Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-74/2023 14.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçılar- İddiaçı* və İddiaçı2, Cavabdeh- X3 iştirakı ilə, İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdeh X5 qarşı vərəsə payının bölünməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı* və İddiaçı2 məhkəmədə vəfat etmiş valideyinləri X*0 və X2 qalmış Beyləqan rayon İ Aşıqlı kəndində yerləşən JN-*93, kod 60700058 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktı ilə 0.94 ha pay torpaq sahəsi və JN-354A, kod 60700058 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.53 ha həyətyani torpaq sahəsinin qanunla vərəsə hüququ olan İddiaçı*, İddiaçı2 və X7 arasında bərabər bölünməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı* iddia tələbini əsaslandıraraq göstərdi ki, mərhum atası X*0 05 yanvar 20*8-ci ildə, anası X6 isə *8 may 2020-ci il tarixdə vəfat etmişlər. Valdeyinləri vəfat etməzdən əvvəl vəsiyyətnamə yazmamış və övladlarını vərəsə əmlakından məhrum etməmişlər. Buna görə də valdeyinlərinə məxsus əmlaklar övadları arasında bərabər bölünməlidir. Cavabdehə dəfələrlə norariat kontoruna gedib paylarının bölünməsini istəsələrdə o, imtina etmişdir. Nəticədə onlara məxsus vərəsə əmlakını istifadə edə bilmirlər. Vəfat etmiş valideyinləri X*0 və X2 qalmış Beyləqan rayon İ Aşıqlı kəndində yerləşən JN-*93, kod 60700058 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktı ilə 0.94 ha pay torpaq sahəsi və JN-354A, kod 60700058 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.53 ha həyətyani torpaq sahəsi vardır. Odur ki, məhkəmədə vəfat etmiş valideyinləri X*0 və X2 qalmış Beyləqan rayon İ Aşıqlı kəndində yerləşən JN-*93, kod 60700058 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktı ilə 0.94 ha pay torpaq sahəsi və JN-354A, kod 60700058 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.53 ha həyətyani torpaq sahəsinin qanunla vərəsə hüququ olan İddiaçı*, İddiaçı2 və X7 arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı2 məhkəmə iclasında İddiaçı* ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçılarnın tələb etdiyi torpaq sahəsini valdeyinləri bölmüşdür. Həmin bölgü əsasında da evdən və torpaqdan istifadə edirlər. Torpaq sahələrinin iddiaçılarla aralarında bölünməsinə etirazı yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia aşağıdakı əsasa görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-*93, kod 60700058 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, X** və ailə üzvlərinin mülkiyyətinə 0.94 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətinə verilməsinə dair JN-354A, kod 60700058 Şəhadətnamədən görünür ki, X** və ailə üzvlərinin mülkiyyətinə 0.53 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X*0 05 yanvar 20*8-ci ildə, X6 isə *8 may 2020-ci il tarixdə ölmüşlər. İddiaçı* vəsatətinə əsasən Beyləqan rayon məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, X4 qalmış Beyləqan rayonu İ Aşıqlı kəndində yerləşən JN-*93,saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktı ilə 0.94 ha pay torpaq sahəsinin qanunla vərəsə hüququ olan İddiaçı*, X8 və X9 arasında naturada bölünməsi mümkündür. Eyni zamanda X4 qalmış Beyləqan rayonu İ Aşıqlı kəndində yerləşən JN-354A,;kod-60700058 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.53 ha həyətyanı torpaq sahəsinin qanunla vərəsə hüququ olan X7, İddiaçı* yə İddiaçı2 arasında naturada bölünməsi mümkündür. Azərbaycan Respublikasının Konstitusiyasının *3-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası MM-nin 220.*-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *52.*-ci maddəsinə əsasən, mülkiyyət hüquqi-subyektin ona mənsub əmlaka (əşiyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin *57.*-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin *57.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında mülki işin araşdırılmış hallarından görünür ki, X4 qalmış Beyləqan rayonu İ Aşıqlı kəndində yerləşən JN-*93,saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktı ilə 0.94 ha pay torpaq sahəsinin qanunla vərəsə hüququ olan İddiaçı*, X8 və X9 arasında naturada bölünməsi mümkündür. Eyni zamanda X4 qalmış Beyləqan rayonu İ Aşıqlı kəndində yerləşən JN-354A,;kod-60700058 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.53 ha həyətyanı torpaq sahəsinin qanunla vərəsə hüququ olan X7, İddiaçı* yə İddiaçı2 arasında naturada bölünməsi mümkündür. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübuta yetirə bilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X* və X2 qalmış Beyləqan rayon İ Aşıqlı kəndində yerləşən JN-*93, kod 60700058 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktı ilə 0.94 ha pay torpaq sahəsi və JN-354A, kod 60700058 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.53 ha həyətyani torpaq sahəsi qanunla vərəsə hüququ olan İddiaçı*, İddiaçı2 və X7 arasında bərabər qaydada yəni 0,94 ha pay torpaq sahəsində hər birinin payı 0,3*3 ha pay, 0,53 ha həyətyanı torpaq sahəsində hər birinin payı 0,*76 ha həyətyanı torpaq sahəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin **9-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 227, 233, 234.*-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X* və X2 qalmış Beyləqan rayon İ Aşıqlı kəndində yerləşən JN-*93, kod 60700058 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktı ilə 0.94 ha pay torpaq sahəsi və JN- 354A, kod 60700058 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.53 ha həyətyani torpaq sahəsi qanunla vərəsə hüququ olan İddiaçı*, İddiaçı2 və X7 arasında bərabər qaydada yəni 0,94 ha pay torpaq sahəsində hər birinin payı 0,3*3 ha pay, 0,53 ha həyətyanı torpaq sahəsində hər birinin payı 0,*76 ha müəyyən edilsin və həmin paylar mütəxəssis rəyində göstərilən ölçü planlarına uyğun olaraq naturada ayrılaraq onlara təhkim edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-74/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-74/2023
14.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver