Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-890/2023 19.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və İbrahimova (Fərzaliyeva) Aygün Dadaş qızının iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi2, İbrahimova (Fərzaliyeva) Aygün Dadaş qızı ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 nömrəli qərarına əsasən Ərizəçi2 Fehruz oğlu, X3 Beyləqan rayonunun Milabad qəsəbəsində 2,20 ha torpaq sahəsi verilməsinə dair JN-295 KOD 60709018 kod nömrəli dövlət akt qeydlərinin Ərizəçi2 və İbrahimova (Fərzaliyeva) Aygün Dadaş qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi2 məhkəmədə ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonunun Milabad qəsəbəsində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-295 KOD 60709018 saylı Dövlət aktına əsasən 2,20 ha pay torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında Ərizəçi2 səhvən Ərizəçi2 Fehruz oğlu kimi, Ərizəçi1 isə səhvən X1 qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan 6 saylı ərazi İdarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırılması üçün yalnız məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Həmin yalnışlığa görə torpaq sahəsi üzərində hər hansı bir hüquqlarını həyata keçirə bilmirlər. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 nömrəli qərarına əsasən Ərizəçi2 Fehruz oğlu, X3 Beyləqan rayonunun Milabad qəsəbəsində 2,20 ha torpaq sahəsi verilməsinə dair JN-295 KOD 60709018 kod nömrəli dövlət akt qeydlərinin Ərizəçi2 və İbrahimova (Fərzaliyeva) Aygün Dadaş qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Digər ərizəçi İbrahimova (Fərzaliyeva) Aygün Dadaş qızı məhkəmə iclasında ərizəsini müdafiə etdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizəni əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-295 KOD 60709018 saylı, 15 fevral 1999cu il tarixli 65 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktının surətindən görünür ki, Beyləqan rayonunun Milabad qəsəbəsində torpaq sahələri islahata gedərkən ərizəçilərə və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 saylı qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair JN- 295 KOD 60709018 saylı Dövlət aktı ilə 2,20 ha pay torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında Ərizəçi2 səhvən Ərizəçi2 Fehruz oğlu kimi, Ərizəçi1 isə səhvən X1 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və doğum akt qeydindən görünür ki, Ərizəçi2 xx.xx.1958-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və doğum akt qeydindən görünür ki, İbrahimova (Fərzaliyeva) Aygün Dadaş qızı xx.xx.1957-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqn ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçi JN-295 KOD 60709018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqən ərazi idarəsinə müraciət etmiş, ona ərizəsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonun Türkər qəsəbəsində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 saylı qərarı ilə Ərizəçi2 qızına və onun ailə üzvlərinə 2,20 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-295 KOD 60709018 saylı Dövlət aktı təsdiq edilmişdir. Tərtib olunmuş Dövlət aktında Ərizəçi2 səhvən Ərizəçi2 Fehruz oğlu kimi, İbrahimova (Fərzaliyeva) Aygün Dadaş qızı isə səhvən X1 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 nömrəli qərarına əsasən Ərizəçi2 Fehruz oğlu, X2 adına Beyləqan rayonunun Milabad qəsəbəsində 2,20 ha torpaq sahəsi verilməsinə dair JN-295 KOD 60709018 saylı Dövlət akt qeydlərinin Ərizəçi2 və İbrahimova (Fərzaliyeva) Aygün Dadaş qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-890/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-890/2023
19.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver