Məhkəmə qərarları › İş №2(020)-806/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-806/2023

27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-806/2023 27.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, X12 və X8 ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarına əsasən X9, X4, X3 və X10 adına Beyləqan rayonunun Şərq qəsəbəsində 7,81 ha torpaq sahəsi verilməsinə dair JN-0096 KOD 60714018 nömrəli dövlət akt qeydlərinin Ərizəçi1, Hümbətova (İsmayılova) Ceyran Sahib qızına, Gülməmmədova (İsmayılova) Tehranə Sahib qızına və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi1 məhkəmədə ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonunun Şərq qəsəbəsində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-0096 KOD 60714018 saylı Dövlət aktına əsasən 7,81 ha pay torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında Ərizəçi1 səhvən X5, Hümbətova (İsmayılova) Ceyran Sahib qızı səhvən X2, Gülməmmədova ( İsmayılova) Tehranə Sahib qızı səhvən X1, Ərizəçi4 səhvən X6 qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırılması üçün yalnız məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Həmin yalnışlığa görə torpaq sahəsi üzərində hər hansı bir hüquqlarını həyata keçirə bilmirlər. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarına əsasən X9, X4, X3 və X10 adına Beyləqan rayonunun Şərq qəsəbəsində 7,81 ha torpaq sahəsi verilməsinə dair JN- 0096 KOD 60714018 nömrəli dövlət akt qeydlərinin Ərizəçi1, Hümbətova (İsmayılova) Ceyran Sahib qızına, Gülməmmədova (İsmayılova) Tehranə Sahib qızına və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə digər ərizəçilərin və maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizəni əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktının surətindən görünür ki, Beyləqan rayonunun Şərq qəsəbəsində torpaq sahələri islahata gedərkən ərizəçilərə və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair JN-0096 KOD 60714018 nömrəli Dövlət aktı ilə 7,81 ha pay torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında Ərizəçi1 səhvən X5, Hümbətova (İsmayılova) Ceyran Sahib qızı səhvən X2, Gülməmmədova (İsmayılova) Tehranə Sahib qızı səhvən X1, Ərizəçi4 səhvən X6 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və doğum akt qeydindən görünür ki, Ərizəçi1 xx.xx.1987-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və doğum akt qeydindən görünür ki, Hümbətova (İsmayılova) Ceyran Sahib qızı xx.xx.1992-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və doğum akt qeydindən görünür ki, Gülməmmədova (İsmayılova) Tehranə Sahib qız xx.xx.1988-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və doğum akt qeydindən görünür ki, Ərizəçi4 xx.xx.1986-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçilər JN-0096 KOD 60714018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqən ərazi idarəsinə müraciət etmiş, onların ərizəsindən imtina edilərək məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonun Şərq qəsəbəsində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə Ərizəçi1 və onun ailə üzvlərinə 7,81 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0096 KOD 60714018 nömrəli Dövlət aktı tərtib edilmişdir. Tərtib olunmuş Dövlət aktında Ərizəçi1 səhvən X5, Hümbətova (İsmayılova) Ceyran Sahib qızı səhvən X2, Gülməmmədova (İsmayılova) Tehranə Sahib qızı səhvən X1, Ərizəçi4 səhvən X6 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarına əsasən X9, X4, X3 və X10 adına Beyləqan rayonunun Şərq qəsəbəsində 7,81 ha torpaq sahəsi verilməsinə dair JN-0096 KOD 60714018 nömrəli dövlət akt qeydlərinin Ərizəçi1, Hümbətova (İsmayılova) Ceyran Sahib qızına, Gülməmmədova (İsmayılova) Tehranə Sahib qızına və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar