Məhkəmə qərarları › İş №2(020)-831/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-831/2025

11.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-831/2025 11.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan rayon XDS İcraiyyə Komitəsinin 12 sentyabr 1991-ci il tarixli iclasının 150 nömrəli qərarına əsasən ona iddiaçı - X1 Yeməkxana binası tikmək üçün şəhərinin N.Nərimanov küçəsində, hərbi komissarlığın giriş qapısının sol tərəfindən ayrılaraq verilmiş sənəd üzrə 280 kv.m, fakt üzrə 263.4 kv.metr torpaq sahəsinin yaşıllıq zonasına daxil olan 149.0 kv. metr torpaq sahəsinin 3.30 x 3.00 kv. metr hissəsinə və həm onun, həm də digər şəxslərin, o cümlədən də bərbər - Fəxrəddinin, çexol təmiri ilə məşğul olan Adilin, telefon təmiri ilə məşğul olan Kamilin, şəkilçəkən Ədalətin və Veteran mağazasının sahibi olan Elxanın obyektlərinə gedən yolun mühafizə zonasına aid olan 5.70 x 7.70 kv. metrdən artıq olan hissəsinə aid olan torpaq sahəsinə dair cavabdeh - Cavabdeh1 ilə cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Özəlləşdirililən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi 120.9 kv. metr dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 28 sentyabr 2023-cü il tarixli, 6069 saylı Müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Beyləqan rayon XDS İcraiyyə Komitəsinin 12 sentyabr 1991-ci il tarixli iclasının 150 nömrəli qərarına əsasən ona X1 Yeməkxana binası tikmək üçün Beyləqan şəhərinin N.Nərimanov küçəsində, hərbi komissarlığın giriş qapısının sol tərəfindən 280 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində qeyri yaşayış sahəsi olan yeməkxana tikilmişdir. Qeyri yaşayış sahəsi olan yeməkxananın yemək zalı 53.9 kv.m, mətbəxinin sahəsi 22.6 kv.m, anbarının sahəsi 12.3 kv.metr olmaqla, ümumi sahəsi 88.8 kv.m olmaqla əsas sahəsi 76.5 kv.m və köməkçi sahəsi 12.3 kv.metrdən ibarətdir. Əsas sahəsi 76.5 kv.m və köməkçi sahəsi 12.3 kv.metr olmaqla ümumi sahəsi 88.8 kv.metr olan yeməkxana binasına Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnvenlarlaşdırılması İdarəsi tərəfindən Qeyri- yaşayış fonduna daxil olan obyektlərin Texniki pasport da tərtib olunaraq ona verilmişdir. Həmin Texniki pasport 14 iyun 1999-cu il tarixində tərtib olunmuş, Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin rəisi Ə.Ə.Məmmədov tərəfindən imzalanmış və 001682 saylı nömrə ilə qeydə alınmışdır. Sənəd üzrə 280.0 kv.metr olmalı olan torpaq sahəsi fakt üzrə 263.4 kv.metrdir. Həmin 263.4 kv.metr torpaq sahəsinin 114.4 kv.metri tikinti altı sahəsdir, qalan 149.0 kv.metr torpaq sahəsi yaşıllıq sahəsidir. Bu halı torpaq sahəsinin təsnifatı, obyektin sahələr üzrə təsnifatı və texniki pasport da təsdiq edir. Bundan başqa baş planın və tikintinin planı da tərtib olunmuş və müvafiq imzalarla təsdiq olunmuşdur. Sənəd üzrə 280.0 kv.metr olmalı olan, fakt üzrə 263.4 kv.metr olan torpaq sahəsi bu gün də onun istifadəsindədir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd almaq istərkən ona məlum olmuşdur ki, qanuni əsaslarla istifadəmə verilmiş 263.4 kv.metr olan torpaq sahəsinin yaşıllıq zonasına daxil olan 149.0 kv.metr torpaq sahəsinin 3.30 x 3.00 kv.metr hissəsi və həmin ərazidə yerləşən obyektlərin qorunma zolağına daxil olan 5.70 x 7.70 kv metrdən çox olan hissəsi 28 sentyabr 2023-cü il tarixli 6069 nömrəli icarə müqaviləsinə əsasən cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubov tərəfindən -icarəyə verən tərəfindən Beyləqan şəhər sakini Cavabdeh1 icarəsinə verilmiş və onun tərəfindən qanunla istifadəsində olan torpaq sahəsinin 3.30 x 3.00 kv.metr hisəsi və və həmin ərazidə yerləşən obyektlərin qorunma zonasına daxil olan ərazilər də daxil olmaqla qırıq-qırıq xətlərlə Cavabdeh1 verilmiş torpaq sahəsinin plan ölçü sənədində öz əksini tapmışdır. Həmin icarə müqaviləsinə əsasən Beyləqan şəhər sakini Cavabdeh1 verilmiş plan ölçü sənədi həm onun qanunla istifadəsinə verilmiş 3.30 x 3.00 kv.metr torpaq sahəsini və digər şəxslərin, o cümlədən də bərbər - Fəxrəddinin, çexol təmiri ilə məşğul olan Adilin, telefon təmiri ilə məşğul olan Kamilin, şəkilçəkən Ədalətin və Veteran mağazasının sahibi olan Elxanın obyektlərinə gedən yolun mühafizə zonasına aid olan 5.70 x 7.70 kv metrdən artıq olan əraziləri də plan ölçü sənədində qırıq-qırıq xətlərlə qeyd olunduğundan o, qanunla istifadəsinə verilmiş torpaq sahəsini sənədləşdirə bilmir. Beyləqan şəhər sakini Cavabdeh1 verilmiş plan ölçü sənədindəki qırıq-qırıq xətlərlə göstərilmiş 3.30 x 3.00 kv.metr torpaq sahəsi ilk gündən olduğu kimi, bu gün də onun qanuni istifadəsindədir. Bərbər - Fəxrəddinin, çexol təmiri ilə məşğul olan Adilin, telefon təmiri ilə məşğul olan Kamilin, şəkilçəkən Ədalətin və Veteran mağazasının sahibi olan Elxanın obyektlərinə gedən yolun mühafizə zonasına aid olan 5.70 x 7.70 kv metrdən artıq olan torpaq sahəsindən də bu gün hamıları istifadə etməkdədilər. Sadəcə olaraq Beyləqan şəhər sakini Cavabdeh1 adına saxta, heç bir hüquqi əsas olmadan, ilkin torpaq ayırma sənədi olmadan, heç bir cizgi-sxem tərtib olunmadan plan ölçü sənədi tərtib olunmuşdur. Məhz həmin plan ölçü sənədinin tərtib olunmasının nəticəsidir ki, qanunla istifadəsinə verilmiş və bu gün də istifadəsində olan torpaq sahəsini sənədləşdirə bilmir. Belə ki icarə müqaviləsini bəhanə gətirirlər. Halbuki həmin torpaq sahəsi 1994-cü il tarixindən etibarən və bu gün də onun istifadəsindədir. Bu da onun istifadəsinə qanunla verilmiş torpaq sahəsinin sənədləşdirilməsinə maneəçilik törədir. Halbuki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 27 sentyabr 2024-cü il tarixli ünvanıma göndərilmiş məktubunda Cavabdeh1 adına qeyri yaşayış binası üzərində vətəndaşın mülkiyyət hüququnun qeydiyyata alındığı bildirilmiş, lakin torpaq sahəsi üzərində Cavabdeh1 adına icarə və mülkiyyət hüququnun qeydiyyata alınması barədə məlumatın aşkarlanmadığı bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 27 sentyabr 2024-cü il tarixli Şirvan İnzibati Məhkəməsinin ünvanına göndərilmiş məktubunda Cavabdeh1 adına qeyri yaşayış binası üzərində vətəndaşın mülkiyyət hüququnun qeydiyyata alındığı bildirilmiş, lakin torpaq sahəsi üzərində Cavabdeh1 adına icarə və mülkiyyət hüquqları qeydiyyata alınmadığından sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim etməyin mümkün olmadığı cavabı verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Özəlləşdirililən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 28 sentyabr 2023- cü il tarixli, 6069 saylı icarə müqaviləsindən də göründüyü kimi, söhbət qeyriyaşayış binasının yerləşdiyi 120.9 kv.metr torpaq sahəsindən gedir. Əvvala həmin obyektlərin yerləşdiyi torpaq sahəsi 120.9 kv.metr ərazini əhatə etmir. Digər tərəfdən də Cavabdeh1 adına 25 mart 2001-ci il tarixli inventar işi 73, reyestr nömrəsi 3-73 olan Qeydiyyat vəsiqəsində olan 21.0 kv.metr, 25 mart 2001-ci il tarixli inventar işi 73/1, reyestr nömrəsi 3-73/1 olan Qeydiyyat vəsiqəsində 16.8 kv.metr, 25 mart 2001-ci il tarixli inventar işi 73/2, reyestr nömrəsi 3-73/2 olan Qeydiyyat vəsiqəsində 15.18 kv.metr, 25 mart 2001-ci il tarixli inventar işi 73/3, reyestr nömrəsi 3-73/3 olan Qeydiyyat vəsiqəsində 13.02 kv.metr olmaqla, cəmi 66 kv.metr torpaq sahəsində yerləşən obyektləri vardır. Cavabdeh1 mülkiyyətində olan obyektlərinin ümumi sahəsi 66 kv.metrdir. Bunu cavabdeh - Cavabdeh1 adına verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli, ******* sayl çıxarış (35.62 kv.metr) və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2016 cı il tarixli, ******* saylı Çıxarış (29.82 kv.metr) da təsdiq edir. Həmin icarə müqaviləsində icarəyə verilən torpaq sahəsinin cizgi-planı tərtib olunmamışdır. Həmin icarə müqaviləsində söhbət yalnız özəlləşdirilən və inşa edilmiş obyektlərin altındakı torpaq sahəsindən gedir. Lakin cavabdehlər həmin icarə müqaviləsinin olmasından sui-istifadə etməklə onun qanunla istifadəsinə verilmiş torpaq sahəsini və həmin ərazidə yerləşən obyektlərin mühafizə zonasını ələ keçirmək istəyirlər. Halbuki həmin qorunma zolağı heç vaxt sənədləşdirilə bilməz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Özəlləşdirililən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 28 sentyabr 2023- cii il tarixli, 6069 saylı icarə müqaviləsinə əsasən Beyləqan şəhəri, Heydər Əliyev prospekti ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 120.9 kv.m torpaq sahəsinin icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilməsi göstərilmişdir. Fakt olaraq Cavabdeh1 məxsus olan obyektlərin yerləşdiyi torpaq sahəsinin sərhədləri, döngə nöqtələri və koordinat nöqtələri məlum deyildir. Cavabdeh - Cavabdeh1 faktiki istifadəsinə verilmiş torpaq sahəsi mövcud deyildir. Məhz bunun nəticəsidir ki, Cavabdeh1 adına verilmiş plan-ölçü sənədində torpaq sahəsi qırıq-qırıq xətlərlə göstərilmişdir. Cavabdehin adına verilmiş plan-ölçü sənədindəki torpaq sahəsi həm qonşu torpaq sahəsi, həm də digər şəxslərin istifadəsində olan obyektlərin mühafizə zonasıdır. Bir sözlə mübahisələndirilən icarə müqaviləsi hazırlanaraq təsdiq edilərkən icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin cizgi-sxemi tərtib edilməyib və bu günə kimi mübahisələndirilən icarə müqaviləsi üzrə icarəyə verilən torpaq sahəsinin cizgi-sxemi və koordinatları mövcud deyildir. İcarəyə verilmiş torpaq sahəsindən istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən müvafiq dövlət qurumlarının razılığı alınmalı, torpaq sahəsinin sərhədləri yerə (naturaya) keçirildikdən, onun sahəsi ölçüldükdən sonra torpağın icarəyə verilməsi barədə müqavilə bağlana bilərdi. Lakin icarə müqaviləsinin bağlandığı vaxtı qeyd olunan prosedur qaydalara əməl edilməmişdir. Buna görə də bu günə kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Özəlləşdirililən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 28 sentyabr 2023-cü il tarixli, 6069 saylı icarə müqaviləsi dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Özəlləşdirililən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 28 sentyabr 2023-cü il tarixli, 6069 saylı icarə müqaviləsi ilə onun hüquq və mənafeləri pozulmuşdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Həmin Qərarın 28-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkardır. Eləcə də Cavabdeh1 da xx.xx.2004-cü il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkardır. İddia ərizəsinin məzmunu və ona əlavə edilmiş sənədlərlə ilə də müəyyən edilir ki, hal-hazırki mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda da bu növ mübahisələrə də kommersiya məhkəmələri tərəfindən baxıldığından hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, hazırki tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edə bilər. Həmçinin hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından həmin ərizənin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 152, 263- 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, hazırki iddia tələbi ilə bağlı Şirvan Kommersiya Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar