Məhkəmə qərarları › İş №2(020)-902/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-902/2023

02.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-902/2023 02.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlu, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi Cəfərova (Orucova) Amilə Ədil qızının iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair işə Beyləqan şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Cəfərova (Orucova) X3 rayon İcra Hakimiyyətinin Başçısı 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə verilmiş A 295564 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquq sahiblərinin adlı siyahısındakı X4 qeydinin Cəfərova (Orucova) Amilə Ədil qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Cəfərova (Orucova) Amilə Ədil qızı məhkəmədə ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadığı Beyləqan şəhərində torpaq sahələri islahata gedərkən o və ailə üzvlərinə Beyləqan rayon İcra Hakimiyyətinin Başçısına müraciət müraciət etmiş. Beyləqan rayon İcra Hakimiyyətinin Başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə Torpaq sahəsinin Plan və ölçüsü tərtib edilməklə mülkiyyətinə 599,46 kv.m həyətyanı torpaq sahəsi verilmiuşdir Hazırda isə torpağa sənəd almaq istəyəndə Torpaq sahəsinin Plan və ölçüsü ilə onun sənədləri arasında fərq olduğu üçün sənədləşmə apara bilmir. Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə verilmiş Torpaq sahəsinin Plan və ölçüsündə qızının adı Cəfərova (Orucova) Amilə Ədil qızı olmasına baxmayaraq səhvən X1 qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırılması üçün yalnız məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə X2 adına verilmiş A 295564 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquq sahiblərinin adlı siyahısındakı qeydinin Cəfərova (Orucova) Amilə Ədil qızına məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır. Ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş dair 05 may 2010-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsünun surətindən görünür ki, ərizəçi Cəfərova (Orucova) Amilə Ədil qızına və ailə üzvlərinə 05 may 2010-cu il tarixli, 28 saylı qərarına əsasən Torpaq sahəsinin planı və ölçüsünə əsasən 599,46 kv metr həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sənəddə ərizəçinin adı səhvən Orucova (Orucova) Amilə Adil qızı kimi yazılmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərova (Orucova) Amilə Ədil qızı xx.xx.1960-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə 15 fevral 2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin sənədlərində uyğunsuzluq olduğundan müvafiq sənədləşmə işi aparılmasından imtina edilmişdir. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Ərizəçi adı Beyləqan rayon Aqrar İslahat Komissiyasının 05 may 2010-cu il tarixli, 28 saylı qərarına əsasən Torpaq sahəsinin Plan və ölçüsü tərtib edilməklə 599,46 kv metr həyətyanı torpaq sahəsi verilmişdir. Həmin plan və ölçü sənədində ərizəçinin adı Cəfərova (Orucova) Amilə Ədil qızı olmasına baxmayaraq səhvən X1 qeyd edilmişdir. Bu səbəbdən ərizəçi torpaq üzrərində hər hansı bir sənədləşəmə aparılmasında çətinliklərlə üzləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hazırda ərizəçi torpaq sənədində qeyd olunan yanlışlıq üzərində həmin torpaq sahəsinə olan hüquqlarını həyata keçirə bilmədiyindən məhkəmə hesab edir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə verilmiş A 295564 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquq sahiblərinin adlı siyahısındakı X4 qeydinin Cəfərova (Orucova) Amilə Ədil qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar