Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-816/2023 02.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə Ərizəçilər Behbudova (Əlizadə) Turkan Rövşən qızının iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair işə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Behbudova (Əlizadə) Turkan Rövşən qızı və Ərizəçi2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999cu il tarixli 65 nömrəli qərarına əsasən X8, X2 adına 1,66 ha torpaq sahəsinin verilməsinə dair JN 358 saylı, KOD 60709018 nömrəli Dövlət akt qeyidlərinin Behbudova (Əlizadə) Turkan Rövşən qızına və Ərizəçi2 məxsus olması, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 05 nömrəli qərarına əsasən X8, X2 adına verilmiş JN 249A saylı, KOD 60709018 nömrəli olan şəhadətnamədəki qeydlərin Behbudova (Əlizadə) Turkan Rövşən qızına və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi Behbudova (Əlizadə) Turkan Rövşən qızı məhkəmədə ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonunun Milabad qəsəbəsində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 nömrəli qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN 358 saylı, KOD 60709018 nömrəli olan Dövlət aktı ilə 1.66 ha kənd təsərrüfatı istehsal təyinatlı torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında Ərizəçi2 səhvən X1, Behbudova (Əlizadə) Turkan Rövşən qızı səhvən və X3 qeyd edilmişdir. Bundan başqa Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 05 nömrəli qərarına əsasən“Torpağın mülkiyyətə verilməsinə dair ” JN 113A saylı, KOD 60703018 olan şəhadətnaməyə əsasən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi2 səhvən X1, Behbudova (Əlizadə) Turkan Rövşən qızı səhvən və X3 qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırılması üçün yalnız məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 nömrəli qərarına əsasən X8, X2 adına 1,66 ha torpaq sahəsinin verilməsinə dair JN 358 saylı, KOD 60709018 nömrəli Dövlət akt qeyidlərinin Behbudova (Əlizadə) Turkan Rövşən qızı və Ərizəçi2 məxsus olması, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 05 nömrəli qərarına əsasən X8, X2 adına verilmiş JN 249A saylı, KOD 60709018 nömrəli olan şəhadətnamədəki qeydlərin Behbudova (Əlizadə) Turkan Rövşən qızı və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəflər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndəsini göndərməmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN 249A saylı, KOD 60709018 nömrəli saylı, 15 fevral 1999-cu il tarixli 05 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətlərindən görünür ki, Beyləqan rayonunun Milabad qəsəbəsində torpaq sahələri islahata gedərkən ərizəçiyə və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli, qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN 358 saylı, KOD 60709018 saylı, Dövlət aktı ilə 1,66 ha pay torpaq sahəsi və Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 05 nömrəli qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair JN 249A saylı, KOD 60709018 nömrəli saylı şəhadətnamə ilə 0,12 ha həyətyanı sahəsi verilmişdir. Həmin dövlət aktı və şəhadətnamələrdə Ərizəçi2 səhvən X1, Behbudova (Əlizadə) Turkan Rövşən qızı səhvən X3 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi Behbudova (Əlizadə) X6 rayonun Milabad qəsəbəsi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 Beyləqan rayonun Milabad qəsəbəsində qeydiyyatdadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi2 olmasına baxmayaraq Torpaq mülkiyyət hüququna dair şdövlət aktında səhvən X1, yazılmışdır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, ərizəçi Behbudova (Əlizadə) Turkan Rövşən qızı olmasına baxmayaraq Torpaq mülkiyyyət hüququna dair şəhadətnamədə səhvən X3 yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 nömrəli qərarına əsasən X5 və X2 adına 1,66 ha torpaq sahəsinin verilməsinə dair JN 358 saylı, KOD 60709018 nömrəli Dövlət akt qeyidlərinin Behbudova (Əlizadə) Turkan Rövşən qızına və Ərizəçi2, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 05 nömrəli qərarına əsasən X5 və X2 adına verilmiş JN 249A saylı, KOD 60709018 nömrəli olan şəhadətnamədəki qeydlərin Behbudova (Əlizadə) Turkan Rövşən qızına və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-816/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-816/2023
02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver