Məhkəmə qərarları › İş №2(020)-765/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-765/2024

24.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-765/2024 24.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- "xxxx" ASC-nin vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı tərtib olunmuş aktların etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış cərimələrin (ziyanın) silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərişıq” ASC-inin 16 oktyabr 2023-cü il il tarxli, AKT R 310217 nömrəli aktının etibarsız hesab edilməsi və 621.22 manat cərimənin (maddi ziyanın) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayonunda 1-ci Aşıqlı kəndində yaşayır və çoban kimi fəaliyyət göstərir. Evində elektrik enerjisindən istifadə edir və istifadə etdiyi enerjinin pulunu ödəyir. Sonradan bilmişdir ki, “Azərişıq" ASC- in əməkdaşları akt tərtib etmişlər. Həmin akta görə guya onun sayğacı keçən yükü qeyd etmir. Halbu ki o, sayğaca heç bir müdaxilə etməmişdir. O, xətdən kənar qeyri xət çəkməmişdir. 16 oktyabr 2023-cü il tarxli, R 310217 nömrəli aktda isə qeyd edilir ki, güya sıçrayış olmuşdur. Elektriklə işləyən güclü bir aparatı da yoxdur. Ayda 10-15 manat elektrik enerjisindən istifadə edir. Cərimə də yüksək məbləğdə yəni 621.22 manat yazılmışdır. Cəriməni ödəməyə imkanı yoxdur. Aktdan yeni xəbərm olmuşdur. Beyləqan işıq İdarəsinə müraciət etdikdən sonra çətinliklə aktın surətini almışdır. Nəzarətçi də hər ay sayğaca baxmışdır, müdaxilə olarsa yəqin ki, ona məlumat verərdi. Tərtib edilmiş aktlarla razı deyildir. Odur ki, "Azərişıq” ASC-inin 16 oktyabr 2023-cü il il tarxli, R 310217 nömrəli aktının etibarsız hesab edilməsi və 621.22 manat cərimənin (maddi ziyanın) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin vəkalətli nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahatında göstərdi ki, Azərişıq” ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik eneıjisndən istifadə Qaydaları-na və “X1' Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə ərazidə reyd keçirərkən 16.09. 2023-cü il tarixdə iddiaçının yaşadığ evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçının sayğacına sxemindən kənar faza xətti daxil olmaqla kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə “EElQ.-nın 8.17-ci, həmçinin “EQQQ-nın ı-v bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, 310217 saylı akt tərtib edilmiş və hesabat aparılmışdır. Cəmi 20.68 manat məbləğində əlavə ödəniş hesablanmaqla, müəssisəyə vurduğu ziyan kimi 252 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyəri bərpa olunmuşdur. İddiaçı 20.68 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə, həmin zərəri tam həcmdə ödəməlidir. İddiaçının abunə haqqında məlumatında savğac göstəricisindən 368,18 manat məbləğində ödəniş etməmiş, debitor borcu yaranmışdır. İddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktın qanunsuz tərtib edildiyini əsaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, guya onun həmin pozuntudan xəbəri olmamış, akt onun xəbəri olmadan tərtib olunmuşdur. Əslində həmin vaxt iddiaçı nümayəndələrlə birlikdə pozuntunu viziual izləmişdir. Bu bir daha onun qeyri-səmimi olduğunu göstərir. Ona görə də iddiaçı- İddiaçı "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş xx.xx.2023-cu il tarixli, 310217 saylı aktın ləğv edilməsinə dair tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Cavabdeh-nin Satışa Nəzarət İdarəsinin Məişət abonenti (əhali) istehlakçılar qrupuna aid olan 16 oktyabr 2023-cü il il tarxli, R 310217 nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı yaşadığı Beyləqan rayonu İ Aşıqlı kəndində yerləşən fərdi yaşay evinə quraşdırılmış sayğacın yoxlama zamanı məlum olmuşdur ki, evə sayğacdan kənar xətt daxil olunur. EEİQ-nın 8.17-ci bəndində göstərilir ki, 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1 -ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1- ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunduğu kimi, qüvvədə olan EEİQ-nın tələbinə görə, enerji təchizatı müəssisəsi onun hesabatını apararkən heç bir haldan asılı olmayaraq sutkanın 24 saatını və on iki aydan çox olmayan müddəti əsas götürə bilər. Bunun üçün yol verilmiş həmin pozuntu faktının aşkarlanmasının özü belə kifayət edir. Ona görə də aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Çünki, qüvvədə olan “EEİQ”-nın 8.17-ci bəndindən görünür ki, məişət abonenti (o cümlədən iddiaçı) tərəfindən həmin bənddə nəzərədə tutulmuş pozuntu hallarına yol verildikdə onu şəbəkədən açmaq elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən 24 saatı nəzərə alınmaqla buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə onunla yenidən hesablaşmaq enerji təchizatı müəssisəsinin hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində zərərvuranın zərərçəkən qarşısında vurulmuş zərərə görə maddi məsuliyyət daşıması müəyyən edilib. Həmin maddənin mənasından görünür ki, vurulan zərər real zərər və əldən çıxmış fayda olmaqla iki növə bölünür. Real zərər əmlakdan məhrumetmə, əmlakı zədələmə və s. halları əhatə edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 -ci maddəsində isə göstərilmişdir ki, “Mülki hüquq pozuntusu (delikt) nəticəsində... hüquqi şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1 -ci maddəsində göstərilir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə görə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları müəyyən edilib. Orada göstərilir ki: “Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Bundan başqa EEİQ-nın 9.4-cü bəndinə əsasən “İstehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir”. Qaydaların 9.1 -ci bəndinə əsasən “İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına riayət olunmasına görə məsuliyyət daşıyır”. Həmin Qaydaların 7.7-ci bəndində əsasən hesablaşma elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən “xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır”. Həmin Məcəllənin 9.3-cü maddəsində göstərilir ki, “Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz” Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu Protokolı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. İddiaçının istifadəsində olan elektrik sayğacından kənar elektrik enerjisindən istifadə etməsi və bununla əlaqədar sayğaca müdaxilə etməsi məhkəmə iclasında kifayət qədər sübuta yetmişdir. Məhkəmədə müəyyən edildi ki, həmin fakt əsasında 16 oktyabr 2023-cü il il tarxli, R 10217 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında iddiaçıya düzgün olaraq cəmi 20.68 manat ziyan hesablanmışdır. Məhkəmə hesab edir ki, bu barədə tərtib edilmiş aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış ziyanın (cərimənin) silinməsi üçün heç bir əsas yoxdur. İddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi qalan məbləğ onun enerjidən istifadə etməsi ilə bağlı yaranmış debitor borcudur. İstehlakçı işlətdiyi enerjiyə görə haqqını ödəməyə borcludur. Həmin debitor borcun silinməsi üçün heç bir əsas yoxdur. Ona görə də iddia əsassız olduğundan rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qsrşı tərtib olunmuş 16 oktyabr 2023-cü il il tarxli, R 10217 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış cərimənin (ziyanın) silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar