə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, 20.05.*986-cı il tarixdə Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olmuş qardaşı X* fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və X8 Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 20 may *986-cı ildə anadan olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-dən sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron çıxarışdan görünür ki, X5 ümumi xəstəlikdən 220 (iki yüz iyirmi) manat İİ qrup əlilliyə görə müavinat alır. İşə əlavə edilmiş Azərbaycan Respublikası TƏBİB” Publik Hüquqi şəxsi “Beyləqan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin *46 saylı, **6 yanvar 2024-cü il tarixli tibbi arayışından görünür ki, Beyləqan rayon, Şərq qəsəbə sakini, 20.05.*986-cı il təvəllüdlü X3 ona görə ki, o, həqiqətən *3.09.202*-ci il tarixdən “Beyləqan RMX”- da “Şizofreniya.Paranoid forma” diaqnozu ilə xəstədir və dispanser qeydiyyatındadır. Axırıncı müraciəti *9.*2.2022-ci il tarixində olmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respuplikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 30 iyun 2024-cü il tarixli *576 saylı rəyin nəticə hissəsindən görünür ki, X2 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlarlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə ilk dəfə psixi vəziyyətində dəyişikliklər yeniyetmə dövründən başlayaraq meydana gəlməsi, ilk dövrlərdə yuxu pozuntusu, qorxu hissləri, şübhələr, həmçinin qavrama aldanmaları, qeyri-adektav hərəkətləri biruzə vermiş, psixi vəziyyəti ilə əlaqədar Ağdam Ruhi-Əsəb Dispanserində, həmçinin AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında müalicələrdə olması, AR ƏƏSMN TSEK tərəfindən *3.09.202*-ci il tarixdə müayinə edilərək “Şizofreniya, Paranoid şizofreniya, Fasiləsiz gedişli, Psixi qüsur halı Dəqiqləşdirilməmiş hipotenziya, Hipotenziya Şizofreniya əlamətləri müşahidə olunmadan kəskin polimorf psixotik pozğunluq, Kəskin polimorf psixotik pozğunluq” diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla həkimpsixiatr tərəfindən təyin edilmiş dərmanları mütəmadi qəbul etməsi, buna baxmayaraq psixi vəziyyəti ilə əlaqədar öz-özünə danışması, əsəbləşməsi, evdə aqressiv hərəkətlərə yol verməsi, davranışında qeyri-adekvatlıq ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji olması, autikliyi, passiv olaraq münasibət sayıqlama ideyaları və hallüsinator təsirə məruz qalması, öz hiss və həyəcanlarına qapılması, emosional- iradi sferasının enməsi, şəxsiyyətin qüsur əlamətləri biruzə verməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir. Beləliklə 20.05.*986-cı ildə anadan olmuş X* fəaliyyət qabiliyyətinin olmaması işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası MPM-nin 3*8.2-ci madəssinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin üz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 3*7.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*3-220, 227, 233.* və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 20.05.*986-cı il tarixdə Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar