Məhkəmə qərarları › İş №2(020)-955/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-955/2023

05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-955/2023 05.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə mərhum atası Ağayev Qurbanın adına verilmiş A 370179 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquqi sahiblərinin adlı siyahısındakı qeydin X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə Torpaq sahəsinin Plan və ölçüsü sənədində əsasən mərhum atası Ağayev Qurbana həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin Torpaq sahəsinin adlı siyahısında mərhum atasının adı X3 olduğu halda səhvən Ağayev Qurban kimi yazılmışdır. Atası Qurban xx.xx.2022-ci ildə ölmüşdür. Faktın müəyyən edilməsi ona torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Odur ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə mərhum atası Ağayev Qurbanın adına verilmiş A 370179 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquqi sahiblərinin adlı siyahısındakı qeydin X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə Torpaq sahəsinin Plan və ölçüsü sənədinə əsasən mərhum atası Ağayev Qurbana həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçi Torpaq sahəsinin planı və ölçüsündə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə Torpaq sahəsinin Plan və ölçüsü sənədinə əsasən ərizəçinin mərhum atası X2 həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin Torpaq sahəsinin adlı siyahısında mərhum X1 Ağayev Qurban kimi yazılmışdır. Qurban Ağayev xx.xx.2022-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, hazırkı sənəd torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı lazım olduğundan və ərizəçi həmin sənədi başqa cür əldə edə bilmədiyindən onun ərizəsi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə mərhum Ağayev Qurbanın adına verilmiş A 370179 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədində hüquqi sahiblərinin adlı siyahısındakı qeydin X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar