Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-529/2024 02.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X4 adına verilmiş JN-538F saylı, KOD 60713018 seriyalı Torpağa Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan qeydin xx.xx.2021-ci ildə ölmüş mərhum X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə ölmüş mərhum analığı X5 Torpağın Mülkiyyətə verilməsinə dair JN-538F saylı, KOD 60713018 seriyalı Şəhadətnamə ilə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə 0.14 ha fərdi yaşayış evi tikdirmək üçün həyətyani topaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə mərhum analığı X8 olduğu halda yanlışlıqla X3 qeyd edilmişdir. Hazırda o, mərhumun qanuni vərəsəsi kimi həmin həyətyanı torpaq sahəsini sənədləşdirmək istəyir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi İdarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, X4 adına verilmiş JN-538F saylı, KOD 60713018 seriyalı Torpağa Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan qeydin xx.xx.2021-ci ildə ölmüş mərhum X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-538F saylı, KOD 60713018 saylı Şəhadətnamədən görünür ki, ərizəçinin mərhum analığnın adına Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. X1 səhvən X3 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, ərizəçinin analığı X8 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçi Torpağın mülkiyyətə verilməsinə dair» 188A saylı Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin mərhum analığı X5 Torpağın Mülkiyyətə verilməsinə dair JN-538F saylı, KOD 60713018 seriyalı Şəhadətnamə ilə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə 0.14 ha fərdi yaşayış evi tikdirmək üçün həyətyani topaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə mərhum X8 olduğu halda yanlışlıqla X3 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçi müvafiq sənədləşmə işləri apara bilmədiyinə və həmin sənədi başqa cür əldə edə bilmədiyinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X4 adına verilmiş JN-538F saylı, KOD 60713018 seriyalı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan qeydin xx.xx.2021-ci ildə ölmüş mərhum X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-529/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-529/2024
02.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver