Məhkəmə qərarları › İş №2(020)-854/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-854/2023

08.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-854/2023 08.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Seyfullayev Seyfəliu İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz”İstehsalat Birliyinə qarşı tərtib etmiş oluduqları 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında ona hesablanmış maddi ziyanın silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Azəriqaz İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 noyabr 2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1036,80 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Beyləqan rayon İmamverdilər kəndinbdə özünə məxsus evdə yaşayır. Evinə qaz çəkilmiş və qaz sayğacı quraşdırılmışdır. O, sayğaca müdaxilə etməmiş və əlavə xəttdən istifadə etməmişdir. O, əlavə xəttdən istifadə etsəydi bu barədə kəndin qaz nəzarətçisi dərhal baş idarəyə məlumat verərdi. O, istifadə etdiyi qazın pulunu da ödəmişdir. “Azəriqaz” İB-inin əməkdaşlarının tərtib etdikləri 30 noyabr 2022-ci il tarixli, ******* saylı aktda guya onun tərəfindən sayğaca müdaxilə olunması göstərilmişdir. Hazırda da qaz pulunu ödəməyə davam edir, lakin ondan əsassız olaraq ziyan tələb olunur. O, sayğaca heç bir müdaxilə etməmişdir. Odur ki, cavabdeh “Azərqaz" İB-nın əməkdaşları tərəfindən onun barəsində tərtib edilmi 30 noyabr 2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında ona hesablanmış 1036,80 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz”İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən münayəndəsini məhkəmə iclasına göndərməmişdir. İşə əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, məhkəmə bildirişi “Azərqaz” İBnin nümayəndəsi tərəfindən bildirişə şəxsən imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnaməçəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi gəlmədiyindən vəbu barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı yaşadığı Beyləqan şəhərində yerləşən fərdi yaşayış evində quraşdırlmış sayğaca (abonent kodu-**********01370, Sayğacın zavod nömrəsi-********) baxış keçrilmiş,müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama müxanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Göstərici çarxları yerində aşkar edilməmiş, sayğac istismara yararsızdır. İşdə olan Abonentin Saldosunun surətindən görünür ki, İddiaçı həmin akt əsasında 1036,80 manat ziyan hesablanmışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 30 iyun 2022-ci il tarixdə“Azəriqaz”X1 X3 İdarəsinin Beyləqan rayon üzrə əməkdaşları tərəfindən İddiaçı evinə quraşdırılmış qaz sayğacına baxış keçrilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsi gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama müxanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Göstərici çarxları yerində aşkar edilməmişdir. Bununla bağlı ”30 noyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Halbu ki, iddiaçı sayğaca müdaxilə etməmişdir. Laboratoriya Qaz İdarəsinin öz nəzdində olduğu üçün cavabdehin mənafeyinə uyğun rəy verə bilər. İddiaçı həmin rəylə razı deyildir. İddiaçı hər ay qaz pulunu vaxtlı-vaxtında ödəyir. Qaz idarəsinin əməkdaşlarının həmin hərəkətləri onun bir istehlakçı kimi hüquqlarını pozur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli, qərarı ilə təsdiq edilmiş“Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinəəsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənayə qaz qurğularının istifadəsi üçün isə qaz istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinəəsasən qaz sayğaclarının üzərində SMPDK və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinəəsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtükləörtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinəəsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isəözləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinəəsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi iləəvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir İş materiallarından həmçinin müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış, bundan başqa həmin qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən birbaşa olaraq qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Halbu ki, qaz sayğacı iddiaçının evindən və həyətindən kənarda quraşdırılmış, onun daimi olaraq həmin sayğaca nəzarət etməsi mümkün deyildir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi iləəvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinəəsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, akt qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz vəəsassızdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinəəsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 9.3-cü maddəsinəəsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinəəsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərləəsaslandırmalıdır. Məhkəmə qeyd edilən prosessual hüquq normalarını hazırki münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı qaz sayğacına zərər vurması, onun əməlinin qanuna zidd olması və iddiaçının qanunazidd əməli ilə nəticəsi arasında səbəbli əlaqənin olması işin mötəbər sübutları ilə sübuta yetirilmədiyindən, cavabdeh “Azəriqaz”İstehsalat Birliyi İddiaçı itirilmiş qaz üçün hesablanmış borcun dəyərini tələb etməkdə haqlı deyildir. İddiaçının təqsiri sübut olunmadığından, cavabdeh qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, “Azəriqaz”X1 X3İdarəsi tərəfindən tərtib edilmiş“Təbii qazdan istifadə qaydalarının pozulmasına dair 30 noyabr 2022-ci il tarixli, ******* saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanan ziyan silinməlidir. Qeyd edilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. İddiaçı barəsində cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt əsasında İddiaçı hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat ziyan silinsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar