Məhkəmə qərarları › İş №2(020)-906/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-906/2024

08.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-906/2024 08.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh- Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair işə Beyləqan şəhərində açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü ildə anadan olmuş Yusif adlı uşağının atası olmasının müəyyən edilməsi, Cavabdeh bir uşaq -xx.xx.2023-cü ildə anadan olmuş Yusifin yetkinlik yaşına çatana kimi saxlanılması üçün 235 manat sabit pul məbləğində alimentin, 3 yaşadək hər ay 200 manat baxım pulunun və eyni zamanda mediaiya prosesi xərci üçün 50 manat, dövlət rüsumu kimi ödədiyi 51 manat məbləğində pulunalınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə nikahlarını rəsmiləşdirmədən 2023-cü ildə el adəti ilə evlənmişdir. Cavabdehlə 3 ay bir yerdə yaşamışlar. Sonra atası evinə gəlmişdir. Cavabdehlə faktiki nikahlarından xx.xx.2023-cü ildə Yusif adlı uşaqları anadan olmuşdur. Hazırda uşağı onun himayəsində yaşayır. Cavabdeh uşağın saxlanılması üçün heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh toylarda sintizator çalmaqla məşğuldur. Cavabdehlə birgə yaşağı müddətdə cavabdeh pensiya almışdır. Pensiyanı alma səbəbini bilmir. Həmçinin cavabdehin avtomaşını vardır, taksiçilik fəaliyyəti ilə məşğul olmaqla qazanc əldə edir. Dəfələrlə uşaq üçün Kamrandan doğum haqqında şəhadətnamə götürməsini təklif etsə də, cavabdeh bundan imtina edir. Beyləqan rayon Qeydiyyat Şöbəsinə getmək istəməmişdir. Nikahlarını rəsmiləşdirmədiklərindən uşağın doğum şəhadətnaməsinin ata qrafasında Kamranın soyadı Tahirli kimi yox, onun soyadına uyğun olaraq Quluzadə kimi qeyd edilmişdir. Ona atalığın müəyyən edilməsi ona görə lazımdır ki, uşağı atalı yazılsın, onun soyadını daşısın. Cavabdehin maddi yardımı və alimenti olmadan uşağı saxlamağa, onu normal qaydada maddi cəhətdən təmin etməkdə çox çətinlik çəkir. Ona görə də Cavabdeh xx.xx.2023-cü ildə anadan olmuş Yusif adlı uşağının atası olmasının müəyyən edilməsi, Cavabdeh bir uşaq xx.xx.2023-cü ildə anadan olmuş Yusifin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, 3 yaşadək hər ay 200 manat baxım pulunun və eyni zamanda mediaiya prosesi xərci üçün 50 manat, dövlət rüsumu kimi ödədiyi 51 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə DVD disk təqdim edərək həmin diskdə Cavabdeh toylarda sintizator ifa etməsini, taksiçilik fəaliyyəti ilə məşğul olmasını və məscidlərdə moizə oxumaqla pul qazanmasını göstərərək iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, Cavabdeh ilə İddiaçı nikahlarını rəsmiləşdirmədən evlənmişlər. Həmin faktiki nikahdan bir uşaqları olmuşdur. Cavabdeh atalığı etiraf edir. Cavabdeh epilepsiya xəstəsi olmaqla əqli qüsurludur və İİİ qrup əlildir. İddiaçı tərəfin izahatlnda göstərdiyi avtomaşın cavabdehin atasına məxsusdur. Cavabdehin xəstəliyinə görə taksiçilik fəaliyyəti ilə məşğul olması qeyri mümkündür. Onun xəstəliyi uzun müddət toy məclisində oturub sintizator ifa etməsi fiziki cəhətdən imkanı xaricindədir. İddiaçının aliment və uşağın 3 yaşınadək saxlanılması üçün hər ay 200 manat baxım pulu tələbini qismən qəbul edirlər. Həmin miqdarda aliment ödəməyə cavabdehin maddi imkanı yoxdur. Cavabdeh İİİ qrup əlilliyə görə hər ay 150 manat pensiya alır. Alimentin həmin pensiyadan tutulmaqla müəyyən edilməsinə etirazları yoxdur. Ona görə də iddianın aliment tələbinə dair hissəsinin qismən təmin edilməsini, iddianın 200 manat baxım pulu tələbinə dair hissəsinin rədd edilməsini, atalığın müəyyən edilməsi barədə hissəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə anadan olmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1998-ci ildə anadan olmuşdur. İş materialına əlavə edilmiş doğum haqqında arayışdan görünür ki, X3 xx.xx.2023-cü ildə anadan olmuşdur. Arayışda anası İddiaçı, atası X4 olmaqla, ata haqqında məlumat ananın deməsinə görə yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqla və valideyinlərinin birgə ərizəsi və uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törənməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından bir nəfər uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pozulduğundan ayrılmışlar. Hazırda iddiaçı uşağı ilə birlikdə yaşayır. Lakin tərəflərin rəsmi nikahları olmadığına görə uşağın doğum haqqında şəhadətnaməsində soyadı Quluzadə kimi göstərilmişdir. Cavabdehin vəkili də məhkəmədə cavabdehin uşağın atası olmasını etiraf etdiyindən Yusif adlı uşağın atasının Cavabdeh olması müəyyən edilməlidir. Məhkəmə zamanı müəyyən olundu ki, tərəflərin faktiki nikahlarından anadan olan Yusif adlı uşağı hazırda iddiaçının himayəsində yaşayır. Cavabdeh iddiaçının himayəsində yaşayan azyaşlı uşağın saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. Ona görə də iddiaçı cavabdehdən uşağın saxlanması üçün sabit pul məbləğində hər ay bir uşaq üçün 235 manat aliment və uşağa 3 yaşına çatanadək baxılması üçün hər ay 200 manat pulun alınıb ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm ,dəyişən olarsa …, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasından sonuncu müayinəyə dair məluatdan görünür ki, Cavabdeh İİİ dərəcəli əlildir, 150 manat pensiya alır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh İİİ dərəcəli əlil olmaqla 150 manat pensiya alır, onun 1/4 hissəsi bir uşağa görə 37.50 manat təşkil edir. Alimentin onun yalnız qazancından tutulması uşağın əvvəlki təminat səviyyəsinə uyğun deyildir. Ona görə də aliment cavabdehin həm qazancından, həm də səbit pul məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə azyaşlı uşağın əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi imkanını nəzərə alıb azyaşlı uşağın saxlanması üçün iddiaçıdan alimentin tutulmasının hər ay qazancından 1/4 hissə və sabit pul məbləğində hər ay 140 manat tutulmaqla müəyyən edilməsini qanunamüvafiq hesab edir. İddiaçının uşağın 3 yaşı çatanadək saxlanması üçün hər ay 200 manat baxım pulu tələb etməsini məhkəmə əsaslı hesab etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Məhkəmədə müəyyən edildi ki, cavabdeh İİİ qrup əlildir, hər ay 10 manat pensiya alır, onun zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi DVD diskdəki görüntülər cavabdeh tərəfindən qazanc əldə etməsinə dair sübut kimi qəbul edilə bilməz. Ona görə də, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də cavabdehdən tutulan aliment 15 may 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2023-cü ildə anadan olmuş Yusif adlı uşağının atasının Cavabdeh olması müəyyən edilsin. Cavabdeh 15 may 2024-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutlub xx.xx.2023-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilsin. Cavabdeh mediasiya prosesi xərci üçün ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu kimi ödənilmiş 51(əlli bir) manat məbləğində pul alınıb İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumuna görə 41.50 (qırx bir manat əlli qəpik) manat alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar