Məhkəmə qərarları › İş №2(020)-645/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-645/2023

30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-645/2023 30.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçilər: Ərizəçi5, Ərizəçi2, Ərizəçi3, Nüfərova (Darvişeva) Gülçöhrə Kazımjan qızının, Suliyeva (Darvişeva) Gülgəz Kazimjonovnanın nümayəndəsi Darvİşəv Nazim Kazımcan oğlunun, Seyfulova (Darvişova) Güİxanım Kazım qızının iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər: Ərizəçi5, Ərizəçi2, Ərizəçi3, Nüfərova (Darvişeva) Gülçöhrə Kazımjan qızı, Suliyeva (Darvişeva) Gülgəz Kazimjonovna, Seyfulova (Darvişova) Güİxanım Kazım qızı ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 nömrəli qərarına əsasən X9, Dərvişova Sərvinaza, X15, X16, X5, X10 və Dərvişova Güİxanım Kazımcan qızına Beyləqan rayonunun Türklər qəsəbəsində 8.66 ha çöl torpaq sahəsi verilməsinə dair JN-0093 KOD 60714038 kod nömrəli dövlət akt qeydlərinin X14, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5, Nüfərova (Darvişeva) Gülçöhrə Kazımjan qızına, Suliyeva (Darvişeva) Gülgəz Kazimjonovnaya və Seyfulova (Darvişova) Güİxanım Kazım qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi5 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, ona və ailə üzvlərinin mülkiyyətinə yaşadıqları Beylaqan rayonunun Türklər kənd ərazisində yerləşən torpaq sahələrindən Torpağa Mülkiyyət hüququna dair JN-0093 KOD 60714038 kod nömrəli Dövlət Aktı ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə 8.66 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Lakin mülkiyyət hüququnu təsdiq edən sənəd verildikdən sonra onlara məlum olmuşdur ki, Dövlət Aktında adları X19 səhvən X2, Ərizəçi2 səhvən Dərvişova Sərvinaz kimi, Ərizəçi3 səhvən X6, Ərizəçi5 oğiu səhvən Dərvİşev Nazim Kazımcan oğlu kimi, Nüfərova (Darvişeva) Gülçöhrə Kazımjan qızı səhvən X1, Suliyeva (Darvişeva) Gülgəz Kazimjonovna səhvən X3, Seyfulova (Darvişova) Güİxanım Kazım qızı isə səhvən Dərvişova Güİxanım Kazımcan qızı kimi qeyd edilmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin Dövlət aktı ilə şəxsiyyət vəsiqələrinin üst-üstə düşməməsi səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, X7, Dərvişova Sərvinazın, X12, X13, X4, X8 və Dərvişova Güİxanım Kazımcan qızının adına verilmiş JN-0093 KOD 60714038 kod nömrəli Dövlət Aktında olan qeydlərin onlara, yəni X14, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5, Nüfərova (Darvişeva) Gülçöhrə Kazımjan qızına, Suliyeva (Darvişeva) Gülgəz Kazimjonovnaya və Seyfulova (Darvişova) Gülxanım Kazım qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən ərizəçilər Ərizəçi2, Ərizəçi3, Nüfərova (Darvişeva) Gülçöhrə Kazımjan qızı, Suliyeva (Darvişeva) Gülgəz Kazimjonovnanın nümayəndəsi Darvİşəv Nazim Kazımcan oğlu, Seyfulova (Darvişova) Güİxanım Kazım qızı ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, ərizəçilərin mülkiyyətlərinə yaşadıqları Beylaqan rayonunun Türklər kənd ərazisində yerləşən torpaq sahələrindən Torpağa Mülkiyyət hüququna dair JN-0093 KOD 60714038 kod nömrəli Dövlət Aktı ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə 8.66 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Lakin mülkiyyət hüququnu təsdiq edən Dövlət aktında X19 səhvən X2, Ərizəçi2 səhvən Dərvişova Sərvinaz kimi, Ərizəçi3 səhvən X6, Ərizəçi5 oğiu səhvən Dərvİşev Nazim Kazımcan oğlu kimi, Nüfərova (Darvişeva) Gülçöhrə Kazımjan qızı səhvən X1, Suliyeva (Darvişeva) Gülgəz Kazimjonovna səhvən X3, Seyfulova (Darvişova) Güİxanım Kazım qızı isə səhvən Dərvişova Güİxanım Kazımcan qızı kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X20 sürətindən görünür ki, X19 04 may 2022-ci il tarixdə ölmüşdür İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi2 XX.XX.1954-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi3 xx.xx.1977-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi5 xx.xx.1979-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, ərizəçi Nüfərova (Darvişeva) Gülçöhrə Kazımjan qızı xx.xx.1982-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, ərizəçi Suliyeva (Darvişeva) Gülgəz Kazimjonovna xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, ərizəçi Seyfulova (Darvişova) Gülxanım Kazım qızı xx.xx.1995-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçilər Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçilərin mülkiyyətlərinə yaşadıqları Beylaqan rayonunun Türklər kəndi ərazisində yerləşən torpaq sahələrindən Torpağa Mülkiyyət hüququna dair JN-0030, KOD 60714038 saylı Dövlət Aktı ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə 8.66 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Lakin mülkiyyət hüququnu təsdiq edən Dövlət aktında X19 səhvən X2, Ərizəçi2 səhvən Dərvişova Sərvinaz kimi, Ərizəçi3 səhvən X6, Ərizəçi5 oğiu səhvən Dərvİşev Nazim Kazımcan oğlu kimi, Nüfərova (Darvişeva) Gülçöhrə Kazımjan qızı səhvən X1, Suliyeva (Darvişeva) Gülgəz Kazimjonovna səhvən X3, Seyfulova (Darvişova) Güİxanım Kazım qızı isə səhvən Dərvişova Güİxanım Kazımcan qızı kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X7, Dərvişova Sərvinazın, X12, X13, X4, X8 və Dərvişova Güİxanım Kazımcan qızının adına verilmiş JN-0093 KOD 60714038 kod nömrəli Dövlət Aktında olan qeydlərin X14, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5, Nüfərova (Darvişeva) Gülçöhrə Kazımjan qızına, Suliyeva (Darvişeva) Gülgəz Kazimjonovnaya və Seyfulova (Darvişova) Gülxanım Kazım qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar