Məhkəmə qərarları › İş №2(020)-730/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-730/2023

18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-730/2023 18.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə Ərizəçi oğlunun iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Beyləqan şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 nömrəli qərarına əsasən verilmiş JN-0056 KOD 60700018 nömrəli Dövlət aktı qeydinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayonun Allahyarlı kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 6,27 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa JN-0056 KOD 60700018 nömrəli Dövlət aktı tərtib edilmişdir. Tərtib olunmuş Dövlət aktında Ərizəçi səhvən X1 qeyd edilmişdir. Hazırda o, həmin yanlışlıqla əlaqədar olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirə bilmir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, X2 adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 nömrəli qərarına əsasən verilmiş JN-0056 KOD 60700018 nömrəli Dövlət aktı qeydinin Ərizəçi məxsus olmasının müəyyən ediliməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 nömrəli Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-0056 KOD 60700018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktındann görünür ki, ərizəçi və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 nömrəli qərarına əsasən 6,27 ha pay torpaq ahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə anadan olmuş, Beyləqan rayonunun Allahyarlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nin Allahyarlı kənd İƏD üzrə nümayəndəliyinin 28 fevral 2023-cü il tarixli 21 nömrəli arayışından görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-0056 KOD 60700018 nömrəli Dövlət aktında Ərizəçi səhvən X1 yazılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 nömrəli Beyləqn ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçi JN-0056 KOD 60700018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktındaə düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 nömrəli Beyləqən ərazi idarəsinə müraciət etmiş, ona köməklik edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonun Allahyarlı kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 nömrəli qərarı ilə Ərizəçi və onun ailə üzvlərinə 6,27 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini JN-0056 KOD 60700018 nömrəli Dövlət aktı tərtib edilmişdir. Tərtib olunmuş Dövlət aktında Ərizəçi səhvən X1 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmədə ərizəçinin göstərilən yanlışlığa görə torpaq sahəsinə dair hər hansı bir sənədləşmə işi apara bilmədiyi və həmin faktları təsdiq edən sənədləri başqa cür əldə edə bilmədiyi müəyyən edildiyindən məhkəmə ərizənin təmin edilməsini əsaslı hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X2 adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 nömrəli qərarına əsasən verilmiş JN-0056 KOD 60700018 nömrəli Dövlət aktındakı qeydin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar