Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-883/2023 17.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı tərtib olunmuş aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh-nin satışa nəzarət şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R№294000 nömrəli aktın ləğv edilməsi və cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, Cavabdeh-nin satışa nəzarət şöbəsinin əməkdaşları tərəfindən onun mülkiyyətində olan Beyləqan rayonu, Tatalılar kəndində yerləşən elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı sayğaca müdaxilə halı aşkar edildiyinə görə Cavabdeh-nin satışa nəzarət şöbəsinin əməkdaşları tərəfindən akt tərtib edilmiş və həmin akta əsasən cərimə yazılmışdır. Cavabdeh-nin satışa nəzarət şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R№294000 nömrəli akta görə güya o, sayğacın 0 xəttini kənardan götürməklə sayğacın sxemini pozaraq sayğacdan kənar X1 etmişdir. Ümumiyyətcə o, heç bir vaxt sayğaca baxmamışdır. Gələn işıq pulunu vaxtında ödəmiş və hazırda işıq pulu borcu yoxdur. Sayğac həyətdən kənar yerləşir və ona nəzarət etmək imkanı yoxdur. Odur ki, Cavabdeh-nin satışa nəzarət şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R№294000 nömrəli aktın ləğv edilməsi və cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstrəmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. "xxxx" ASC-nin nümayəndəsi Zeyqan Mərdəliyev məhkəməyə iddiaya qarşı etiraz göndərərək iddiaçının sayğacdan kənar xətt vasitəsilə elektirik enerjisindən istifadə etdiyini və barəsində düzgün olaraq akt tərtib edildiyini göstərmiş, iddia əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. İşdə olan “X1 qaydalarına riayət olunmasının yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli 294000 saylı aktın surətindən görünür ki, istehlakçılar tərəfindən İşıqdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı yaşadığı Beyləqan rayonunun Tatalılar kəndində yerləşən fərdi yaşayış evində quraşdırlmış sayğaca baxış keçrilərkən onun sayğacdan kənar xətdən istifadə etdiyi müəyyən edilmişdir. İşdə olan Abonentin Saldosunun surətindən görünür ki, İddiaçı akt üzrə 693.58 manat məbləğində sayğacdan kənar xətdən istifadə ilə bağlı ziyan (cərimə) hesablanmışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə Beyləqan rayonu, Tatalılar kəndində yaşayan İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçrilmişdir. Baxış zamanı İddiaçı sayğacdan kənar xətdən istifadə etdiyi müəyyən edilmişdir. Tərtib edilmiş akta İddiaçı imza etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş X1 Qaydalarının 7.10-cu maddəsində qeyd olunmuşdur ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinəşərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görəöhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinəəsasən mülki hüquqi və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görəmüqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dövlət hakimiyyəti və yerli ozunuidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın uzərinə düşür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə iddiaçı izahatında etiraf etməsə də onun sayğacdan kənar xətdən istifadə etməsi iş materialları ilə qismən də olsa sübuta yetmişdir. İddiaçının kənar xətdən istifadə etməsi nəticəsində onun evinə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələməsi və sayğacdan çıxarması halı müəyyən edilməmişdir. Cavabdeh təşkilatın nümayəndələrinin tərtib etdiyi aktda da belə bir halın mövcud olması öz əksini tapmamışdır. Bütün bu hallarla yanaşı cavabdeh təşkilata iddiaçının sayğacdan kənar xətdən istifadə etməsi nəticəsində zərər vurulması qismən də olsa sübuta yetmişdir. Ona görə də iddiaçı qismən də olsa həmin sayğaca müdaxiləyə görə məsuliyyət daşımalıdır. Çünki iddiaçının həmin sayğaca olan müdaxiləsindən məlumatlı olması, lakin cavabdeh təşkilata məlumat verməməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmədə müəyyən edildi ki, iddiaçı sayğacdan kənar xətdən istifadə etmədiyi halda hər ay təxminən 7-8 manat dəyərində X1 etmiş və istifadə etdiyi enerjinin dəyərini ödəmişdir. Belə olan halda ona həddən artıq yüksək məbləğdə, yəni 693.58 manat məbləğində ziyan(cərimə) hesablanmışdır. Belə olan halda iddia qismən təmin edilməli, həmin məbləğ azalddılmaqla 150 manat məbləğində saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı barəsində sayğacdan kənar xətdən istifadə etməsi ilə bağlı Azərişıq” ASC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli 294000 saylı aktı qismən ləğv edilsin. xx.xx.2023-cü il tarixli 294000 saylı aktla ziyanın (cərimənin) məbləği azaldılaraq 150 (yüz əlli) manat həcmində saxlanılsın. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-883/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-883/2023
17.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver