Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-963/2023 09.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Abbasova (Əliyeva) Fəxriyyə Təhmiraz qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi1 və Abbasova (Əliyeva) Fəxriyyə Təhmiraz qızı məhkəməyə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə müraciət etmişlər. İş baxılması üçün 09 iyun 2023-cü il tarixə təyin olunaraq ərizəçilər və maraqlı tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər. Buna baxmayaraq ərizəçilər məhkəmə iclasına gəlməmiş, maraqlı tərəf nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Həmçinin ərizəçilər işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizəçilərə adı çəkilən Məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdırlar. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçilər və maraqlı tərəfin vəkalətli nümayəndəsi məhkəmə iclasına üzürlü səbəb olmadan gəlmədiklərindən ərizə baxılmamış saxlanılsın. Ərizəçilər tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul onlara qaytarılsın. Ərizəçilərə izah edilsin ki, ərizənin baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-963/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-963/2023
09.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver