Məhkəmə qərarları › İş №2(020)-870/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-870/2023

14.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-870/2023 14.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı tərtib olunmuş aktın ləğv edilməsi və təyin olunmuş cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh-inin İmişli RETSİ-nin 01 fevral 2023-cü il tarixli, 289429 saylı aktının ləğv edilməsi və akt üzrə hesablanmış 630 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, Beyləqan rayon, Açağı Çəmənli kəndində yaşayır, evi üçün X1yə görə işıq sayğacı quraşdırlmışdır. O, həmin sayğacdan istifadə etmiş, istifadə etdiyi enerji haqqını hər ay vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh-inin İmişli RETSİ-nin əməkdaşları tərəfindən ona hazırda 630 manat akt üzrə cərimə borcu olduğu bildirilmişdir. Ona 20230-cü ilin fevral ayında verilən abonentin ödəniş saldosu haqqında cədvəldən sonra məlum olub ki, ona cərimə yazılmışdır. 01 fevral 2023-cü il tarixli, 289429 saylı cərimə aktı ilə tanış olmuş və cərimə aktında cərimənin səbəbi olaraq guya onun tərəfindən EEİQ-ni pozaraq sayğacın giriş və çıxış xətləri eyni yuvada birləşdirilmişdir. O, bu göstərilənlərlə razı deyildir. Çünki ödəniş saldosuna baxarkən də görmək olur ki, onun elektrik enerjisindən aylıq ödənişində heç bir azalma yoxdur. Demək olar ki, illər boyu eyni miqdarda X1 etmiş və borcunu da hər ay ödəmişdir. Həmçinin akt tərtib olunarkən onun iştirakı olmamış və o, həmin akta imza etməmişdir. Akta onun və ailə üzvlərinin iştirakı salınmamışdır. O, sayğaca müdaxilə etməmişdir. Odur ki, Cavabdeh-in İmişli RETSİ-nin 01 fevral 2023-cü il tarixli, 289429 saylı aktının ləğv edilməsi və akt üzrə hesablanmış 630 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstrəmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. "xxxx" ASC-nin nümayəndəsi Zeyqam Mərdəliyev məhkəməyə iddiaya qarşı etiraz göndərərək iddiaçının sayğacın giriş və çıxış xətləri eyni yuvada birləşdirilməsi və barəsində düzgün olaraq akt tərtib edildiyini, idddiaçının iddia müddətini ötürdüyünü göstərmiş, iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsini xahiş etmişdir. İşdə olan 01 fevral 2023-cü il tarixli, 289429 saylı aktın surətindən görünür ki, istehlakçılar tərəfindən İşıqdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı yaşadığı Beyləqan rayon çağı Çəmənli kəndində yerləşən fərdi yaşayış evində quraşdırlmış sayğaca (abonent kodu-**********00048) baxış keçrilərkən sayğacın giriş və çıxış fəza xətlərinin eyni yuvada birləşdirilməsi, alt qapaq möhrünün siminin kəsilməsi müəyyən olunmuşdur. İşdə olan Abonentin Saldosunun surətindən görünür ki, İddiaçı akt üzrə 630 manat məbləğində ziyan (cərimə) hesablanmışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 03 iyul 2018-ci il tarixdə Beyləqan rayon Aşağı Çəmənli kəndində yaşayan İddiaçı məxsuz evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçrilmişdir. Baxış zamanı İddiaçı fərdi yaşayış evindəki sayğacın giriş və çıxış fəza xətlərinin eyni yuvada birləşdirilməsi, alt qapaq möhrünün siminin kəsilməsinin müəyyən edilməsi barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş X1 Qaydalarının 7.10-cu maddəsində qeyd olunmuşdur ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinəşərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Eyni zamanda məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının istifadə etdiyi sayğac onun yaşadığı evdən kənarda quraşdırılmış, həmin sayğaca müdaxilə abonentin təqsiri üzündən baş verməsi barədə akt tərtib edilsə də, həmin aktın tərtib edilməsindən iddiaçının eləcə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bununla da iddiaçının həqiqətən də hərəkətləri nəticəsində həmin sayğaca müdaxilənin baş verməsi kifayət qədər araşdırılmamışdır. Həmin hal da onu göstərirki, cavabdeh təşkilata dəymiş zərərin tam olaraq iddiaçının hərəkətləri nəticəsində baş verməsi təsdiq olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Cavabdeh təşkilat iddiaçının hansı əməlinin hüquqa zidd olması və həmin hərəkətin nəticəsində ziyan dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı aydın olmuşdur ki, X1də pozuntuya yol verildiyi aşkar edildiyi halda sənədləşmə zamanı iki hal şahidinin iştirakı vacib olduğu halda buna əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nomrəli qərarı ilə təsdiq edilmiş«X1 Qaydaları»nın 8.33-ci maddəsinə əsasən, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizat muəssisənin numayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edib və aktın bir nusxəsinin məişət abonentinə verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinəəsasən mülki hüquqi və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görəmüqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında iddiaçının müqavilə bəndlərinə əməl etməməsi və bunun nəticəsində cavabdeh təşkilata ziyan dəyməsi kifayət qədər sübuta yetməmişdir. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dovlət hakimiyyəti və yerli ozunuidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın uzərinə düşür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinəəsasən məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının iddia tələbi kifayət qədər sübuta yetrildiyinə və cavabdehin etirazında iddianın rədd olunması üçün sübutlar müəyyən edilmədiyindən məhkəmə iddianın təmin edilməsini əsaslı hesab edir. Bütün bu hallarla yanaşı cavabdeh təşkilata iddiaçının sayğacına müdaxilə olması nəticəsində zərər vurulması sübuta yetrilməmişdir. Belə olan halda iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. İddiaçı barəsində sayğacdan kənar xətdən istifadə etməsi ilə bağlı Azərişıq” ASC-nin tərtib etdiyi 01 fevral 2023-cü il tarixli, 289429 saylı akt etibarsız hesab edilsin və 630 (altı yüz otuz) manat ziyan (cərimə) silinsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar