Məhkəmə qərarları › İş №2(020)-802/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-802/2023

04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-802/2023 04.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi vəkalətli nümayəndəsi Vəkil iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair işə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 nömrəli qərarına əsasən X16, X14, X11 adına 2,56 ha torpaq sahəsinin verilməsinə dair JN: 0049 KOD 60700038 nömrəli Dövlət akt qeyidlərinin X12, X8 və X15 məxsus olması, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarına əsasən X10 və X9 adına verilmiş JN-134F KOD 60700038 nömrəli olan şəhadətnamədəki qeydlərin X12 və X8 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi vəkalətli nümayəndəsi və vəkili Vəkil məhkəmədə ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonunun Aşağı Çəmənli kəndində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 nömrəli qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN: 0049 KOD 60700038 nömrəli olan Dövlət aktı ilə 2,56 ha kənd təsərrüfatı istehsal təyinatlı torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında X3 X6, X1 X4, X5 X7 qeyd edilmişdir. Bundan başqa Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarına əsasən“Torpağın mülkiyyətə verilməsinə dair ” JN-0049 KOD 60700038 olan şəhadətnaməyə əsasən 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə X3 X6, X1 X4 qeyd edilmişdir. Ərizəçilər bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırılması üçün yalnız məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 nömrəli qərarına əsasən X16, X14, X11 adına 2,56 ha torpaq sahəsinin verilməsinə dair JN: 0049 KOD 60700038 nömrəli Dövlət akt qeyidlərinin X12, X8 və X15 məxsus olması, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarına əsasən X10 və X9 adına verilmiş JN-134F KOD 60700038 nömrəli olan şəhadətnamədəki qeydlərin X12 və X8 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəflər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndəsini göndərməmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN: 134F KOD 60700038 nömrəli saylı, 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətlərindən görünür ki, Beyləqan rayonunun Aşağı Çəmənli kəndində torpaq sahələri islahata gedərkən ərizəçiyə və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli, qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN: 0049 KOD 60700038 saylı, Dövlət aktı ilə 2,56 ha pay torpaq sahəsi və Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair JN: 134F KOD 60700038 nömrəli şəhadətnamə ilə 0,20 ha həyətyanı sahəsi ərizəçilərə verilmişdir. Həmin dövlət aktında X3 X6, X1 X4, X5 X7 qeyd edilmişdir. Bundan başqa Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarına əsasən“Torpağın mülkiyyətə verilməsinə dair” JN-0049 KOD 60700038 olan şəhadətnaməyə əsasən 0,20 ha həyətyanı torpaq sahəsi ərizəçilərə verilmişdir. Həmin şəhadətnamədə X3 X6, X1 X4 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZE 02461984 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi X2 rayonun Milabad qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2003-cü ildə vəfat edmişdir İş materiallarına əlavə ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 xx.xx.2000-cı ildə vəfat edmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, dövlət aktında və şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 nömrəli qərarına əsasən X16, X14, X11 adına 2,56 ha torpaq sahəsinin verilməsinə dair JN: 0049 KOD 60700038 nömrəli Dövlət akt qeyidlərinin X12, X8 və X15, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarına əsasən X10 və X9 adına verilmiş JN-134F KOD 60700038 nömrəli olan şəhadətnamədəki qeydlərin X12 və X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar