Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-952/2023 20.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi7 və Ərizəçi6 ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 13 avqust 2004-cü il tarixli 15 nömrəli qərarına əsasən X20, X24, X11, X18, X21, X22, Ərizəçi6 Ayaz qızı, X4 adına Beyləqan rayonunun Əhmədli kəndində 0,20 ha torpaq sahəsi verilməsinə dair JN-130A KOD 60704018 saylı Şəhadətnamədəki qeydlərinin Ərizəçi1, Ərizəçi2, Əsgərova (Dostueva) Gülnaz Garay qızı, Ərizəçi4, Ərizəçi5, Ərizəçi7, Ərizəçi6, X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi1 məhkəmədə ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonunun Əhmədli kəndində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 13 avqust 2004-cü il tarixli 15 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-130A KOD 60704018 saylı Şəhadətnaməyə əsasən 2,20 ha pay torpaq sahəsi verilmişdir. X17 Natiq İbrahim oğlu səhvən X9, Ərizəçi2 səhvən X13, Əsgərova (Dostueva) Gülnaz Garay qızı səhvən X3, Ərizəçi4 səhvən X8, Ərizəçi5 səhvən X10, Ərizəçi7 səhvən X12, Ərizəçi6 səhvən Ərizəçi6 Ayaz qızı kimi, X1 X2 qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan 6 saylı ərazi İdarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırılması üçün yalnız məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Həmin yalnışlığa görə torpaq sahəsi üzərində hər hansı bir hüquqlarını həyata keçirə bilmirlər. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 13 avqust 2004-cü il tarixli 15 nömrəli qərarına əsasən X20, X24, X11, X18, X21, X22, Ərizəçi6 Ayaz qızı, X4 adına Beyləqan rayonunun Əhmədli kəndində 0,20 ha torpaq sahəsi verilməsinə dair JN-130A KOD 60704018 saylı Şəhadətnamədəki qeydlərinin Ərizəçi1, Ərizəçi2, Əsgərova (Dostueva) Gülnaz Garay qızı, Ərizəçi4, Ərizəçi5, Ərizəçi7, Ərizəçi6, X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Digər ərizəçilərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına gəlməmişlər. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizəni əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-130A KOD 60704018 saylı, 13 avqust 2004-cü il tarixli 15 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Beyləqan rayonunun Əhmədli kəndində torpaq sahələri islahata gedərkən ərizəçilərə və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 13 avqust 2004-cü il tarixli 15 saylı qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair JN-130A KOD 60704018 saylı Şəhadətnamə ilə 0,20 ha pay torpaq sahəsi verilmişdir. X17 Natiq İbrahim oğlu səhvən X9, Ərizəçi2 səhvən X13, Əsgərova (Dostueva) Gülnaz Garay qızı səhvən X3, Ərizəçi4 səhvən X8, Ərizəçi5 səhvən X10, Ərizəçi7 səhvən X12, Ərizəçi6 səhvən Ərizəçi6 Ayaz qızı kimi, X1 X2 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqn ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçi JN-130A KOD 60704018 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqən ərazi idarəsinə müraciət etmiş, ona ərizəsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonun Əhmədli kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 13 avqust 2004-cü il tarixli 15 saylı qərarı ilə X14 qızına və onun ailə üzvlərinə 2,20 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-130A KOD 60704018 saylı Şəhadətnamə təsdiq edilmişdir. Tərtib olunmuş Şəhadətnamədə Ərizəçi1 səhvən X9, Ərizəçi2 səhvən X13, Əsgərova (Dostueva) Gülnaz Garay qızı səhvən X3, Ərizəçi4 səhvən X8, Ərizəçi5 səhvən X10, Ərizəçi7 səhvən X12, Ərizəçi6 səhvən Ərizəçi6 Ayaz qızı kimi, X1 X2 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 13 avqust 2004-cü il tarixli 15 nömrəli qərarına əsasən X20, X24, X11, X18, X21, X22, Ərizəçi6 Ayaz qızı, X4 adına Beyləqan rayonunun Əhmədli kəndində 0,20 ha torpaq sahəsi verilməsinə dair JN-130A KOD 60704018 saylı Şəhadətnamədəki qeydlərinin Ərizəçi1, Ərizəçi2, Əsgərova (Dostueva) Gülnaz Garay qızı, Ərizəçi4, Ərizəçi5, Ərizəçi7, Ərizəçi6, X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-952/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-952/2023
20.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver