Məhkəmə qərarları › İş №2(020)-604/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-604/2023

28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-604/2023 28.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 nömrəli qərarına əsasən X3 Beyləqan rayonunun Mil qəsəbəsində 1,65 ha torpaq sahəsi verilməsinə dair JN-0027 KOD 60709028 saylı Dövlət aktındakı qeydin X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadığı Beyləqan rayonun Mil qəsəbəsində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 saylı qərarı ilə ona və ailə üzvlərinə 1,65 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa JN-0027 KOD 60709028 saylı Dövlət aktı tərtib edilmişdir. Tərtib olunmuş Dövlət aktında qızı səhvən X2 qeyd edilmişdir. Hazırda o, həmin yanlışlıqla əlaqədar olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirə bilmir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 nömrəli qərarına əsasən X3 Beyləqan rayonunun Mil qəsəbəsində 1,65 ha torpaq sahəsi verilməsinə dair JN-0027 KOD 60709028 saylı Dövlət aktındakı qeydin X4 məxsus olmasının müəyyən ediliməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 15 fevral 1999-cu il tarixli 65 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, ərizəçi və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 saylı qərarına əsasən 1,65 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum akt qeydindən görünür ki, X6 xx.xx.1987-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqn ərazi idarəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, ərizəçi JN-0027 KOD 60709028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqən ərazi idarəsinə müraciət etmiş, onun ərizəsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonun Mil qəsəbəsində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 saylı qərarı ilə X6 və onun ailə üzvlərinə 1,65 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0027 KOD 60709028 saylı Dövlət aktı ilə təsdiq edilmişdir. Tərtib olunmuş Dövlət aktında ərizəçinin qızı X1 X2 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmədə ərizəçinin göstərilən yanlışlığa görə torpaq sahəsinə dair hər hansı bir sənədləşmə işi apara bilmədiyi və həmin faktları təsdiq edən sənədləri başqa cür əldə edə bilmədiyi müəyyən edildiyindən məhkəmə ərizənin təmin edilməsini əsaslı hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 nömrəli qərarına əsasən X3 və ailə üzvlərinə Beyləqan rayonunun Mil qəsəbəsində 1,65 ha torpaq sahəsi verilməsinə dair JN-0027 KOD 60709028 saylı Dövlət aktındakıi qeydin X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar