Məhkəmə qərarları › İş №2(020)-820/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-820/2023

03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-820/2023 03.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi: Xamzayeva (Muxiddinova) Nəzirə Mikayıl qızının iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi Xamzayeva (Muxiddinova) Nəzirə Mikayıl qızı və Urişalova (Muxiddinova) Nəsibə Mikayıl qızı ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 nömrəli qərarına əsasən Niyazov Mikayıla, X8 və X9 verilmiş torpağa mülkiyyət hüququna dair JN-351A KOD 60714038 nömrəli Şəhadətnamədəki qeydlərin X4, Xamzayeva (Muxiddinova) Nəzirə Mikayıl qızına, Urişalova (Muxiddinova) Nəsibə Mikayıl qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi Xamzayeva (Muxiddinova) Nəzirə Mikayıl qızı ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayonun Türklər qəsəbəsində fərdi yaşayış evi tikdirmək üçün ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 nömrəli qərarına əsasən JN-351A KOD 60714038 nömrəli Şəhadətnamə ilə 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə mərhum X10 yalnışlıqla Niyazov Mikayıl kimi, Xamzayeva (Muxiddinova) Nəzirə Mikayıl qızı yalnışlıqla X2, Urişalova (Muxiddinova) Nəsibə Mikayıl qızı isə yalnışlıqla X3 qeyd edilmişdir. Hazırda o, həmin yanlışlıqla əlaqədar olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirə bilmir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 nömrəli qərarına əsasən Niyazov Mikayılın, X5 və X6 adına verilmiş “Torağın mülkiyyətə verilməsinə dair” JN-351A KOD 60714038 nömrəli Şəhadətnamədəki qeydlərin X4, Xamzayeva (Muxiddinova) Nəzirə Mikayıl qızına, Urişalova (Muxiddinova) Nəsibə Mikayıl qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatın dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN- 351A KOD 60714038 nömrəli Şəhadətnamədən görünür ki, ərizəçi və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 nömrəli qərarına əsasən 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə mərhum X10 yalnışlıqla Niyazov Mikayıl kimi, Xamzayeva (Muxiddinova) Nəzirə Mikayıl qızı yalnışlıqla X2, Urişalova (Muxiddinova) Nəsibə Mikayıl qızı isə yalnışlıqla X3 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X11 sürətindən görünür ki, X1 rayonun, Türklər qəsəbəsində ölmüşdür. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, ərizəçi Xamzayeva (Muxiddinova) Nəzirə Mikayıl qızı xx.xx.1992-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, ərizəçi Urişalova (Muxiddinova) Nəsibə Mikayıl qızı xx.xx.1994-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçilər Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi və onun ailə üzvlərinə Beyləqan rayonun Türklər qəsəbəsində fərdi yaşayış evi tikdirmək üçün Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli 70 saylı qərarına əsasən «Torpağın mülkiyyətə verilməsinə dair» JN-351A KOD 60714038 nömrəli Şəhadətnamə ilə 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə mərhum X10 yalnışlıqla Niyazov Mikayıl kimi, Xamzayeva (Muxiddinova) Nəzirə Mikayıl qızı yalnışlıqla X2, Urişalova (Muxiddinova) Nəsibə Mikayıl qızı isə yalnışlıqla X3 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Niyazov Mikayılın, X5 və X6 adına verilmiş “Torağın mülkiyyətə verilməsinə dair” JN- 351A KOD 60714038 nömrəli Şəhadətnamədəki qeydlərin X4, Xamzayeva (Muxiddinova) Nəzirə Mikayıl qızına, Urişalova (Muxiddinova) Nəsibə Mikayıl qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar