Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-9/2025 04.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, İddiaçılar- İddiaçı*, İddiaçı3 və İddiaçı2 vəkalətli nümayəndəsi Beyləqan rayon Vəkil bürosunun vəkili Nümayəndə, Cavabdeh- Cavabdeh* iştirakı ilə, İddiaçılar İddiaçı*, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh*, Beyləqan rayon * saylı Dövlət notariat ofisi və maraqlı tərəf DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı miras əmlakdan vərəsələrin payının müəyyən edilməsi, miras əmlak olan VAZ 2*060 markalı avtomobilin satılması və vərəsələr arasında paylarına uyğun bölüşdürülməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı*, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 dekabr 202*-ci ildə vəfat etmiş X3 miras qalmış *.75 ha torpaq sahəsinə və 2000-ci il buraxılışlı, tünd qırmızı metallik rəngli, Dövlət qeydiyyat nömrəsi **-ES-***, SEDAN tipli, mühərrik nömrəsi 5959525, Ban nömrəsi XTA 2*06*0Y426*234 olan bir ədəd VAZ-2*060 markalı avtomobilin vərəsələr arasında paylarının müəyyən edilməsi, naturada ayrılması, miras əmlak olan VAZ 2*06 avtomobilinin satılaraq, vərəsələr arasında paylarına uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı*, İddiaçı3 və İddiaçı2 vəkalətli nümayəndəsi Beyləqan rayon Vəkil bürosunun vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək iddia tələbinin miras əmlakda payların natirada ayrılması hissəsində baxılmamış saxlanılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddia həmin hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı*, İddiaçı3, İddiaçı2 vəkalətli nümayəndəsi Beyləqan rayon Vəkil bürosunun vəkil Nümayəndə iddia tələbini əsaslandıraraq göstərdi ki, İddiaçı* 04 noyabr *974-cü ildə X** ilə rəsmi nikaha girərək evlənmiş, həmin nikahdan xx xxxxxxx *975-ci ildə Sanar, 27 may *975-ci ildə Könül, *5 sentyabr *979-cu ildə isə Anar adlı övladları anadan olmuşdur. X*2 05 dekabr 202*-ci ildə vəfat etmişdir. Zəkariyə Babayevdən miras olaraq 3.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yarısı yəni *,75 ha torpaq sahəsi, bir ədəd 2000-ci il buraxılışlı, tünd qırmızı metallik rəngli, Dövlət qeydiyyat nömrəsi **-ES-***, SEDAN tipli, mühərrik nömrəsi 5959525, Ban nömrəsi XTA 2*06*0Y426*234 olan VAZ 2*060 avtomobili qalmışdır. İddiaçılar həmin miras əmlaklara vərəsəlik şəhadətnaməsi ala bilmirlər. Buna səbəb Cavabdeh* vərəsəlik işinin sənədləşdirilməsi üçün notariat ofisinə getməməsidir. Beyləqan rayon * saylı Notariat Ofisi özünü ** iyul 2022-ci il tarixli 6*7 saylı məktubu ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Dəfələrlə vərəsəlik işinin sənədləşdirilməsi üçün Beyləqan rayon Bir saylı Notariat Ofisinə gəlməsini Cavabdeh* təklif edilsə də, o, gəlməkdən imtina etmişdir. Halhazırda iddiaçılar miras əmlakın bölüşdürülməsi ilə bağlı razılığa gələ bilmədiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, 05 dekabr 202*-ci ildə vəfat etmiş X3 miras qalmış *.75 ha torpaq sahəsinə və 2000-ci il buraxılışlı, tünd qırmızı metallik rəngli, Dövlət qeydiyyat nömrəsi **- ES-***, SEDAN tipli, mühərrik nömrəsi 5959525, Ban nömrəsi XTA 2*06*0Y426*234 olan bir ədəd VAZ- 2*060 markalı avtomobilin vərəsələr arasında paylarının müəyyən edilməsi, miras əmlak olan VAZ 2*06 avtomobilinin satılaraq, vərəsələr arasında paylarına uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh* iddianı qəbul etmədi və göstərdi ki, məhrum atası X4 adına olan 3,5 ha torpaq sahəsinin 2,3 ha hissəsini o, almışdır. Lakin sənədləşdirmə mərhum atasının adına olunmuşdur. Hazırda o, torpaq sahəsini, evi və avtomobilin anası və digər bacı qardaşlarının arasında tam bölünməsini istəyir. X*3 və ailəsini yaşadıqları ata evindən döyüb çıxarmışdır. Ata evində onun da payı vardır. Evin də bölünməsini, payının müəyyən edilməsini tələb edir. O, iş üzrə alınmış ekspert rəyi ilə də razı deyildir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəflər DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə və Beyləqan rayon * saylı Dövlət notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan nümayəndələrini məhkəməyə göndərməmişlər. Məhkəmə hazırkı vəziyyətə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçıların nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia aşağıdakı əsasa görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətində görünür ki, İddiaçı* xx.xx.*954-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.*975-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxx *979-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh* xx.xx.*977-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X** ilə İddiaçı* nikahlarını 04 noyabr *974-cü ildə rəsmiləşdirmişlər. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X*2 05 dekabr 202*-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK ynında DƏDRX Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX *475236nömrəli çıxrışdan görünür ki, Beyləqan rayonu, Bahar kəndində yerləşən Qeydiyyat nömrəsi*7*9000537, qeydiyyat tarixi 3*.0*.20*9, Daşınmaz əmlakın reyestr nömrəsi 6070*3032854 olan, 3,5 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2000-ci il buraxılışlı, tünd qırmızı metallik rəngli, Dövlət qeydiyyat nömrəsi **-ES-***, SEDAN tipli, mühərrik nömrəsi 5959525, Ban nömrəsi XTA 2*06*0Y426*234 olan VAZ 2*060 avtomobilin sahibi X7r. İş materiallarına əlavə edilmiş Beyləqan rayoni * saylı Notariat Ofisinin İddiaçı2 ünvanladığı ** iyul 2022-ci il tarixli 6*7 nömrəli məktubdan görünür ki, İddiaçı2 mirasın qəbulu barədə Beyləqan rayoni * saylı Notariat Ofisinə müraciət etmişdir. X*2 05.*2.202*-ci il tarixində ölməsi, rayon qeydiyyat şöbəsinin təqdim olunmuş məktubunda X4 ailə üzvləri sırasında onun, arvadı və digər 2 övladı olması müəyyən edilmişdir. Mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürüldyündən, eyni zamanda miras şərikləri arasında ixtilaflar olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməkdən imtina edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Məhkəməsinin *3 mart 2023-cü il tarixli 2(020)- 47*/2023 saylı qətnaməsindən görünür ki, xx xxxxxxx *975-ci ildə anadan olmuş İddiaçı3, xx xxx *979-cu ildə anadan olmuş İddiaçı2, xx xxxxxxxx *977-cu ildə anadan olmuş Cavabdeh* mərhum X*2 ilə ataövlad dərəcəsində qohum olması faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş * saylı “SƏYYAR-ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-99 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”dən görünür ki, X2 rayonu, Bahar kəndində yerləşən mülkiyyətində olan 0,0853 ha həyətyanı torpaq sahəsini üzərində yerləşən fərdi yaşayış evini İddiaçı2 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK ynında DƏDRX Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxrışdan görünür ki, Beyləqan rayonu, Bahar kəndində yerləşən Qeydiyyat nömrəsi *72000404*, qeydiyyat tarixi 25.2020, Daşınmaz əmlakın reyestr nömrəsi 6070*3*73*5-*030* olan, 0,0853 ha həyətyanı torpaq sahəsi İddiaçı2 Zəkariya qızının mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş Fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, reyestr nömrəsi 6070*3*73*5-*030* olan, Beyləqan rayonu Bahar kəndində yerləşən fərdi yaşayış evi İddiaçı2 Zəkariya qızının adına qeydiyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X22 6 saylı Beyləqan Ərazi İdarəsinin 3-2*-3-45/2- 674/2025 saylı 30 yanvar 2025 -ci il tarixli məktubundan görünür ki, Beyləqan rayonu, Bahar kəndində yerləşən X4 mülkiyyətində olan (6070*30*73*5-*030* reyestr nömrəli, *7*6000745 qeydiyyat nömrəli, ümumi birgə 3 nəfər, 27.02.20*6-cı il qeydiyyat tarixli) torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il * saylı “SƏYYAR-ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X*4 tərəfindən təsdiq edilmiş 4Ə-99 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında fərdi yaşayış evi İddiaçı2 adına özgəninkiləşdirilmişdir. X5 adına Beyləqan rayonu, Bahar kəndində yerləşən 3,50 ha k/t təyinatlı (6070*3032854 reyestr nömrəli, *7*9000537 qeydiyyat nömrəli, 3*.0*.20*9cu il qeydiyyat tarixli) torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X22 6 saylı Beyləqan Ərazi İdarəsinin 3-2*-3-45/2- 674/2025 saylı 30 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Beyləqan rayonu, Bahar kəndində yerləşən X4 mülkiyyətində olan 0,0853 ha həyətyanı (6070*30*73*5-*030* reyestr nömrəli, *7*6000745 qeydiyyat nömrəli, ümumi birgə 3 nəfər, 27.02.20*6-cı il qeydiyyat tarixli) torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il * saylı “SƏYYAR-ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X*4 tərəfindən təsdiq edilmiş 4Ə-99 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında fərdi yaşayış evi İddiaçı2 adına özgəninkiləşdirilmişdir. X5 adına Beyləqan rayonu, Bahar kəndində yerləşən 3,50 ha k/t təyinatlı (6070*3032854 reyestr nömrəli, *7*9000537 qeydiyyat nömrəli, 3*.0*.20*9-cü il qeydiyyat tarixli) torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Nümayəndə vəsatəti əsasında Beyləqan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki və məhkəmə əmtəəşunaslıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin *9 sentyabr 2024-cü il tarixli, 3-*6-*6/2-*0/57-96-9/5949 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi *7*9000537 olan, reyestr nömrəsi 6070*3032854 olan və qeydiyyat tarixi 3*.0*.20*9-cu il olan çıxarışa əsasən, mərhum X6 xüsusi mülkiyyətində olmuş *.75 ha torpaq sahəsindən İddiaçı*, İddiaçı2 və İddiaçı3 və X*0 düşən paya uyğun olaraq naturada bölünüb-bölünməməsini müəyyən etnək üçün ölçmə işləri aparılmışdır. Ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, iddiaçıların hər birinə orta hesabla 0.4375 ha torpaq sahəsinin naturada bölünməsi mümkündür. X* adına olan 2000-ci il buraxılışlı, tünd qırmızı metallik rəngli, Dövlət qeydiyyat nömrəsi **-ES-***, SEDAN tipli, mühərrik nömrəsi 5959525, Ban nömrəsi XTA 2*06*0Y426*234 olan bir ədəd VAZ-2*060 markalı 2000-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada orta bazar qiyməti təminən 4000,00 manat müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.*-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir Həmin Məcəllənin 32.3-cü maddəsinə görə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Məhkəmədə müəyyən edildi ki, X5 adına olan 3,50 ha torpaq sahəsi və VAZ-2*060 markalı2000-ci il buraxılışlı avtomobil iddiaçılardan İddiaçı* ilə mərhum X8 birgə nikah dövründə əldə edilmişdir. Ona görə də həmin əmlakların hər biri onların birgə mülkiyyəti olmaqla yarısı, yəni ½ hissəsi İddiaçı* məxsusdur. Qalan əmlak isə miras kütləsi kimi İddiaçı* da daxil olmaqla 4 vərəsə arasında bərabər bölünməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin **34.*-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin **59.*-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı həmin Məcəllənin **59.*.*-ci maddəsinə görə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə iclasında mülki işin araşdırılmış hallarından görünür ki, İddiaçı* ilə X** nikahlarını 04 noyabr *974-cü ildə rəsmiləşdirərək evlənmişlər və birgə nikahlarından üç uşaqları anadan olmuşdur. Beyləqan rayonu, Bahar kəndində yerləşən Qeydiyyat nömrəsi*7*9000537, qeydiyyat tarixi 3*.0*.20*9, Daşınmaz əmlakın reyestr nömrəsi 6070*3032854 olan, 3,5 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan əlavə mərhum Zəkariya Babayevin mülkiyyətində dövlət qeydiyyat nömrəsi **-ES-***, SEDAN tipli, VAZ 2*060 avtomobili olmuşdur. X*2 05 dekabr 202*-ci ildə vəfat etmişdir. İddiaçı2 mirasın qəbulu barədə Beyləqan rayoni * saylı Notariat Ofisinə müraciət etmiş, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürüldyündən, həmçinin miras şərikləri arasında ixtilaflar olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməkdən imtina edilmişdir. Cavabdeh* vərəsəlik işinin sənədləşdirilməsi üçün notariat ofisinə getməkdən imtina etdiyindən iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə hesab edir ki, mirasın kütləsinə daxil olan *,75 ha torpaq sahəsində 4 vərəsənin payı ¼ hissə və avtomobildinə 4 vərəsənin payı ¼ hissə müəyyən edilməlidir. Avtomobilin hazırkı dəyəri ekspertiza tərəfindən 4000 manat qiymətləndirilmiş, onu yarı dəyəri 2000 manat vərəsələr arasında bərabər qaydada paylar müəyyən edilməlidir. Cavabdeh* atasına məxsus evdən də payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının pay tələb etdiyi ev mirasın kütləsinə daxil edilə bilməz. Belə ki, həmin ev iddiaçının atası tərəfindən sağlığında 06 fevral 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş müqavilə əsasında İddiaçı2 bağışlanmışdır. Bundan sonra ev həmin müqavilə əsasında xx.xx.2020-ci il qeydiyyat tarixi olan *7000404* saylı çıxarışla İddiaçı2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.*-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.*.*-ci maddəsinə görə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin **5*.*-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin **5*.2-ci maddəsinə görə mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə hesab edir ki, evin bağışlanması mərhum Zəkəriya Babayevin öz iradəsi ilə olmuş və həmin ev 5 ilə yaxındır ki, İddiaçı2 mülkiyyətinə keçmişdir. Hazırkı iş üzrə Cavabdeh* həmin müddət ərzində evdən pay tələb etməmişdir. Ona görə də həmin əmlakın mirasın kütləsinə daxil edilməsi və evdən ona pay verilməsi əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübuta yetirə bilmişlər. Belə olan halda məhkəmə hesab edir ki, 05 dekabr 202*-ci İdə ölmüş X3 miras qalmış Azərbaycan Respublikası ƏMDK ynında DƏDRX Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX *475236 nömrəli çıxrışa əsasən Beyləqan rayonu, Bahar kəndində yerləşən Qeydiyyat nömrəsi*7*9000537, qeydiyyat tarixi 3*.0*.20*9, Daşınmaz əmlakın reyestr nömrəsi 6070*3032854 olan 3,5 ha torpaq sahəsinin *.75 ha hissəsində vərəsələr İddiaçı*, İddiaçı3, İddiaçı2, Cavabdeh* payları ¼ hissə, 2000-ci il buraxılışlı, tünd qırmızı metallik rəngli, Dövlət qeydiyyat nömrəsi **- ES-***, SEDAN tipli, mühərrik nömrəsi 5959525, Ban nömrəsi XTA 2*06*0Y426*234 olan bir ədəd VAZ- 2*060 markalı avtomobilin yarı dəyəri 2000 manat hissəsində həmin vərəsələrin payları ¼ hissədə, yəni hər birinin payları 500 manat məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, avtomobil üzərində vərəsələrin payları müəyyən edildikdən sonra onlar razılığa gəlmədikləri təqdirdə həmin avtomobilin satılması və hər birinin payının pul şəklində ayrılıb verilməsi mümkündür. Ona görə də iddia hazırda avtomobilin satılması hissəsində təmin edilə bilmız. Azərbaycan Respublikası MPM-nin **9-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 227, 233, 234.*-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. 05 dekabr 202*-ci ildə ölmüş X3 miras qalmış Azərbaycan Respublikası ƏMDK ynında DƏDRX Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX *475236 nömrəli çıxrışa əsasən Beyləqan rayonu, Bahar kəndində yerləşən Qeydiyyat nömrəsi *7*9000537 olan, qeydiyyat tarixi 3*.0*.20*9-cu il olan, Daşınmaz əmlakın reyestr nömrəsi 6070*3032854 olan 3,5 ha torpaq sahəsinin *.75 ha hissəsində vərəsələr İddiaçı*, İddiaçı3, İddiaçı2, Cavabdeh* payları ¼ hissə, 2000-ci il buraxılışlı, tünd qırmızı metallik rəngli, Dövlət qeydiyyat nömrəsi **-ES-***, SEDAN tipli, mühərrik nömrəsi 5959525, Ban nömrəsi XTA 2*06*0Y426*234 olan bir ədəd VAZ-2*060 markalı avtomobilin yarı dəyəri 2000 manat hissəsində həmin vərəsələrin payları ¼ hissədə, yəni hər birinin payları 500 manat məbləğində müəyyən edilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh* Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-9/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-9/2025
04.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver