Məhkəmə qərarları › İş №2(020)-881/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-881/2023

28.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-881/2023 28.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin sədri Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi -Ərizəçi, Maraqlı şəxs- Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və X*3 Komissiyası nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi 20.*2.2004-cü il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, yəni şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu - 20.*2.2004-cü il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək göstərdi ki, X2 20.*2.2004-cü il tarixdə onunla X3 birgə nikahından Beyləqan rayonunun Türklər qəsəbəsində anadan doğulmuşdur. X2 anadangəlmə Ağırdərəcəli əqli gerilikdən, kobud əqli gerilikdən və nitq inkişafının geriliyindən əziyyət çəkir. Uşaqlıqdan psixi və fiziki inkişafdan geri qalmışdır. Qeyri adekvat hərəkətlər edir. Oğlu Namiq xx.xx.2006-cı il tarixdən Beyləqan rayon Mərkəzi Xəstəxanasında “Kvadroplegik spastik serebral iflic, uşaq serebal iflici və Tetraparatik forma” diaqnozu ilə qeydiyyatdadır. Onun xəstəliyi həkim tərəfindən tibbi dildə ağır dərəcəli əqli gerilik kimi qiymətləndirilir. Hazırda İ qrup əlildir. Hal-hazırda oğlu özünü idarə edə bilmir, tez-tez onda qıcolmalar, ürəyi getmələr olur. Onun başqasının qulluğuna ehtiyacı vardır. Əmək qabiliyyətsizdir. İndiyənədək onun bütün qayğıları ilə özü məşğul olur. Hazırda tam fəaliyyət qabiliyyətsizdir. Ambulator və stosionar şəraitdə daimi olaraq müxtəlif xəstəxanalarda müalicələrdə olmuşdur. Mən Namiqin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və X*3 Komissiyasına müraciət etmiş, ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, oğlu - 20.*2.2004-cü il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və X*3 Komissiyası nümayəndəsi X8 ərizənin təmin edilməsinə etirazının olmamasını bildirdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. İşə əlavə edilmiş vəsiqədən görünür ki, X7 20.*2.2004-cü ildə anadan olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası TƏBİB X*2 “Beyləqan rayon Mərkəzi Xəstəxanası” X*2n ***7 saylı, 228 aprel 2023-cü il tarixli tibbi arayışından görünür ki, Verilir, Beyləqan rayon Türklər qəsəbəsi sakini 20.*2.2004-cü il təvəllüdlü X5 ona görə ki, o, həqiqətən xx.xx.2023-cü il tarixdə “Beyləqan RMX”-da tibbi müayinədən keçdi. “Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici, tetraparatik forma, ağırdərəcəli əqli gerilik, kobud əqli gerilik, nitq inkişafının geriliyi” diaqnozu ilə xəstədir. Kənar şəxsin qulluğuna ehtiyacı var. Hazırda 20.*2.2004-cü il təvəllüdlü X* vəziyyəti və eləcə də hazırda onun məhkəmə-psixiatrik ekspertizasından keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Ekspertiza Mərkəzi” nin X*2ndə iştirak etmək iqtidarında deyildir. Beləliklə 20.*2.2004-cü il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyətinin olmaması işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası MPM-nin 3*8.2-ci madəssinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin üz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 3*7.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 20.*2.2004-cü il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar