Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-851/2023 05.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçilər: Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli 42 nömrəli qərarına əsasən X2 və HüseynƏrizəçi2 Beyləqan rayonu 1-ci Aşıqlı kəndində 0.90 ha pay torpaq sahəsi verilməsinə dair JN-150 KOD nömrəsi 60700058 olan dövlət akt qeydlərinin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonunun 2-ci Aşıqlı kəndində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli 42 nömrəli qərarına əsasən JN-150 KOD nömrəsi 60700058 olan dövlət aktı ilə təsdiq edilmiş 0.90 ha pay torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında o, Ərizəçi1 olduğu halda səhvən X1, Ərizəçi2 isə səhvən HüseynƏrizəçi2 kimi qeyd edilmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin Dövlət aktı ilə şəxsiyyət vəsiqələrinin üst-üstə düşməməsi səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli 42 nömrəli qərarına əsasən X2 və HüseynƏrizəçi2 Beyləqan rayonu 1-ci Aşıqlı kəndində 0.90 ha pay torpaq sahəsi verilməsinə dair JN-150 KOD nömrəsi 60700058 olan dövlət akt qeydlərinin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Ərizəçi2 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Beyləqan rayonunun 2-ci Aşıqlı kəndində torpaq sahələri islahata gedərkən ərizəçi və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli 42 nömrəli qərarına əsasən JN-150 KOD nömrəsi 60700058 olan dövlət aktı ilə təsdiq edilmiş 0.90 ha pay torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında Ərizəçi1 səhvən X1, Ərizəçi2 isə səhvən HüseynƏrizəçi2 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1990-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi2 xx xxx 1966-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçilər Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçilərin mülkiyyətlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli 42 nömrəli qərarına əsasən JN-150 KOD nömrəsi 60700058 olan dövlət aktı ilə təsdiq edilmiş 0.90 ha pay torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında Ərizəçi1 səhvən X1, Ərizəçi2 isə səhvən HüseynƏrizəçi2 kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli, 42 nömrəli qərarına əsasən X3 və HüseynƏrizəçi2 adına verilmiş JN-150 KOD 60700058 saylı dövlət aktındakı qeydlərin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-851/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-851/2023
05.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver