Məhkəmə qərarları › İş №2(021)-1006/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1006/2024

20.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1006/2024 20.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X23 iclas kаtibliyi, İddiaçı, Cavabdeh1 və üçüncü şəxs X19 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “qanun üzrə X36 şəhadətnamənin, daşınmaz əmlakın bağışlama müqaviləsinin və onun bütün digər hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə X36” şəhadətnamənin, cavabdehlər arasında bağlanmış 0.039 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 54.4 kv.m fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixli, 4Ə-1465 saylı bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 0.039 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 54.4 kv. metr olan fərdi yaşayış evi anası X13 mülkiyyətində olmuşdur. Anası xx.xx.2006-cı ildə vəfat etmişdir. Qeyd edir ki, valideynlərinin birgə nikahından X14 xx.xx.1964-cü ildə anadan olub və xx.xx.2018-ci ildə vəfat etmişdir. X20 xx.xx.1958-ci ildə anadan olub və xx.xx.2018-ci ildə vəfat etmişdir. X17 xx.xx.1957-ci ildə anadan olmuş və xx.xx.2016-cı ildə vəfat etmişdir. X15 xx.xx.1950-ci ildə anadan olub və xx.xx.2020-ci ildə vəfat etmişdir. X18 xx.xx.1953-cü ildə anadan olub və xx.xx.2022-ci ildə vəfat etmişdir. Bildirir ki, sağ qalan yeganə vərəsə özüdür. Qeyd edir ki, o və digər bacı-qardaşları ailə qurduqdan sonra, hər biri ayrı-ayrı yerlərdə yaşamış və anası vəfat etdikdən sonra həmin ev boş qalmışdır. Ona miras əmlakın tərəfindən qəbul edilməsi üçün Bərdə Regional ASAN Xidmət Mərkəzində notairat ofisinə müraciət edərkən ona məlum olmuşdur ki, hazır ki, iş üzrə cavabdehlər ona məlumat vermədən, anasından qalmış miras əmlaka dair xx.xx.2023-cü il tarixə Bərdə Regional ASAN Xidmət Mərkəzində notariat ofisində Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışlar. xx.xx.2023-cü il tarixdə isə hər birinin payı 1/3 hissə olmaqla ev və evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını **********55 saylıq reyestrlə və ********** saylı qeydiyyat nömrəsi ilə qeydə aldıraraq çıxarış almışlar. xx.xx.2023-cü il tarixdə isə hər üçü X16 etibarnamə vermiş və həmin gün 4Ə-1465 saylı nömrə ilə Mirdadaş Novruzov da qardaşı, hazırkı iş üzrə digər Cavabdeh4 bağışlamışdır. Bildirmişdir ki, mirasın qəbulu, çıxarışın alınması, etibarnamənin verilməsi və miras evin bağışlanması cəmi 3 gün ərzində həyata keçirilmişdir. Hüquq və vəzifələrinə, maraq və mənafelərinə toxunduğundan Bərdə rayon Məhkəməsinin müvafiq qərardadları ilə X21, X30 və X35 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, bildirdi ki, cavabdehlər dələduzluq ediblər, vərəsə özü olmalı idi. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildidi ki, onu aldatmışlar ki, evi banka qoyub pul götürəcəklər, o da oxumadan imza etmişdir. Daha sonra biləndə 1 həftə sonra etirbarnaməni geri qaytarmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən işə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35 bildirdi ki, evə 54000 manat məbləğində pul vermiş və evi qanuni şəkildə almışdır. Evi Mirdadaş adlı maklerlə almış və ona da əlavə 500 manat pul vermişdir. İddianı qəbul etmədiyini bildirərək təmin olunmamasını xahiş etdi. İş üzrə digər cavabdehlərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxslər məhkəmə iclasında iştirak etməmiş və üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməməklə bağlı məhkəməyə əvvəlcədən lazimi qaydada məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materialları üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “qanun üzrə X36 şəhadətnamənin, daşınmaz əmlakın bağışlama müqaviləsinin və onun bütün digər hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dаir iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AA ******* seriyalı, FİN xxxxxxx kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İş materiallarında olan AA ******* seriyalı, FİN xxxxxxx kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1970-ci ildə anadan olmuşdur. İş materiallarında olan AZE 13198833 seriyalı, FİN 3S1ZGLF kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X35 xx.xx.1963-cü ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “ASAN XİDMƏT” X27 tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1924-cü ildə Bərdə Rayonunda anadan olmuş və xx.xx.2006-cı il tarixdə vəfat etmiş X10 barəsində Ədliyyə Nazirliyinin “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü il tarixədək yoxlama aparılmışdır. Yoxlama nəticəsində məlum olmuşdur ki, Maya Novruzovanın 1. X4 xx.xx.1964-cü ildə anadan olub və xx.xx.2018-ci ildə vəfat etmişdir. 2. X8 xx.xx.1958-ci ildə anadan olub və xx.xx.2018-ci ildə vəfat etmişdir. 3. X6 xx.xx.1957-ci ildə anadan olmuş və xx.xx.2016-cı ildə vəfat etmişdir. 4. X5 xx.xx.1950-ci ildə anadan olub və xx.xx.2020-ci ildə vəfat etmişdir. 5. Qızı İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. 6. X7 xx.xx.1953-cü ildə anadan olub və xx.xx.2022-ci ildə vəfat etmişdir. İş materiallarında olan 26 iyul 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, həddiyə verən tərəf Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hədiyyə alan tərəf isə Cavabdeh4dur. Həmçinin müqavilədə göstərilənlərdən məlum olur ki, hədiyyənin predmeti ünvan 1 ünvanda yerləşən 0.039 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 54.4 kv metr olan fərdi yaşyış evidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0.039 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 54.4 kv.metr olan fərdi yaşyış evinə mülkiyyət hüququnun yaranması üçün vərəsə qisimində: 1-ci dərəcəli vərəsə Cavabdeh3 1/3 pay hissə olmaqla, 2-ci dərəcəli vərəsə Cavabdeh1 1/3 pay hissə olmaqla və 3-cü dərəcəli vərəsə Cavabdeh2 1/3 pay hissə olmaqla tanınmışlar. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına dair dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh3 1/3 pay hissə olmaqla, Cavabdeh1 1/3 pay hissə olmaqla və Cavabdeh2 1/3 pay hissə olmaqla mülkiyyət hüquqlarına dair xx.xx.2023-cü il tarixə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, notariat hərəkətinin növü X36 şəhadətnamənin verilməsidir. Çıxarışda ölmüş şəxs miras qoyan: X24, ölmüş vərəsə: X14, ölmüş vərəsənin vərəsələri: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların etibarnamə üzrə nümayəndəsi X21 göstərilmişdir. İş mateiallarında olan DİN tərəfindən verilmiş yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh1 08 avqust 2005-ci il tarixdən ünvan 4-da qeydiyyatdadır. İş materiallarında olan Bərdə Regional “ASAN Xidmət” X27 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlamadan aşkar edilmişdir ki, ailə tərkibinə həyat yoldaşı X25, oğlu X11 daxildir. Həmçinin qeyd edilmişdir ki, arayışda yalnız ərizəçinin tələb etdiyi şəxslər barədə məlumatlar göstərilmişdir. İş materiallarında olan Bərdə Regional “ASAN Xidmət” X27 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlamadan aşkar edilmişdir ki, ailə tərkibinə həyat yoldaşı X14 (vəfat etmişdir), oğlu Cavabdeh2 daxildir. Həmçinin qeyd edilmişdir ki, arayışda yalnız ərizəçinin tələb etdiyi şəxslər barədə məlumatlar göstərilmişdir. İş materiallarında olan Bərdə Regional “ASAN Xidmət” X27 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixə vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlamadan aşkar edilmişdir ki, oğlu X3 daxildir. Həmçinin qeyd edilmişdir ki, arayışda yalnız ərizəçinin tələb etdiyi şəxslər barədə məlumatlar göstərlimişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh3 bildirmişdir ki, ona məxsus olan və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan, X31, X43, X12, X39 onun ailə üzvləri deyil, şəxsən tanımır və heç bir qohumluq və digər münasibətləri yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh2 bildirmişdir ki, ona məxsus olan və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan, X31, X43, X12, X39 onun ailə üzvləri deyil, şəxsən tanımır və heç bir qohumluq və digər münasibətləri yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 bildirmişdir ki, ona məxsus olan və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan, X31, X43, X12, X39 onun ailə üzvləri deyil, şəxsən tanımır və heç bir qohumluq və digər münasibətləri yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh4 bildirmişdir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olan və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan, X31, X43, X12, X39 haqqında məlumatı vardır. Onların sözügedən evdə qeydiyyatda olduqları halda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə həmin evin alqı-satqı yolu ilə adına sənədləşdirilməsi ilə əlaqədar razılığa gəlmişlər. İş materiallarında olan Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, Bərdə şəhəri Ə.Ədilov küçəsi 19 ünvanında yerləşən fərdi yaşayış evi “Paşa Sığorta” Asc tərəfindən sığortalanmış və burada sığortalı kimi Cavabdeh4 göstərilmişdir. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X30 və X35 arasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi 53000 manata satılmışdır. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli sorğu məktubundan görünür ki, məhkəmə tərəfindən iş üzrə Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə ünvan 5 ünvanında yerləşən 54.40 kv.m fərdi yaşayış evi və 0.039 ha torpaq sahəsinə dair vərəsəlik işinin açılıb-açılmaması, habelə hansı vərəsələrin mülkiyyətinə verilməsi ilə bağlı məlumatın məhkəməyə təqdim edilməsi üçün sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq göndərilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2024cü il tarixli cavab məktubundan görünür ki, “Elektron Notariat” İnformasiya sistemində X13 miras əmlakına dair xx.xx.2023-cü il tarixdə 912 nömrə ilə X36 şəhadətnamə verildiyi müəyyən edilmişdir. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli məktubdan görünür ki, məhkəmə tərəfindən iş üzrə Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat X53 küçəsi ev 19 ünvanında yerləşən 54.40 kv.m fərdi yaşayış evi və 0.039 ha torpaq sahəsinə dair vərəsəlik işinin açılıb-açılmaması habelə hansı vərəsələrin mülkiyyətinə verilməsi ilə bağlı məlumatın məhkəməyə təqdim edilməsi üçün sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq göndərilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2024cü il tarixli cavab məktubundan görünür ki, sözügedən fərdi yaşayış evi və torpaq sahəsinə dair verilmiş 24 iyul 2023-cü il tarixli, 2V-912 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və onun rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin təsdiq edilmiş kserosurətləri məhkəməyə göndərilmişdir. Sözü gedən sənədlər iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli sorğu məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ilk əvvəl Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər birinin 1/3 hissə paylı xüsusi mülkiyyətində olmuş və sonradan 26 iyul 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsinə əsasən Cavabdeh4 bağışlanmış ünvan 7 ünvanında yerləşən 54,40 kv.m fərdi yaşayış evi və 0,0390 ha torpaq sahəsinin hazırda kimin mülkiyyətində olması və əmlakın qanuni rejimi, bununla hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətinin, həmçinin həmin ilk əvvəl hansı əsasla (vərəsəlik şəhadətnaməsi və s.) Cavabdeh1, Tural və Cavabdeh3 paylı mülkiyyətlərinə keçməsi barədə hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi üçün sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq göndərilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2024cü il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 54.4 kv metr olan fərdi yaşyış evi hazırda xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə X19 adına qeydiyyata alınmışdır. Bununla bağlı hüquqmüəyyənedici sənədlərin surətləri məhkəməyə təqdim edilmiş və müvafiiq olaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 05 mart 2024-c il tarixli, 2(021)- 1006/2024 saylı qərardadından görünür ki, hazır ki iş üzrə X21 müstəqil təlləb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 05 mart 2024-c il tarixli, 2(021)- 1006/2024 saylı qərardadından görünür ki, hazır ki iş üzrə X30 və X35 müstəqil təlləb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə X36” şəhadətnamənin, cavabdehlər arasında bağlanmış 0.039 ha həyətyani torpaq sahəsi və onun üzərində yerləşən 54.4 kv.m fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixli, 4Ə-1465 saylı bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.3-ci maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1229-cu maddəsinə əsasən vəsiyyətnamənin etibarsız sayıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər. 1230-cu maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Bundan başqa Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Həmin qərarın 10.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Bundan başqa əqdlərin etibarsızlığı ilə bağlı məhkəmə onu da bildirir ki, 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kəsici müddətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddianın başlığında çıxarışın etibarsızlığı qeyd edilsə də xahiş etdi hissəsində çıxarışın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, çıxarış daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan hüquqların nəticəsi olmaqla daha çox mülki münasibətlərin nəticəsi olduğundan və inzibati akt hesab edilmədiyindən, hazırki mübahisə isə mülki hüquq xarakerli münasibətlərdən yarandığından məhkəmə iddia tələbini çıxarışın etibarsız hesab edilməsi tələbi kimi qəbul etməklə həmin tələbə hüquqi qiymət verib iddianın təmin edilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: - Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Bu cür tənzimləmənin əsas və ən vacib şərti isə müvafiq normaların Konstitusiyaya uyğunluğudur. Bu şərt Konstitusiyanın 149-cu maddəsinin İİİ hissəsindən irəli gəlir ki, həmin maddəyə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Mülki Məcəllənin mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X34 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının həmin Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir. Lakin qanunvericilikdə bununla bağlı hər hansı dəyişiklik həyata keçirilmədiyindən və sorğuda da qeyd olunduğu kimi, Mülki Məcəllədə mirasın həm qəbulu, həm də ondan imtina müddətinin nəzərdə tutulması, birincinin digərindən daha uzun olması hüquq tətbiqetmə təcrübəsində qeyri-müəyyənliyin və fərqli yanaşmaların yaranmasına və nəticədə şəxslərin vərəsəlik və mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarına təminat verməklə yanaşı, bu hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir, lakin hər hansı hüquq və azadlıqların məhdudlaşdırılmasını dövlət tərəfindən güdülən məqsədə mütənasib olması ilə şərtləndirir. Eyni hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Beləliklə, Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilənin əsaslandırılması üçün üç meyar müəyyən etmişdir: - müdaxilənin hüquqi əsası olmalıdır; - müdaxilə ictimai maraqlara cavab verməlidir; - müəyyən edilmiş qayda əldə ediləcək məqsədə mütənasib olmalıdır. Odur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Həmin qərarda daha sonra göstərilmişdir ki, Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Lakin mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyrimüəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır. Beləliklə, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Konstitusiya icraatı qaydasında işə baxılarkən daxil olmuş mütəxəssis mülahizələrində və ekspert rəylərində də istisnasız olaraq eyni yanaşma ifadə edilərək Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinə zidd olduğu bildirilmişdir. Oxşar hüquqi mövqe Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı iş materiallarına və toplanmış sübutlara əsasən onu qeyd edir ki, ünvan 1 ünvanda yerləşən 0.039 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 54.4 kv. metr olan fərdi yaşayış evi iddiaçının mərhumə anası X13 mülkiyyətində olmuşdur. Anası xx.xx.2006-cı ildə vəfat etmişdir. İddiaçının valideynlərinin birgə nikahından X14 xx.xx.1964-cü ildə anadan olub və xx.xx.2018-ci ildə vəfat etmişdir. X20 xx.xx.1958-ci ildə anadan olub və xx.xx.2018-ci ildə vəfat etmişdir. X17 xx.xx.1957-ci ildə anadan olmuş və xx.xx.2016-cı ildə vəfat etmişdir. X15 xx.xx.1950-ci ildə anadan olub və xx.xx.2020-ci ildə vəfat etmişdir. X18 xx.xx.1953-cü ildə anadan olub və xx.xx.2022-ci ildə vəfat etmişdir. Hazırda sağ qalan yeganə vərəsə özüdür. Miras əmlakın tərəfindən qəbul edilməsi üçün Bərdə Regional ASAN Xidmət Mərkəzində notairat ofisinə müraciət edərkən məlum olmuşdur ki, hazır ki, iş üzrə cavabdehlər ona məlumat vermədən, anasından qalmış miras əmlaka dair xx.xx.2023-cü il tarixə Bərdə Regional ASAN Xidmət Mərkəzində notariat ofisində Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışlar. xx.xx.2023cü il tarixdə isə hər birinin payı 1/3 hissə olmaqla ev və evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını **********55 saylıq reyestrlə və ********** saylı qeydiyyat nömrəsi ilə qeydə aldıraraq çıxarış almışlar. xx.xx.2023-cü il tarixdə isə cavabdehlərin hər üçü X16 etibarnamə vermiş və həmin gün 4Ə-1465 saylı nömrə ilə Mirdadaş Novruzov da qardaşı, hazırkı iş üzrə digər Cavabdeh4 bağışlamışdır. İş materiallarında olan notarial təsdiqli ərizələr və müqavilələrə əsasən bütün bu notarial əməliyyatlar etibarnamə üzrə nümayəndə olan, hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X21 tərəfindən həyata keçirilmişdir. Yəni hamının adından Mirdadaş Novruzov sənədləri imzalamışdır ki, bu da sənədlərin etibarlılığını şübhə altına alır və iş üzrə tərəflərin qeyd etdiyi kimi fərdi yaşayış evi və torpaq sahəsinin aldadılma nəticəsində kənar şəxslərə satılmasına səbəb olmuşdur. Mübahisə predmeti olan və miras qalan fərdi yaşayış evi və torpaq sahəsinə dair bağışlama müqaviləsinin bağlanması tarixi olan 26 iyul 2023-cü il tarixdən etibarən 1 il ərzində daşınmaz əmlak Cavabdeh4 tərəfindən 08 avqust 2023-cü ildə 29000 manata X2. Həmin tarxdən isə qısa müddət sonra, yəni 02 fevral 2024-cü ildə miras qalan daşınmaz əmlak X1. Bununla da kifayətlənməyən üçüncü şəxs Mirdadaş Novruzov hətta evin hazırki mülkiyyətçisi Zahid Məmişovdan da vasitəçi qismində pul almışdır. Məhkəmə hesab edir ki, mərhumə X13 qanun üzrə birinci növbə vərəsəsi olan hazırki iş üzrə İddiaçı çatacaq miras payı nəzərə alınmadan mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən 54,4 kv.metr fərdi yaşayış evi və 0,039 ha torpaq sahəsi cavabdehlər vasitəsilə 3-cü şəxslərə satılmışdır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, baxmayaraq ki, hazırki işdə üçüncü şəxs qismində işə cəlb edilən X35 vicdanlı alıcı qismində çıxış etmişdir, lakin Konstitusiya Məhkəməsi Plenumunun sonuncu qərarına və Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən vərəsə rəsmi şəkildə mirasdan imtina etməmişsə ona çatacaq miras payı müddətdən asılı olmayaraq qanunla qorunur və vərəsənin mülkiyyəti hesab edilir. Cavabdeh1 da iddianın təmin edilməsini xahiş etmiş və məhkəmə iclasında Cavabdeh4 və onun qardaşı olan iş üzrə üçüncü şəxs Novruzov Mirdadaşın onu aldatdığını və torpağı ələ keçirərək başqa adamlara satdığını qeyd etmiş, hətta üçüncü şəxs qismində çıxış edən Zahid Məmişov da Mirdadaş Novruzovun ondan vasitəçilik haqqı aldığını qeyd etmişdir. Bütün notarial əməliyyatlarda Mirdadaş Novruzovun iştirakı və əmlakın cavabdeh Mirpaşa Noruzov tərəfindən başqa şəxsə satılması, cavabdeh və üçüncü şəxsin izahatına əsaslanaraq məhkəmə hesab edir ki, həqiqətən Cavabdeh4 və onun qardaşı olan üçüncü şəxs Mirdadaş Novruzovun digər Cavabdeh1 və onun övladlarını aldadaraq, həmçinin İddiaçı payını gizlədərək ondan xəbərsiz bağışlama və alqı-satqı müqavilələrinin bağlanmasına və iddiaçının miras payının itirilməsinə səbəb olmuşdur ki, bu da mübahisə predmeti olan daşınmaz əmlakın qanunsuz özgəninkiləşdirilməsi ilə nəticələnmişdir. Həmçinin, hazırki işdə vərəsənin miras payı onun mülkiyyəti hesab edildiyindən hazırki iddiaya əqdlərin etibarsızlığı ilə bağlı kəsici müddət də tətbiq edilmədiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə X36” Şəhadətnamə və cavabdehlər arasında bağlanmış 0.039 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 54.4 kv.m fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixli, 4Ə-1465 saylı bağışlama müqaviləsi və onun bütün hüquqi nəticələri etibarsız hesab edilməlidir. Belə ki, X13 mülkiyyətində olmuş və ondan miras qalmış ünvan 8 ünvanında yerləşən 0.039 ha torpaq sahəsi və onun üzərində yerləşən 54.4 kvm olan fərdi yaşayış evində X13 vərəsəsi olaraq İddiaçı da miras payı mövcuddur. Bundan başqa MM-in 384.0.4-cü maddəsində göstərilir ki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir. Həmçinin, hazırki tələbə MM-in 354.1-ci maddəsindəki müddət tətbiq edilmir. Çünki, hazırki iddia tələbi iddiaçı olan vərəsənin miras payından, yəni mülkiyyət hüququndan irəli gəlir. AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “qanun üzrə X36 şəhadətnamənin, daşınmaz əmlakın bağışlama müqaviləsinin və onun bütün digər hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər X26, Cavabdeh2 və Cavabdeh3 verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə X36” Şəhadətnamə və cavabdehlər arasında bağlanmış 0.039 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 54.4 kv.m fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixli, 4Ə-1465 saylı bağışlama müqaviləsi və onun bütün hüquqi nəticələri (ondan irəli gələn alqı-satqı müqavilələri) etibarsız hesab edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar