Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-784/2024 14.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı tərtib olunmuş aktın ləğv edilməsi və maddi ziyanın silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərişıq" ASC-nin mərhum əri X2 adına yazılmış 01 dekabr 2023-cü il tarixli, AKT R № 321369 saylı aktının etibarsız hesab edilməsi 589.68 manat cərimənin (ziyanın) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, Beyləqan şəhərində mərhum ərinə məxsus evdə yaşayır. O, sayğaca əvvəllər və ya son vaxtlar da müdaxilə etməmiş və əlavə xətdən istifadə etməmişdir. İşıq nəzarətçisi daimi nəzarət edir və əgər sayğacdan kənar xətti olsaydı dərhal idarələrinə məlumat verərdi. O, X1 edir, pulunu da vaxtlı vaxtında ödəyir. “Azərişıq" ASC-nin əməkdaşları 01 dekabr 2023-cü il tarixli, AKT R № 321369 saylı aktda göstərilir ki, güya o, evinə kənar xətt aparmışdır. Notariat orqanında vərəsəlik açdırmışdır. Mərhum əri X2 vərəsəsidir. Lakin adına əmlak olmadığı üçün şəhadətnamə ala bilmir. Lakin “Azərişıq" ASC-iııin əməkdaşları ölmüş şəxs barəsində qanunsuz protokol tərtib etmişlər. Ölmüş şəxsə cərimə aktı yazıla bilməz. O, hazırdada işıq pulunu ödəməyə davam edir, lakin köhnə borcu ondan tələb edirlər. Mərhum əri öldükdən sonra həmin evdə yaşamır və hazırda atası evində qalır. Hərdən gəlib evə baş çəkib gedir. Ona görə də Azərişıq" ASC-nin mərhum əri X2 adına yazılmış 01 dekabr 2023-cü il tarixli, AKT R № 321369 saylı aktının etibarsız hesab edilməsi və 589.68 manat cərimənin ( ziyanın) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişlər. İşdə olan poçt xəbərnaməsindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri haqqında göndərilən bildiriş Azəriqaz İB-nin nümayəndəsi tərəfindən qəbul edilmişdir. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddiaya qarşı etiraz göndərərək iddiaçının sayğacdan kənar xətt vasitəsilə elektirik enerjisindən istifadə etdiyini və barəsində düzgün olaraq akt tərtib edildiyini göstərmiş, iddia əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına nümayəndəsini göndərmədiyindən və işə onların iştirakı olmadan baxılmasını və ya başqa vaxta təxirə salınmasını xahiş etmədiyindən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan “X1 qaydalarına riayət olunmasının yoxlanılmasına dair” 01 dekabr 2023-cü il tarixli, AKT R № 321369 saylı aktın surətindən görünür ki, istehlakçılar tərəfindən İşıqdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı X3 məxsus Beyləqan rayonunun İİ Şahsevən kəndində yerləşən fərdi yaşayış evinə quraşdırlmış sayğaca baxış keçrilərkən onun sayğacdan kənar xətdən istifadə etdiyi müəyyən edilmişdir. İşdə olan Abonentin Saldosunun surətindən görünür ki, iddiaçının mərhum ərinin adına 589.68 manat məbləğində sayğacdan kənar xətdən istifadə ilə bağlı ziyan hesablanmışdır. İşdə olan Beyləqan rayon 1 saylı Notariat ofisinin 27 mart 2024-cü il tarixli 303 nömrəli məktubundan görünür ki, xx.xx.2013-cü il tarixində vəfat etmiş X2 adına Beyləqan rayon 1 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Vərəsə kimi İddiaçı tanınmışdır. Miras əmlaka dair sənəd təqdim olunduqdan sonra vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 01 dekabr 2023-cü il tarixdə Beyləqan rayonu, İİ Şahsevən kəndində yaşayan X3 məxsus yaşayış evinin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçrilmişdir. Baxış zamanı iddiaçının sayğacdan kənar xətdən istifadə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş X1 Qaydalarının 7.10-cu maddəsində qeyd olunmuşdur ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görəöhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinəəsasən mülki hüquqi və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görəmüqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dövlət hakimiyyəti və yerli ozunuidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın uzərinə düşür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə iddiaçı izahatında etiraf etməsə də onun sayğacdan kənar xətdən istifadə etməsi iş materialları ilə qismən də olsa sübuta yetmişdir. İddiaçının kənar xətdən istifadə etməsi nəticəsində onun yaşadığı evinə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələməsi və sayğacdan çıxarması halı müəyyən edilməmişdir. Cavabdeh təşkilatın nümayəndələrinin tərtib etdiyi aktda da belə bir halın mövcud olması öz əksini tapmamışdır. Bütün bu hallarla yanaşı cavabdeh təşkilata iddiaçının sayğacdan kənar xətdən istifadə etməsi nəticəsində zərər vurulması qismən də olsa sübuta yetmişdir. Ona görə də iddiaçı qismən də olsa həmin sayğaca müdaxiləyə görə məsuliyyət daşımalıdır. Çünki iddiaçının həmin sayğaca olan müdaxiləsindən məlumatlı olması, lakin cavabdeh təşkilata məlumat verməməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmədə müəyyən edildi ki, iddiaçı sayğacdan kənar xətdən istifadə etmədiyi halda hər ay təxminən 5-20 manat dəyərində X1 etmiş və istifadə etdiyi enerjinin dəyərini ödəmişdir. Belə olan halda ona həddən artıq yüksək məbləğdə, yəni 589.68 manat məbləğində ziyan hesablanmışdır. Ona görə də iddia qismən təmin edilməli, həmin məbləğ azaldılmaqla 100 manat məbləğində saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən X4 barəsində tərtib edilmiş 01 dekabr 2023-cü il tarixli, AKT R № 321369 saylı akta əsasən hesablanmış ziyanın məbləği azaldılaraq 100 (yüz) manat həcmində saxlanılsın. Qalan 489.68 (dörd yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat ziyan silinsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-784/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-784/2024
14.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver