Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-650/2025 23.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi bacıları *1.*8.1985-ci ildə anadan olmuş X2 və 11.*3.1983-cü ildə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bacıları- *1.*8.1985-ci ildə anadan olan X1* və 11.*3.1983-cü ildə anadan olan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi i barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəsini müdafiə etdi və göstərdi ki, Beyləqan rayonunun Əhmədli kəndində yaşayırıq. Bacılarım *1.*8.1985-ci ildə anadan olan X1* və 11.*3.1983cü ildə anadan olan X11 ilə birlikdə yaşayır. Hər iki bacısı da əlildir. Bacılarına özü baxır. Bacılarının məhdud fəaliyyət qabiliyyətli olması ona problemlər yaradır. Bacılarında əqli gerilik və debillik xəstəlikləri var və hər ikisinin başqa şəxsin kənar şəxslərin qulluq və nəvazişlərinə ehtiyacları vardır. Bacılarının fəaliyyət qabiliyyətsiz olmasının təsdiq edilməsi ona əmlaklarının sənədləşməsi üçün lazımdır. Bacıları sənədləşmə işlərini aparmaq, yəni dinləmək, yazı yazmaq, imza etmək iqtidarında deyillər. Hazırda həmin sənədləşmələrin aparılması üçün Notariat kontoruna, Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasına müraciət etmiş, ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bacıları Beyləqan rayon Mərkəzi Xəstəxanasında yatmış və müalicə olunmuşlar. Ona görə də bacıları- *1.*8.1985-ci ildə anadan olan X1* və 11.*3.1983-cü ildə anadan olan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayon İHB yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyası nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, X1* *1.*8.1985-ci ildə, X11 11.*3.1983-cü ildə anadan olmuşlar. İşə əlavə edilmiş Azərbaycan Respublikası TƏBİB” Publik Hüquqi şəxsi “Beyləqan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 528 saylı, 17.*2.2*25-ci il tarixli tibbi arayışından görünür ki, Beyləqan rayon, Əhmədli kənd sakini, 11.*3.1983-cü il təvəllüdlü X11 həqiqətən 11.*5.1996-cı il tarixdən Beyləqan RMX-nın psixiatrik kabinetində“Ağir dərəcəli əqli gerilik” diaqnozu ilə xəstədir və dispanser qeydiyyatındadır. İşə əlavə edilmiş Azərbaycan Respublikası TƏBİB” Publik Hüquqi şəxsi “Beyləqan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 529 saylı, 17.*2.2*25-ci il tarixli tibbi arayışından görünür ki, Beyləqan rayon, Əhmədli kənd sakini, *1.*8.1985-ci il təvəllüdlü X1* həqiqətən 16.*5.1996-cı il tarixdən Beyləqan RMX-nın psixiatrik kabinetində “Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə xəstədir və dispanser qeydiyyatındadır İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən görünür ki, X6 “F73 Çox ağır əqli gerilik, ciddi qulluq və müalicə tələbli. Kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var. İQ-17” diaqnozu qoyulmuş və İ dərəcəli əlilldir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən görünür ki, X9 “Oliqofreniya debil dərəcəsində anadangəlmə lal-karlıq” diaqnozu qoyulmuş və İİİ dərəcəli əlilldir. İşə əlavə olunmuş Azərbaycan Respuplikası Səhiyyə Nazirliyi “ Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi 29.*4.2*25-ci il tarixli, 1353 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs X4 “AĞİR DƏRƏCƏLİ (İMBESİLLİK DƏRƏCƏSİNDƏ) ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ” (F72.1) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erkən psixofiziki inkişafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ‘Beyləqan Rayon Mərkəzi XəstəxanasTda "Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə həmin müəssisədə qeydiyyatda olması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. X1* öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. X4 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. Əqli gerilik intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan anadangəlmə ləngimə halı və ya natamam inkişafıdır. İşə əlavə olunmuş Azərbaycan Respuplikası Səhiyyə Nazirliyi “ Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi 29.*4.2*25-ci il tarixli, 1354 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs X5 “DƏRİN ƏQLİ GERİLİK (İDİOTİYA DƏRƏCƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ” (F73.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron Tibbi-Sosial Ekspert Komissiyasında “Çox ağır əqli gehlik. Ciddi qulluq və müalicə tələbi. Kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var İQ- 17” diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” da “Ağır dərəcəli əqli gehlik” diaqnozu ilə həmin müəssisədə qeydiyyatda olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (nitqinin zəif inkişaf etməsi, nəzərə çarpan dəhn ağıl zəifliyi əlamətləhnin biruzə verməsi və s.) sübut edir. X8 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. X11 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X5 dərin əqli gerilik (idiotiya dərəcəsində) davranış pozuntulan ilə müəyyən edilir. Əqli gerilik intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan anadangəlmə ləngimə halı və ya natamam inkişafıdır. X1 və X2 fəaliyyət qabiliyyətlərinin olmaması işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası MPM-nin 318.2-ci madəssinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 318, 321, 213, 22*. 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. *1.*8.1985-ci ildə anadan olan X1* və 11.*3.1983-cü ildə anadan olan X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-650/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-650/2025
23.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver