Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-781/2023 01.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçilər: Ərizəçi1, Cəİladlı Aytac Habil qızının, Ərizəçi3 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Cəİladlı Aytac Habil qızı, Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə Ərizəçi1 Əsgər oğlu, X5, X4 adına verilmiş A 301172 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquqi sahiblərinin adlı siyahısındakı qeydin Ərizəçi1, Cəİladlı Aytac Habil qızı, Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, ona və ailə üzvlərinin xüsusi mülkiyyətinə yaşadıqları Beylaqan şəhərində İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarına əsasən A 301172 nömrəli Torpaq sahəsinin Plan və Ölçüsü ilə 573.67 kv.metr torpaq sahəsi verilmişdir. Lakin mülkiyyət hüququnu təsdiq edilən sənəd verildikdən sonra onlara məlum olmuşdur ki, Torpaq sahəsinin Plan və Ölçüsü sənədində adları Ərizəçi1 yanlışlıqla Ərizəçi1 Əsgər oğlu kimi, Cəİladlı Aytac Habil qızı yanlışlıqla X1, Ərizəçi3 yanlışlıqla X2 qeyd edilmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin Torpaq sahəsinin Plan və Ölçüsü sənəd ilə şəxsiyyət vəsiqələrinin üst-üstə düşməməsi səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Ərizəçi1 Əsgər oğlunun, X3, X4 adına verilmiş A 301172 nömrəli Torpaq sahəsinin Plan və Ölçüsü sənədində olan qeydlərin Ərizəçi1, Cəİladlı Aytac Habil qızına, Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən digər ərizəçilər Cəİladlı Aytac Habil qızı və Ərizəçi3 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin və digər ərizəçilərin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpaq sahəsinin Plan və Ölçüsü sənədindən görünür ki, ərizəçilərin mülkiyyətlərinə yaşadıqları Beylaqan şəhərində İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarına əsasən A 301172 nömrəli Torpaq sahəsinin Plan və Ölçüsü sənəd ilə 573.67 kv.metr torpaq sahəsi verilmişdir. Lakin mülkiyyət hüququnu təsdiq edən Torpaq sahəsinin Plan və Ölçüsü sənədində Ərizəçi1 yanlışlıqla Ərizəçi1 Əsgər oğlu kimi, Cəİladlı Aytac Habil qızı yanlışlıqla X1, Ərizəçi3 yanlışlıqla X2 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1970-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, ərizəçi Cəİladlı Aytac Habil qızı xx.xx.1997-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi3 xx.xx.2003-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçilər Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçilərin mülkiyyətlərinə yaşadıqları Beylaqan rayonunun şəhərində İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarına əsasən A 301172 nömrəli Torpaq sahəsinin Plan və Ölçüsü ilə 573.67 kv.metr torpaq sahəsi verilmişdir. Lakin mülkiyyət hüququnu təsdiq edən Torpaq sahəsinin Plan və Ölçüsü sənədində Ərizəçi1 yanlışlıqla Ərizəçi1 Əsgər oğlu kimi, Cəİladlı Aytac Habil qızı yanlışlıqla X1, Ərizəçi3 yanlışlıqla X2 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Plan və Ölçüsü göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi1 Əsgər oğlunun, X3, X4 adına verilmiş A 301172 nömrəli Torpaq sahəsinin Plan və Ölçüsü sənədində olan qeydlərin Ərizəçi1, Cəİladlı Aytac Habil qızına və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-781/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-781/2023
01.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver