Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-689/2023 17.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 avqust 1998-ci il tarixli 51 nömrəli qərarına əsasən X2 adına Beyləqan rayonu Bünyadlı kəndində 2.10 ha pay torpaq sahəsi verilməsinə dair JN-419 KOD 60705018 saylı dövlət akt qeydinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonun Bünyadlı kəndində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 avqust 1998-ci il tarixli 51 nömrəli qərarına əsasən JN-419 KOD 60705018 sayİı dövlət aktı ilə təsdiq edilmiş 2.10 ha pay torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında Ərizəçi səhvən X1 qeyd edilmişdir. Hazırda mülkiyyətində olan torpaq sahəsini sənədləşdirmək istəyir. Lakin Dövlət aktı ilə şəxsiyyət vəsiqəsinin üst-üstə düşməməsi səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 avqust 1998-ci il tarixli 51 nömrəli qərarına əsasən X3 Beyləqan rayonu Bünyadlı kəndində 2.10 ha pay torpaq sahəsi verilməsinə dair JN-419 KOD 60705018 saylı dövlət akt qeydinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, ərizəçi və ailə üzvlərinin mülkiyyətinə yaşadıqları Beyləqan rayonun Bünyadlı kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 avqust 1998-ci il tarixli 51 nömrəli qərarına əsasən JN-419 KOD 60705018 sayİı dövlət aktı ilə təsdiq edilmiş 2.10 ha pay torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında Ərizəçi səhvən X1 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1990-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçilər Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi və ailə üzvlərinin mülkiyyətinə yaşadıqları Beyləqan rayonun Bünyadlı kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 avqust 1998-ci il tarixli 51 nömrəli qərarına əsasən JN-419 KOD 60705018 sayİı dövlət aktı ilə təsdiq edilmiş 2.10 ha pay torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında Ərizəçi səhvən X1 qeyd edilmişdir. Bu səbəbdən ərizəçi mülkiyyətində olan torpaq sahəsini sənədləşdirməkdə çətinliklərlə üzləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçi müvafiq sənədləşmə işləri apara bilmədiyindən və həmin sənədi başqa cür əldə edə bilmədiyindən görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 avqust 1998-ci il tarixli, 51 nömrəli qərarına əsasən X3 Beyləqan rayonu Bünyadlı kəndində 2.10 ha pay torpaq sahəsi verilməsinə dair JN-419, KOD 60705018 saylı dövlət akt qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-689/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-689/2023
17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver