Məhkəmə qərarları › İş №2(020)-930/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-930/2023

08.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-930/2023 08.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə Ərizəçi1 və Ərizəçi2 vəkalətli nümayəndəsi X4 iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair işə Beyləqan şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək X2, X3 adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-487A 60713018 saylı Şəhadətnamədəki qeylərin Məmmədova (Talıbova) Fatma Akif qızına və Bayramova (Talıbova) Günel Akif qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 vəkalətli nümayəndəsi X6 ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadığı Beyləqan rayonun 1-ci Şahsevən kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarı ilə ona və ailə üzvlərinə 0,15 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa JN-487A 60713018 saylı Şəhadətnamə tərtib edilmişdir. Tərtib olunmuş Şəhadətnamədə Ərizəçi1 səhvən X7 kimi, Ərizəçi2 səhvən X1 qeyd edilmişdir. Hazırda o, həmin yanlışlıqla əlaqədar olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirə bilmir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, X2, X3 adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-487A 60713018 saylı Şəhadətnamədəki qeylərin Məmmədova (Talıbova) Fatma Akif qızına və Bayramova (Talıbova) Günel Akif qızına məxsus olmasının müəyyən ediliməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-487A 60713018 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamədən görünür ki, ərizəçi və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarına əsasən 0,15 ha pay torpaq ahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1989-cı ildə anadan olmuş, Beyləqan rayonunun Təzəkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1985-cı ildə anadan olmuş, Beyləqan rayonunun Təzəkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nin 10-ci Şahsevən kənd İƏD üzrə nümayəndəliyinin 04 mart 2023-cü il tarixli 324 saylı arayışından görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-487A saylı Şəhadətnamədə Ərizəçi1 səhvən X7 kimi, Ərizəçi2 səhvən X1 yazılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqn ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçi JN 487A saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqən ərazi idarəsinə müraciət etmiş, ona köməklik edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonun Dünyamalılar kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarı ilə Ərizəçi1 və onun ailə üzvlərinə 0,15 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq JN-487A 60713018 saylı Şəhadətnamə təsdiq edilmişdir. Tərtib olunmuş Şəhadətnamədə ərizəçilər Ərizəçi1 səhvən X7 kimi, Ərizəçi2 səhvən X1 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, şəhadətnamələrdə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X2 və X3 adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-487A 60713018 saylı Şəhadətnamədəki qeydlərin Məmmədova (Talıbova) Fatma Akif qızına və Bayramova (Talıbova) Günel Akif qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar