Məhkəmə qərarları › İş №2(020)-646/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-646/2025

06.03.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-646/2025 06.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs onun xeyrinə xx.xx.2015ci ildə anadan olmuş İltifat və xx.xx.2018-ci ildə anadan olmuş Yusif üçün aliment tələbini tərəflər aralarında razılaşaraq hər bir uşaq üçün hər ay 50 (əlli) manat, cəmi 100 (yüz) manat məbləğində alimenti, xx.xx.2025-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi ödəməsi barədə olan 07 fevral 2025-ci il tarixli MŞC/1/00114 nömrəli (holoqram 0060790) X4 1 saylı Mediasiya Təşkilatında bağladığımız barışıq sazişini təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Maraqlı şəxs ilə ailə münasibətlərinə daxil olaraq, nikahlarını 01 iyun 2015-ci il tarixdə Beyləqan rayon İHB-nin Yeni Mil qəsəbə ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi qeydə aldırmışdılar. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Məhkəmənin qətnaməsinə əsasən xx.xx.2015-ci il də anadan olmuş İltifat və xx.xx.2018-ci ildə anadan olmuş Yusif onun himasində qalmışdılar. O, həmin vaxt aliment tələb etməmişdir. Cavabdeh uşaqların bütün xərclərini qarşılayırdı. Hazırda uşaqlar böyüyüb və xərcləri artıb. Cavabdeh xərcləri hamısını qarşılamır. Ona görə də, cavabdehlə mediasiyada razılaşaraq xx.xx.2015-ci ildə anadan olmuş İltifat və xx.xx.2018-ci ildə anadan olmuş Yusif üçün aliment tələbini aralarında razılaşaraq hər uşaq üçün hər ay 50 (əlli) manat, cəmi 100 (yüz) manat məbləğində alimenti xx.xx.2025-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi ona ödəyəcəyini Maraqlı şəxs öz öhdəsinə götürmüşdür. Həmin razılaşmanın məhkəmə qətnaməsində göstərilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-838/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh X3 arasında 01 iyun 2015-ci il tarixdə Beyləqan rayon İHB-nin Yeni Mil qəsəbə ərazi dairəsi üzrə icra nümayəndəliyində qeyd dilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından 16 iyun 2015-ci ildə anadan olmuş İltifat və 13 iyul 2018-ci ildə anadan olmuş Yusif adlı uşaqların anaları Ərizəçi yanında qalmaları qət edilmişdir. Beyləqan rayon qeydiyyat şöbəsinin 04 fevral 2025-ci il tarixli Arayışlardan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 atası X3, anası Ərizəçidır. Mediator Cəmilli Cəmil Həsən oğlunun vasitəsi ilə Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 07 fevral 2025-ci il tarixli barışıq sazişindən görünür ki, xx.xx.2015-ci ildə doğulmuş İltifat və xx.xx.2018-ci ildə doğulmuş Yusif adlı uşaqları üçün aliment tələbini tərəflər aralarında razılaşaraq hər uşaq üçün hər ay 50(əlli) manat, cəmi 100 (yüz) manat məbləğində alimenti xx.xx.2025-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək birinci tərəf (anası) Ərizəçi ödəyəcəyini ikinci tərəf (atası) Maraqlı şəxs öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 07 fevral 2025-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məcburi icrası üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, Maraqlı şəxs dövlət nəfinə 100 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 07 fevral 2025-ci il tarixdə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin: xx.xx.2015-ci ildə doğulmuş İltifat və xx.xx.2018-ci ildə doğulmuş Yusif adlı uşaqları üçün aliment tələbini tərəflər aralarında razılaşaraq hər uşaq üçün hər ay 50 (əlli) manat, cəmi 100 (yüz) manat məbləğində alimenti xx.xx.2025-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək birinci tərəf (anası) Ərizəçi ödəyəcəyini ikinci tərəf (atası) Maraqlı şəxs öz öhdəsinə götürür. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Maraqlı şəxs dövlət nəfinə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar