Məhkəmə qərarları › İş №2(020)-548/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-548/2024

04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-548/2024 04.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən əri X1 adına verilmiş A № 301652 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” nün X5 kitabının adlı siyahısında olan X3 adlı qeydin ona yəni, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı ilə yaşadıqları Beyləqan şəhəri ərazisindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən əri X1 adına 599.46 kv.m həyətyani torpaq sahəsi verilmişdir. Lakin həyətyani torpaq sahəsi verildikdən sonra həmin torpağın Planı və ölçüsündə olan siyahıda yanlışlıq aşkar edilmişdir. Belə ki, A № 301652 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” nün X5 kitabının adlı siyahısında soyadı Allahverdiyeva olduğu halda yanlışlıqla ərinin soyadı olan Namazova kimi qeyd edilmişdir. Hazırda həmin həyətyani torpaq sahəsini sənədləşdirmək istəyir. Faktın müəyyən edilməsi onlara torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Odur ki, Beyləqan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən əri X1 adına verilmiş A № 301652 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” nün X5 kitabının adlı siyahısında olan X3 adlı qeydin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı ilə yaşadıqları Beyləqan şəhəri ərazisindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına 599.46 kv.m həyətyani torpaq sahəsi verilmişdir. Həmin Torpaq sahəsinin adlı siyahısında Ərizəçi səhvən X2 yazılmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi xx xxxxxx 1948-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçi Torpaq sahəsinin planı və ölçüsündə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı ilə yaşadıqları Beyləqan şəhəri ərazisindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına 599.46 kv.m həyətyani torpaq sahəsi verilmişdir. Həmin Torpaq sahəsinin adlı siyahısında Ərizəçi səhvən X2 yazılmışdır. Faktın müəyyən edilməsi ərizəçiyə torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən Lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307-308, 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına verilmiş A № 301652 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” nün X5 kitabının adlı siyahısındakı X3 adlı qeydin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar