Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-912/2024 07.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 oğunun, Ərizəçi4 və Ərizəçi2 (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi3 Teymur oğlunun, X2, X16, X10 və X3 adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 nömrəli qərarı əsasında verilmiş JN-975F KOD 60713018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədəki qeydlərin Ərizəçi3, Ərizəçi1, Ərizəçi4, Ərizəçi2 və mərhum X11 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yaşadıqları Beyləqan rayonunun 1-ci Şahsevən kəndində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 nömrəli qərarı ilə JN-975F, KOD 60713018 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamə ilə 0,32 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə adları səhv qeyd edilmişdir. Torpağı sənədləşdirmək istəyirlər, lakin manələr yaranır. Ona görə şəhadətnamədəki X3 dəyişdirilərək X1, Ərizəçi3 Teymur oğlunun dəyişdirilərək Ərizəçi3 kimi, X2 dəyişdirilərək Ərizəçi1 kimi, X16 dəyişdirilərək Ərizəçi4 kimi, X10 dəyişdirilərək, Ərizəçi2 kimi yazılmalıdır. X18 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi4 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etmişdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Beyləqan Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Ərizəçi2 isə teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan işə baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin və Ərizəçi2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1964-cü il tarixdə, Jdanov rayonunun, Şahsevən kəndində anadan olmuş, yaşayış yeri Beyləqan rayonu, 1-ci Şahsevən kəndidir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxxx 1963-cü il tarixdə, Jdanov rayonunun, Şahsevən kəndində anadan olmuş, yaşayış yeri Beyləqan rayonu, 1-ci Şahsevən kəndidir. AA******* №-li Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. AA******* №-li Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1993-ci il tarixdə anadan olmuşdur. Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Ərizəçi3 xx.xx.1963-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş və atası X12, anası X13r. Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Ərizəçi2 xx.xx.1994-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş və atası Ərizəçi3 Teymur oğlu, anası X4r. Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Ərizəçi4 xx.xx.1993-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş və atası Ərizəçi3 Teymur oğlu, anası X4r. Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X8 xx.xx.1964-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş və atası X14, anası X15r. Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X18 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X12 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Ərizəçi3 ilə X8 xx.xx.1991-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra qadına “İbişov” soyadı verilmişdir. JN-975F KOD 60713018 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, bu şəhadətnamə Beyləqan rayonu, İ Şahsevən kənd sakini X5, X6, Ərizəçi3 Teymur oğluna, X7, X19 və X17 Beyləqan rayon Aqrar İslahat komissiyasının 16 noyabr 1991-ci il tarixli 58 saylı qərarı əsasında 0.32 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, JN-975F nömrəli torpaq sahəsinin DTXK tərəfindən verilmiş “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə” sənədinin adlı siyahısında X3 dəyişdirilərək X1, Ərizəçi3 Teymur oğlunun dəyişdirilərək Ərizəçi3 kimi, X2 dəyişdirilərək, Ərizəçi1 kimi, X16 dəyişdirilərək Ərizəçi4 kimi, X10 dəyişdirilərək, Ərizəçi2 kimi qeyd edilməsi üçün müvafiq icra hakimiyyəti orqan tərəfindən həmin səhvin eyniləşdirilməsinə dair “Akt” sənədi təqdim edilmədiyinə əsasən icrası mümkün olmamışdır. 25 aprel 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçilər tərəfindən hazırki ərizənin verilməsi üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN- 975F KOD 60713018 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X9 adı və ata adı yanlış olaraq “Leylan” və “Bəhərəm”, Ərizəçi3 ata adı yanlış olaraq “Teymur”, Ərizəçi1 adı yanlış olaraq “Lalə”, Ərizəçi4 soyadı yanlış olaraq “İbişov”, Ərizəçi2 soyadı yanlış olaraq “İbişov”, kimi göstərilmişdir. Hazırki faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Göründüyü kimi, ərizəçilərin JN-975F KOD 60713018 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən adı, ata adı və soyadı şəxsiyyətlərini təsdiq edən sənəddəki, habelə digər rəsmi sənədlərdəki adı, ata adı və soaydı ilə düz gəlmir, həmin şəhadətnamə isə hüquqmüəyyənedici sənəddir və ərizəçilər müvafiq dövlət qurumuna sənəddə olan səhvin aradan qaldırılmasını (düzəldilərək) xahiş etsə də, lakin dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, JN-975F KOD 60713018 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi3, Ərizəçi1, Ərizəçi4, Ərizəçi2 və mərhum X11 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN-975F KOD 60713018 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi3, Ərizəçi1, Ərizəçi4, Ərizəçi2 və mərhum X11 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi3 aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-912/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-912/2024
07.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver