Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-659/2023 18.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçilər: Ərizəçi2, Ərizəçi4; Ərizəçi3 və Ərizəçi1 nümayəndəsi X7 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər: Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi1 nümayəndəsi X14 ərizə ilə məhkəməyə müraciət edərək Qafurova Xeyriyyənin, X8, X12, X9, X2 adına verilmiş «Torpağa mülkiyyət hüququna dair» J№-128; kod: 60714038 nömrəli, Dövlət aktındakı qeydin Ərizəçi2, mərhum X15, Ərizəçi3, Ərizəçi4, Ərizəçi1, həmçinin X13, Ərizəçi2 və X9 adına verilmiş «Torpağa mülkiyyət hüququna dair» J№-336A; kod: 60714038 nömrəli, Şəhadətnamədəki qeydin mərhum Qafurov Vahidə, Ərizəçi2, Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, ona və ailə üzvlərinin mülkiyyətinə yaşadıqları Beyləqan rayonunun Türklər kənd ərazisində yerləşən torpaq sahələrindən «Torpağa Mülkiyyət hüququna dair» J№-128; kod: 60714038 nömrəli Dövlət aktı ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 nömrəli qərarı ilə 7.17 ha pay torpaq sahəsi, həmçinin Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 nömrəli qərarı ilə «Torpağın mülkiyyətə verilməsinə dair» J№-336A; kod: 60714038 nömrəli Şəhadətnaməyə əsasən isə 0.24 ha həyətyanı torpaq sahəsi verilmişdir. «Torpağa mülkiyyət hüququna dair» J№-128; kod: 60714038 nömrəli Dövlət aktında Ərizəçi2 yalnışlıqla Qafurova Xeyriyyə kimi, mərhum X15 yalnışlıqla X3, Ərizəçi3 yalnışlıqla X5, Ərizəçi4 yalnışlıqla X4, Ərizəçi1 yalnışlıqla X1, «Torpağın mülkiyyətə verilməsinə dair» J№-336A; kod: 60714038 nömrəli Şəhadətnamədə isə mərhum Qafurov Vahid yalnışlıqla X6, Ərizəçi2 yalnışlıqla Ərizəçi2 kimi, Ərizəçi4 yalnışlıqla X4 qeyd edilmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin sənədlərindəki uyğunsuzluğa görə çətinliklərlə üzləşirlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Qafurova Xeyriyyənin, X8, X12, X9, X2 adına verilmiş «Torpağa mülkiyyət hüququna dair» J№-128; kod: 60714038 nömrəli Dövlət aktındakı qeydlərin Ərizəçi2, mərhum X15, Ərizəçi3, Ərizəçi4, Ərizəçi1, həmçinin X13, Ərizəçi2 və X9 adına verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» J№-336A; kod: 60714038 nömrəli Şəhadətnamədəki qeydlərin mərhum Qafurov Vahidə, Ərizəçi2, Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən ərizəçilər Ərizəçi4; Ərizəçi3 və Ərizəçi1 nümayəndəsi X14 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatın dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağa Mülkiyyət hüququna dair» J№-128; kod: 60714038 nömrəli Dövlət aktından görünür ki, ərizəçilərə və onların ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 nömrəli qərarı ilə 7.17 ha pay torpaq sahəsi verilmişdir. Dövlət aktında Ərizəçi2 yalnışlıqla Qafurova Xeyriyyə kimi, mərhum X15 yalnışlıqla X3, Ərizəçi3 yalnışlıqla X5, Ərizəçi4 yalnışlıqla X4, Ərizəçi1 yalnışlıqla X1 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» J№-336A; kod: 60714038 nömrəli Şəhadətnamədən görünür ki, ərizəçilərə və onların ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 nömrəli saylı qərarı ilə 0.24 ha pay torpaq sahəsi verilmişdir. Şəhadətnamədə mərhum Qafurov Vahid yalnışlıqla X6, Ərizəçi2 yalnışlıqla Ərizəçi2 kimi, Ərizəçi4 yalnışlıqla X4 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1948-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş X11 sürətindən görünür ki, X15 02 may 2009-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi3 xx.xx.1979-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi4 xx.xx.1983-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1993-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş X11 sürətindən görünür ki, Qafurov Vahid 29 fevral 2012-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçilər J№-128; kod: 60714038 nömrəli Dövlət aktında və «Torpağa Mülkiyyət Hüququna dair» J№-336A; kod: 60714038 nömrəli Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçilər və ailə üzvlərinin mülkiyyətinə yaşadıqları Beyləqan rayonunun Türklər kənd ərazisində yerləşən torpaq sahələrindən «Torpağa Mülkiyyət hüququna dair» J№-128; kod: 60714038 nömrəli Dövlət aktı ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 nömrəli qərarı ilə 7.17 ha pay torpaq sahəsi, həmcinin Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 nömrəli qərarı ilə «Torpağın mülkiyyətə verilməsinə dair» J№-336A; kod: 60714038 nömrəli Şəhadətnaməyə əsasən isə 0.24 ha həyətyanı torpaq sahəsi verilmişdir. «Torpağa mülkiyyət hüququna dair» JN-128; kod: 60714038 nömrəli Dövlət aktında Ərizəçi2 yalnışlıqla Qafurova Xeyriyyə kimi, mərhum X15 yalnışlıqla X3, Ərizəçi3 yalnışlıqla X5, Ərizəçi4 yalnışlıqla X4, Ərizəçi1 yalnışlıqla X1, «Torpağın mülkiyyətə verilməsinə dair» J№-336A; kod: 60714038 nömrəli Şəhadətnamədə isə mərhum Qafurov Vahid yalnışlıqla X6, Ərizəçi2 yalnışlıqla Ərizəçi2 kimi, Ərizəçi4 yalnışlıqla X4 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Dövlət aktında və Şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qafurova Xeyriyyənin, X8, X12, X9, X2 adına verilmiş «Torpağa mülkiyyət hüququna dair» J№- 128; kod: 60714038 nömrəli Dövlət aktındakı qeydlərin Ərizəçi2, mərhum X15, Ərizəçi3, Ərizəçi4, Ərizəçi1, həmçinin X13, Ərizəçi2 və X9 adına verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» J№- 336A; kod: 60714038 nömrəli Şəhadətnamədəki qeydlərin mərhum Qafurov Vahidə, Ərizəçi2, Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-659/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-659/2023
18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver