Məhkəmə qərarları › İş №2(020)-688/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-688/2024

30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-688/2024 30.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçilər- Ərizəçi3 və Ərizəçi1 iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi2 Tarzan oğlunun, X8, və X7 və X5 adına verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» J№-1238F; kod: 60713018 saylı Şəhadətnamədəki qeydin Ərizəçi2 Ərizəçi3, Ərizəçi1 və mərhum X3 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi3 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslatı Komissiyasının 16 noyabr 1998-ci il tarixli qərarı ilə ərizəçi və ailə üzvlərinin mülkiyyətinə №-1238F; kod: 60713018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi3 olduğu halda səhvən X1, Ərizəçi1 səhvən X4, Ərizəçi2 səhvən Ərizəçi2 Tarzan oğlu kimi, mərhum X6 isə səhvən X2 qeyd edilmişlər. Hazırda torpaq sahəsini sənədləşdirmək istəyir, lakin sənədlərindəki uyğunsuzluq buna imkan vermir. Onlar DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə sənədlərini təqdim etmiş, DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin adlarda olan uyğunsuzluğa görə onların sənədləri qəbul edilməmiş və onlara məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, Ərizəçi2 Tarzan oğlunun, X8, X7 və X5 adına verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» J№- 1238F; kod: 60713018 saylı Şəhadətnamədəki qeydin Ərizəçi2 Ərizəçi3 və Ərizəçi1 və mərhum X3 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Ərizəçi1 ərizəni müdafiə etdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi2 məhkəmə iclasına gəlməmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkalətli nümayəndəsiin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslatı Komissiyasının 16 noyabr 1998ci il tarixli qərarı ilə ərizəçi və ailə üzvlərinin mülkiyyətinə №-1238F; kod: 60713018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi3 səhvən X1, Ərizəçi1 səhvən X4, Ərizəçi2 səhvən Ərizəçi2 Tarzan oğlu kimi, mərhum X6 isə səhvən X2 qeyd edilmişlər. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi2xx.xx.1975-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi3 xx.xx.1979-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi1 qız xx.xx.1960-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X6 xx.xx.2008-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçi «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayon Aqrar İslatı Komissiyasının 16 noyabr 1998-ci il tarixli qərarı ilə ərizəçi və ailə üzvlərinin mülkiyyətinə №-1238F; kod: 60713018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi3 səhvən X1, Ərizəçi1 səhvən X4, Ərizəçi2 səhvən Ərizəçi2 Tarzan oğlu kimi, mərhum X6 isə səhvən X2 qeyd edilmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi2 Tarzan oğlunun, X8, və X7 və X5 adına verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» J№-1238F; kod: 60713018 saylı Şəhadətnamədəki qeydlərin Ərizəçi2 Ərizəçi3, Ərizəçi1 və mərhum X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar