Məhkəmə qərarları › İş №2(020)-660/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-660/2024

20.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-660/2024 20.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 adına Beyləqan rayon İHB-nin 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə verilmiş A301569 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədinin adlı siyahısındakı Ərizəçi oğlu qeydinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi Nümayəndə ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon İHB-nin 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə mərhum atası X1 mülkiyyətinə A301569 nömrəli Torpaq sahəsinin Planı və ölçüsünə əsasən Beyləqan şəhərində 589.9 kv metr həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi X2 kitabında xx.xx.2010-cu il tarixdə 2613 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin Plan və ölçüsündə və sənədinin adlı siyahısında anası Ərizəçi səhvən Ərizəçi oğlu kimi qeyd edilmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyir. Lakin Torpaq sahəsinin Plan və ölçüsündəki səhvlik səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Faktın müəyyən edilməsi onlara torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Odur ki, X1 adına Beyləqan rayon İHB-nin 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə verilmiş A301569 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədinin adlı siyahısındakı Ərizəçi oğlu qeydinin anası Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkalətli nümayəndəsinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan rayon İHB-nin 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə X1 mülkiyyətinə A301569 nömrəli Torpaq sahəsinin Planı və ölçüsünə əsasən Beyləqan şəhərində 589.9 kv metr həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi X2 kitabında xx.xx.2010-cu il tarixdə 2613 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin Plan və ölçüsündə və sənədinin adlı siyahısında Ərizəçi səhvən Ərizəçi oğlu kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçi Torpaq sahəsinin planı və ölçüsündə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayon İHB-nin 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə X1 mülkiyyətinə A301569 nömrəli Torpaq sahəsinin Planı və ölçüsünə əsasən Beyləqan şəhərində 589.9 kv metr həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi X2 kitabında xx.xx.2010-cu il tarixdə 2613 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin Plan və ölçüsündə və sənədinin adlı siyahısında Ərizəçi səhvən Ərizəçi oğlu kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən Lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hazırda ərizəçi həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəmə hesab edir ki ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307-308, 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X1 adına Beyləqan rayon İHB-nin 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə verilmiş A301569 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədinin adlı siyahısındakı Ərizəçi oğlu qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar