Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-687/2023 17.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçilər:Ərizəçi1 və X4 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və X7 ərizə ilə məhkəməyə müraciət edərək X5 və Ərizəçi2 Əsgər qızının adına verilmiş Torpağa Mülkiyyət hüququna dair JN-0017 Kod 60700038 saylı Dövlət aktındakı qeydin X6 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayonun Aşağı çəmənli kəndində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon AqraÄslahat Komissyasının 22 oktyabr 2001-ci tarixli, 107 saylı qərarına əsasən JN-0017 Kod;60700038 saylı Torpağın Mülkiyyət hüququna dair dövlət aktı ilə 2,66 ha pay torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında anası X1 X3, qızı Ərizəçi2 isə səhvən Ərizəçi2 Əsgər qızı kimi qeyd edilmişdir. X2 19 noyabr 2010-cu ildə ölmüşdür. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin Dövlət aktı ilə şəxsiyyət vəsiqələrinin üst-üstə düşməməsi səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdüSodurki, X5 və Ərizəçi2 Əsgər qızının adına verilmiş Torpağa Mülkiyyət hüququna dair JN-0017 Kod 60700038 saylı saylı Dövlət aktındakı qeydin X6 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi X10 cjızı ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarım dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə de təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, ərizəçilərin mülkiyyətlərinə Beyləqan rayon Aqrar islahat Komissyasının 22 oktyabr 2001-ci tarixli, 107 saylı qərarına əsasən JN-0017 Kod;60700038 saylı Torpağın Mülkiyyət hüququna dair dövlət aktı ilə 2,66 ha pay torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında X1 X3, Ərizəçi2 isə səhvən Ərizəçi2 Əsgər qızı kimi qeyd edilmişdir İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 22.908.1995-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X6 xx.xx.2010-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan-Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçilər Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçilərin mülkiyyətlərinə yaşadıqları Beyləqan rayonun Aşağı Çəmənli kəndində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon AqrarBslahat Komissiyasının 22 oktyabr 2001-ci tarixli, 107 saylı qərarına əsasən JN-0017 Kod;60700038 saylı Torpağın Mülkiyyət hüququna dair dövlət aktı ilə 2,66 ha pay torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında X1 X3, Ərizəçi2 isə səhvən Ərizəçi2 Əsgərqızı kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MülHProsessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilənlİS atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X5 və Ərizəçi2 Əsgər qızının adına verilmiş Torpağa Mülkiyyət hüququna dair JN- 0017 Kod 60700038 saylı Dövlət aktındakı qeydin X6 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-687/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-687/2023
17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver