Məhkəmə qərarları › İş №2(020)-738/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-738/2023

18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-738/2023 18.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 may 1998-ci il tarixli 47 nömrəli qərarına əsasən X5, X8 Beyləqan rayonunun Tatalılar kəndində 2,80 ha torpaq sahəsi verilməsinə dair JN-0078 KOD 60700088 saylı dövlət akt qeydlərinin X6 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi1 məhkəmədə ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonunun Tatalılar kəndində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 may 1998-ci il tarixli 47 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-0078 KOD 60700088 saylı Dövlət aktına əsasən 2,80 ha pay torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında X1 X2, Ərizəçi2 isə səhvən X4 qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırılması üçün yalnız məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Həmin yalnışlığa görə torpaq sahəsi üzərində hər hansı bir hüquqlarını həyata keçirə bilmirlər. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 may 1998-ci il tarixli 47 nömrəli qərarına əsasən X5, X8 Beyləqan rayonunun Tatalılar kəndində 2,80 ha torpaq sahəsi verilməsinə dair JN-0078 KOD 60700088 saylı dövlət akt qeydlərinin X6 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə maraqlı tərəfin və digər ərizəçinin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizəni əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-0078 KOD 60700088 saylı, 06 may 1998-ci il tarixli 47 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktının surətindən görünür ki, Beyləqan rayonunun Tatalılar kəndində torpaq sahələri islahata gedərkən ərizəçilərə və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 may 1998-ci il tarixli 47 saylı qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair JN- 0078 KOD 60700088 saylı Dövlət aktı ilə 2,80 ha pay torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında X1 X2, Ərizəçi2 isə səhvən X4 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1968-cı ildə anadan olmuş, Beyləqan rayonunun Tatalılar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin 31 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, ərizəçi JN-0078 KOD 60700088 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqən ərazi idarəsinə müraciət etmiş, ona ərizəsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonun Tatalılar kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 may 1998-ci il tarixli 47 saylı qərarı ilə Ərizəçi1 və onun ailə üzvlərinə 2,80 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0078 KOD 60700088 saylı Dövlət aktı ilə təsdiq edilmişdir. Tərtib olunmuş Dövlət aktında X1 X2, Ərizəçi2 isə səhvən X4 kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 may 1998-ci il tarixli 47 nömrəli qərarına əsasən X3 və X7 adına Beyləqan rayonunun Tatalılar kəndində 2,80 ha torpaq sahəsi verilməsinə dair JN-0078 KOD 60700088 saylı Dövlət akt qeydlərinin X6 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar