Məhkəmə qərarları › İş №2(020)-767/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-767/2023

20.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-767/2023 20.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı X2 Qaz İstismarı İdarəsi tərəfindən tərtib olunmuş aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış maddi ziyanın silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası ARDNŞ X1 Tərtər RQİİ-nin Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 noyabr 2019-cu il tarixli ******* nömrəli aktın etibrsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 874 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərdi ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birgə yaşayır. Yaşadığı fərdi yaşayış evi üçün mütəmadi olaraq qazdan istifadə edir və işlətdiyi qaz pulunu vaxtlı-vaxtında ödəyir. Lakin Tərtər RQİİ-nİn Beyləqan Xidmət Sahəsinin əməkdaşları xx.xx.2019-cu il tarixdə yaşadığı evə gələrək onun iştirakı ilə qaz sayğacımı istismara qəbul haqqında akt tərtib edərək çıxararaq labarotoriyaya aparmışlar. Labarotoriyada onun iştirakı olmadan qaz sayğacına baxış keçirib 29 noyabr 2019-cu ildə akt tərtib ediblər. Baxış zamanı guya hesablayıcı mexanizminin qapağına vurulmuş plombun əzilməsi aşkar olunmuşdur. Həmin əməkdaşlar sayğacın plombunu özləri şəxsən qırıb və qaz sayğacına müdaxilə edib söküb aparıblar. Bu məqsədlədə əsassız olaraq 29 noyabr 2019-cu il tarixli, ******* saylı akta əsasən ona qanunsuz olaraq 874 manat cərimə hesablayıblar. Həmin aktla razı deyildir. Onun borcu olmuşdur. Sonradan borcu silinmişdir. Lakin məhkəmədə qətnamə çıxarılmış, həmin qətnaməyə əsasən ona yenidən cərimə yazılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, «Azəriqaz» İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı təbi qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin və ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. İddiaçıya adı çəkilən məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı X2 Qaz İstismarı İdarəsi tərəfindən tərtib olunmuş aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış maddi ziyanın silinməsi tələbinə dair mülki iş qərardadın tərkib hissəsində göstərilənlərə əsasən baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar