Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-743/2023 28.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 saylı qərarı ilə X10, X6, X11, X12, X13, X7, X5, X14, X15, X16, X18, X35mn və X28mn adına verilmiş JN- 0016, kodu 60709005 olan Toıpağa Mülkiyyət Hüququna dair 19 avqust 2003-cüil tarixli Dövlət Aktındakı qeydlərin X9, X25, X19, X20, X26, X27 və İbrahimova (Əmirxanlı) Sənəm Mehti qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 saylı qərarı ilə ona və ailə üzvlərinə 4.66 ha pay torpaq sahəsi verilmişdir. Bu pay torpaq sahəsinə JN- 0016, kodu 60709005 olan Torpağa Mülkiyyət Hüququna dair 19 avqust 2003-cüil tarixli Dövlət Aktı verilmişdir. JN- 0016, kodu 60709005 olan Torpağa Mülkiyyət Hüququna dair 19 avqust 2003-cü il tarixli Dövlət X1 adı səhvən Gilavər kimi, X21 ata adı Əmirxan kimi, X19 ata adı Mehdi kimi, X2 Əmirxanov kimi, X31mn soyadı Əmirxanova kimi, X3 Əmirxanov kimi, İbrahimova (Əmirxanlı) Səhər Mehti qızımn soyadı Əmiıxanova kimi yazılmışdır. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin Dövlət aktı ilə şəxsiyyət vəsiqəsinin üst-üstə düşməməsi səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 saylı qərarı ilə X10, X6, X11, X12, X13, X7, X5, X14, X15, X16, X18, X35mn və X28mn adına verilmiş JN- 0016, kodu 60709005 olan Toıpağa Mülkiyyət Hüququna dair 19 avqust 2003-cüil tarixli Dövlət Aktındakı qeydlərin X9, X25, X19, X20, X26, X27 və İbrahimova (Əmirxanlı) Sənəm Mehti qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, ərizəçi və ailə üzvlərinin mülkiyyətlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 saylı qərarı ilə ona və ailə üzvlərinə 4.66 ha pay torpaq sahəsi verilmişdir. Bu pay torpaq sahəsinə JN- 0016, kodu 60709005 olan Torpağa Mülkiyyət Hüququna dair 19 avqust 2003-cüil tarixli Dövlət Aktı verilmişdir. JN- 0016, kodu 60709005 olan Torpağa Mülkiyyət Hüququna dair 19 avqust 2003-cü il tarixli Dövlət X1 adı səhvən Gilavər kimi, X21 ata adı Əmirxan kimi, X19 ata adı Mehdi kimi, X2 Əmirxanov kimi, X4 Əmirxanova kimi, X3 Əmirxanov kimi, İbrahimova (Əmirxanlı) Səhər Mehti qızımn soyadı Əmiıxanova kimi yazılmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, ərizəçi X29 xx.xx.1968-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X32 xx.xx.1995-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X33i xx.xx.1993-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətlərindən görünür ki, X31 xx.xx.2006-cı ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətlərindən görünür ki, X24 xx.xx.2009-cu ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətlərindən görünür ki, X30 xx.xx.2009-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçi Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi və ailə üzvlərinin mülkiyyətinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 saylı qərarı ilə ona və ailə üzvlərinə 4.66 ha pay torpaq sahəsi verilmişdir. Bu pay torpaq sahəsinə JN- 0016, kodu 60709005 olan Torpağa Mülkiyyət Hüququna dair 19 avqust 2003-cüil tarixli Dövlət Aktı verilmişdir. JN- 0016, kodu 60709005 olan Torpağa Mülkiyyət Hüququna dair 19 avqust 2003-cü il tarixli Dövlət X1 adı səhvən Gilavər kimi, X21 ata adı Əmirxan kimi, X19 ata adı Mehdi kimi, X2 Əmirxanov kimi, X4 Əmirxanova kimi, X3 Əmirxanov kimi, İbrahimova (Əmirxanlı) Səhər Mehti qızımn soyadı Əmiıxanova kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 saylı qərarı ilə X10, X6, X11, X12, X13, X7, X5, X14, X15, X16, X18, X35mn və X28mn adına verilmiş JN- 0016, kodu 60709005 olan Toıpağa Mülkiyyət Hüququna dair 19 avqust 2003-cüil tarixli Dövlət Aktındakı qeydlərin X9, X25, X19, X20, X26, X27 və İbrahimova (Əmirxanlı) Sənəm Mehti qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-743/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-743/2023
28.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver