Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-834/2024 20.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı debitor borcun abunə hesabından silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 945,08 manat məbləğində debitor borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayonu, Aşıqallar kəndində yaşayır. İstehlak etdiyi enerjinin haqqını vaxtında ödəyir. Lakin əvvəllər müəyyən borcları yaranmışdır. Hazırda onun cavabdeh müəssisəyə olan debitor borcu 1100 manat təşkil edir. Qanunvericiliyin tələbinə görə həmin borcun bir hissəsini yəni xx.xx.2015-ci il tarixdən 2019-cu ilin fevral ayına kimi olan 945,08 manat məbləğində debitor borcu cavabdeh ondan tələb edə bilməz. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. 2019-cu ildə akt tərtib edilmiş həmin vaxtdan indiyə kimi məhkəməyə müraciət etməyə imkan tapmamışdır. Hazırda elektrik enerjisindən istifadə etmir. Odur ki, 945,08 manat məbləğində debitor borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərişıq ASC-yə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişlər. Cavabdeh Azərişıq ASC-nin vəkalətli nümayəndəsi X1 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə vəsatət göndərmişdir. Vəsatətində göstərmişdir ki, iddiaçı debitor borcun hesabdan silinməsini mübahisələndirərkən artıq qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Mübahisələndirilən debitor borcun hesabdan silinməsi ilə bağlı 05 il 02 ay sonra 2024cü ilin aprel ayında iddiaçı məhkəməyə müraciət etmişdir. 3 il müddət iddiaçı tərəfindən ötürüldüyündən iddiaçının tələbi qanunsuz və əsassızdır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına nümayəndəsini göndərmədiyindən və işə onların iştirakı olmadan baxılmasını və ya başqa vaxta təxirə salınmasını xahiş etmədiyindən, lakin məhkəməyə göndərdiyi vəsatətdən göründüyü kimi nümayəndənin məhkəmə iclasından məlumatı olduğunu nəzərə alıb məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia rədd edilməlidir. iş materiallarına əlavə edilmiş abunə haqqı cədvəlindən görünür ki, İddiaçı 945,08 manat debitor borc yazılmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı yaşadığı Beyləqan rayonu, Aşıqallar kəndindəki evində elektrik enerjisindən istifadə etmiş, lakin istehlak etdiyi enerjinin haqqını vaxtında ödəmədiyindən ona debotor borc hesanlanmışdır. İddiaçı xx.xx.2015-ci il tarixdən 2019-cu ilin fevral ayına kimi olan borcu 945,08 manat təşkil edir. İddiaçı maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini və vaxtında məhkəməyə müraciət edə bilmədiyini göstərmişdir. Cavabdeh isə iddia müddətinin tətbiq edilib iddianın rədd edilməsini xahiş etmişdir. O, ərizəsini iddia müddətinin tətbiqini vaxtaşırı ödəmələr üzrə iddia müddətinin 3 il olduğunu, iddiaçının isə aktlardan 5 il 02 ay müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmədə müəyyən edildi ki, iddiaçı tərəfindən qanunda nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. İddiaçı iddia müddətinin üzürlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdeh isə məhkəməyə vəsatət göndərərək iddia müddətinin keçməsini mübahisələndirmiş və bununla əlaqədar iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər hansı bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, Qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası MPM-nin 8.1 və 8.2-ci maddələrinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Həmin Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin araşdırılmış hallarına hüquqi cəhətdən qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı tərtib olunmuş aktların etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış cərimələrin (ziyanın) silinməsi tələbinə dair iddiası iddia müddəti keçdiyindən rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 945.08 manat debitor borcun abunə hesabından silinməsi tələbinə dair iddiası iddia müddəti keçdiyindən rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-834/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-834/2024
20.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver