Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-538/2024 13.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə Ərizəçi: Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək X6, Ərizəçi3 Rza qızının, X3 və X7 adına verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-067A, kod 60714028 saylı Şəhadətnamənin mərhum X8, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi3 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, o və ailə üzvləri Sarı su qəsəbəsində yaşayırlar. Müraciətilərinin əsasında Beyləqan rayon Aqrar islahat komissiyasının qərarı ilə ona və ailə üzvlərinə həyətyani torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsinə çıxarış almaq üçün müraciət etdikdə adlarında səhv olduğu müəyyən edilmişdir. «Torpağın mülkiyyətə verilməsinə dair» JN-067A, kod 60714028 saylı Şəhadətnamədə səhv olaraq X11, Ərizəçi3 Rza qızı, X9 və X4 yanlış yazılmışdır. Əslində isə adları X10, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1dur. Bu təqdim etdikləri sənədlərlə də təsdiq olunur.. Bununla da yanlışlıq olmuşdur. Hazırda isə yeni mülkiyyət hüququ verən sənəd çıxarmaq istəyirlər. Adlarda səhvlər olduğu üçün sənədləşmə işləri apara bilmirlər. Hazırda onlara məxsus Şəhadətnaməni tələb edirlər ki, yeni mülkiyyət hüququ verən sənədlə əvəzləşdirələr. Bundan ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilmiş. Lakin adda səhv olduğu üçün məhkəmə yolu ilə həmin səhvin düzəldilərək yenidən onlara müraciət etməyləri tövsüyyə olundu. Adlarda olan həmin torpaq sahəsinin yenidən öz adlarınaa sənədləşdirmək istəyirlər, ona görədə faktın təsdiq edilməsi onlara vacib lazımdır. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarına əsasən X6, Ərizəçi3 Rza qızının, X3 və X7 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-067A KOD 60714028 saylı Şəhadətnamədəki qeydlərin mərhum X8, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, ərizəçilərin mülkiyyətlərinə yaşadıqları Beyləqan rayonunun Sarı su qəsəbəsində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998ci il tarixli 41 saylı qərarına əsasən JN-067A KOD 60714028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 1 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə mərhum X1 X5, Ərizəçi3 səhvən Ərizəçi3 Rza qızı kimi, Ərizəçi2 səhvən X2, Ərizəçi1 səhvən X4 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi3 xx.xx.1981-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1947-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1985-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2006-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ərizəçilər “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçilərin mülkiyyətlərinə yaşadıqları Beyləqan rayonunun Sarı su qəsəbəsində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarına əsasən JN-067A KOD 60714028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 1 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə mərhum X1 X5, Ərizəçi3 səhvən Ərizəçi3 Rza qızı kimi, Ərizəçi2 səhvən X2, Ərizəçi1 səhvən X4 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarına əsasən X6, Ərizəçi3 Rza qızının, X3 və X7 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-067A KOD 60714028 saylı Şəhadətnamədəki qeydlərin mərhum X8, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-538/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-538/2024
13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver