Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-975/2023 05.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayonu İcra hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarına əsasən Ərizəçi1 Adil oğluna, X5 və X2 Beyləqan şəhərində 585.33 kv.metr torpaq sahəsi verilməsinə dair A-301534 nömrəli Torpaq sahəsinin Plan və Ölçüsü sənədində hüquqi sahiblərinin adlı siyahısında akt qeydlərinin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayonu İcra hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə ona və ailə üzvlərinə A 301534 nömrəli Torpaq sahəsinin Plan və ölçüsünə əsasən 585.33 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Torpaq sahəsinin Plan və Ölçüsünün adlı siyahısında o, Ərizəçi1 olduğu halda səhvən Ərizəçi1 Adil oğlu kimi, Ərizəçi2 səhvən X3, Ərizəçi3 isə səhvən X1 qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin torpaq sənədinin plan və ölçüsündə olan ad səhvliyinə görə çətinliklərlə üzləşirlər. Faktın müəyyən edilməsi ona torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Odur ki, Beyləqan rayonu İcra hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarına əsasən Ərizəçi1 Adil oğluna, X5 və X2 Beyləqan şəhərində 585.33 kv.metr torpaq sahəsi verilməsinə dair A-301534 nömrəli Torpaq sahəsinin Plan və Ölçüsü sənədində hüquqi sahiblərinin adlı siyahısında akt qeydlərinin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilər Ərizəçi2 və Ərizəçi3 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan rayonu İcra hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə ərizəçilər və ailə üzvlərinə A 301534 nömrəli Torpaq sahəsinin Plan və ölçüsünə əsasən 585.33 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi1 xx.xx.1977-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi2 xx.xx.1993-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi3 xx.xx.1997-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçilər Torpaq sahəsinin planı və ölçüsündə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonu İcra hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə ərizəçilər və ailə üzvlərinə A 301534 nömrəli Torpaq sahəsinin Plan və ölçüsünə əsasən 585.33 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Torpaq sahəsinin Plan və Ölçüsünün adlı siyahısında Ərizəçi1 səhvən Ərizəçi1 Adil oğlu kimi, Ərizəçi2 səhvən X3, Ərizəçi3 isə səhvən X1 qeyd edilmişdir. Lakin torpaq sənədinin plan və ölçüsündə olan ad səhvliyinə görə çətinliklərlə üzləşirlər. Faktın müəyyən edilməsi ona torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayonu İcra hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən Ərizəçi1 Adil oğluna, X5 və X2 Beyləqan şəhərində 585.33 kv.metr torpaq sahəsi verilməsinə dair A-301534 nömrəli Torpaq sahəsinin Plan və Ölçüsü sənədində hüquqi sahiblərinin adlı siyahısında akt qeydlərinin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-975/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-975/2023
05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver