Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-904/2023 18.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair işə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli 68 nömrəli qərarına əsasən Ərizəçi Möhsüm qızının adına 1,99 ha torpaq sahəsinin verilməsinə dair JN:-135 KOD 60708028 nömrəli Dövlət akt qeyidinin Ərizəçi məxsus olması, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli 68 nömrəli qərarına əsasən Ərizəçi Möhsüm qızının adına verilmiş JN:-127B KOD 60708028 nömrəli olan şəhadətnamədəki qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi məhkəmədə ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonunun Mayak qəsəbəsində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli 68 nömrəli qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN:-135 KOD 60708028 nömrəli olan Dövlət aktı ilə 1,99 ha kənd təsərrüfatı istehsal təyinatlı torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında Ərizəçi səhvən Ərizəçi Möhsüm qızı kimi qeyd edilmişdir. Bundan başqa Beyləqan rayon Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli 68 nömrəli qərarına əsasən“Torpağın mülkiyyətə verilməsinə dair ”JN:-127B KOD 60708028 olan şəhadətnaməyə əsasən 0,31 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi səhvən Ərizəçi Möhsüm qızı kimi qeyd edilmişdir. Ərizəçilər bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırılması üçün yalnız məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli 68 nömrəli qərarına əsasən Ərizəçi Möhsüm qızının adına 1,99 ha torpaq sahəsinin verilməsinə dair JN:-135 KOD 60708028 nömrəli Dövlət akt qeyidinin Ərizəçi məxsus olması, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli 68 nömrəli qərarına əsasən Ərizəçi Möhsüm qızının adına verilmiş JN:-127B KOD 60708028 nömrəli olan şəhadətnamədəki qeydin Ərizəçiməxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəflər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndəsini göndərməmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət aktının və şəhadətnamənin surətlərindən görünür ki, Beyləqan rayonunun Mayak qəsəbəsində torpaq sahələri islahata gedərkən ərizəçiyə və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının18 mart 1999-cu il tarixli 68 qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN:-135 KOD 60708028 saylı, Dövlət aktı ilə 1,99 ha pay torpaq sahəsi və Beyləqan rayon Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli 68 nömrəli qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair JN: 127F KOD 60708028 nömrəli şəhadətnamə ilə 0,31 ha həyətyanı sahəsi verilmişdir. Həmin dövlət aktında Ərizəçi səhvən Ərizəçi Möhsüm qızı kimi qeyd edilmişdir. Bundan başqa Beyləqan rayon Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli 68 nömrəli qərarına əsasən“Torpağın mülkiyyətə verilməsinə dair ”JN:-127B KOD 60708028 olan şəhadətnaməyə əsasən 0,31 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi səhvən Ərizəçi Möhsüm qızı kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqn ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubunlarından görünür ki, ərizəçilər Dövlət aktında və Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqən ərazi idarəsinə müraciət etmiş, ona ərizəsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Beyləqan rayonun Mayak qəsəbəsində qeydiyyatdadır, 20.051938-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, dövlət aktında və şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli 68 nömrəli qərarına əsasən Ərizəçi Möhsüm qızının adına 1,99 ha torpaq sahəsinin verilməsinə dair JN:-135 KOD 60708028 nömrəli Dövlət akt qeyidinin Ərizəçi məxsus olması, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli 68 nömrəli qərarına əsasən Ərizəçi Möhsüm qızının adına verilmiş JN:-127B KOD 60708028 nömrəli olan şəhadətnamədəki qeydin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-904/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-904/2023
18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver