Məhkəmə qərarları › İş №2(020)-748/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-748/2023

19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-748/2023 19.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X4, Ərizəçi Yusif oğlunun adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 nömrəli qərarına əsasən 0,16 ha torpaq sahəsi verilməsinə dair JN-260A KOD 60709038 saylı Şəhadətnamədəki qeydlərin X7 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını ərizələrinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, yaşadığı Beyləqan rayonunda torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 saylı qərarı ilə ona və ailə üzvlərinə 0,16 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa dair JN-260A KOD 60709038 saylı Şəhadətnamə tərtib edilmişdir. Tərtib olunmuş X1 səhvən X2 və Ərizəçi isə səhvən Ərizəçi Yusif oğlu kimi qeyd edilmişdir. Hazırda o, həmin yanlışlıqla əlaqədar olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirə bilmir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, X5 və Ərizəçi Yusif oğlunun adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999cu il tarixli 65 nömrəli qərarına əsasən 0,16 ha torpaq sahəsi verilməsinə dair JN-260A KOD 60709038 saylı Şəhadətnamədəki qeydlərin X7, və Ərizəçi məxsus olmasının müəyyən ediliməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-260A KOD 60709038 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamədən görünür ki, ərizəçi və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 saylı qərarına əsasən 0,16 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə anadan olmuşdur İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X8 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqn ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçi JN-260A KOD 60709038 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqən ərazi idarəsinə müraciət etmiş, ona ərizəsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonun Yeni Mil qəsəbəsində torrpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 saylı qərarı ilə Ərizəçi və onun ailə üzvlərinə 0,16 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-260A KOD 60709038 saylı Dövlət aktı tərtib edilmişdir. Tərtib olunmuş X1 səhvən X2 və Ərizəçi isə Ərizəçi Yusif oğlu kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmədə ərizəçinin göstərilən yanlışlığa görə torpaq sahəsinə dair hər hansı bir sənədləşmə işi apara bilmədiyi və həmin faktları təsdiq edən sənədləri başqa cür əldə edə bilmədiyi müəyyən edildiyindən məhkəmə ərizənin təmin edilməsini əsaslı hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X5, Ərizəçi Yusif oğlunun adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 nömrəli qərarına əsasən 0,16 ha torpaq sahəsi verilməsinə dair JN-260A KOD 60709038 saylı Şəhadətnamədəki qeydlərin X8 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar