Məhkəmə qərarları › İş №2(021)-1008/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1008/2023

11.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1008/2023 11.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə Rayon Dövlət Arxiv İdarəsində saxlanılan “Azərbaycan” adına kolxozda 1975, 1976, 1977 və 1979-cu illərdə işlədiyini təsdiq edən sənələrdə X2 ad, soyad və ata adının Ərizəçi kimi qeyd olunmaqla hüquqmüəyyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışlar ki, 17 dekabr 1961-ci ildə Bərdə rayonu Qazaxlar kəndində anadan olmuşdur. Ona məxsus 24 dekabr 1961-ci il tarixdə verilmiş AZ *3*852 saylı "doğum haqqında şəhadətnamə" 17 dekabr 1961-ci il tarixdə Bərdə rayonu Qazaxlar kəndindən andan olmağı və adının Bəşir olması öz əksini tapmışdır. Qazaxlar kənd orta məktəbində təhsil alıb, məktəbi bitirərək ordu sıralarına qatılmış və hərbi xidmətini başa vurmuşdur. Ona aid olan bütün orta məktəb və hərbi xidməti dövründə tərtib olunmuş sənədlərdə, o, cümlədən ona məxsus 15 noyabr 1995-ci il tarixli AZE *31327*3 əmək kitabçasında, 66 - ******* saylı Rusiya Federasiyasına məxsus şəxsiyyətini təsdiq edən sənədin surətlərindən də göründüyü kimi soyad, ad və ata adı qrafasında düzgün olaraq Ərizəçi kimi qeyd olunmuşdur. Həmçinin əmək kitabçasında da işlədiyi illər öz əksini tapmış və soyad, ad və ata adı Ərizəçi qeyd edilmişdir. Sovetlər birliyi dövründə Azərbaycan adına kolxozda kolxozçu kimi fəailyyət göstərib və kolxoz tərəfindən bərdə rayon Dövlət arxiv idarəsinə verilmiş sənədlərində 1975,1976,1977,1979-cu illərdə adı X1 yazılmışdır. Azərbaycan Respublkiasının Bərdə Rayon İcra Hakimiyyətinin Başçısının Xəsili Kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 23 dekabr 2*22-ci il tairlxi 7*3 saylı arayışından göründüyü kimi Bərdə rayonu Qazaxlar kəndində 17 dekabr 1961 ci il tarixində anadan olmuş Ərizəçi ondan ötəri ki , vətəndaş sovetlər birliyi dövründə kolxozda kolxozçu kimi fəaliyyət göstərmiş,kolxoz sənədlərində 1975,1976,1977,1979 cu illərdə adı X1 yazılmışdır. Əslində Ərizəçi yazılmalıdır və hər ikisi eyni bir şəxsdir. Bərdə rayon Qazaxlar kənd Bələdiyyəsi və kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş 23 dekabr 2*22-ci il tarixli AKT dan göründüyü kimi 17 dekabr 1961-ci il tarixdə anadan olmuş Ərizəçi kənddə iki adla çağrılıb, Bəşir və Cavanşir . Arxiv sənədlərindəki uyğunzuluğu başqa cür aradan qaldıra bilmir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X6 ərizəni müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bərdə Rayon Dövlət Arxiv İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Rusiya Feederasiyası vətəndaşının pasportunuun surətindən müəyyən olunur ki, Ərizəçi 17 dekabr 1961-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZ *3*852 nömrəli doğum haqqında şəhadətnamənin suurətindən müəyyən olunur ki, Ərizəçi 17 dekabr 1961-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 dekabr 2*22-ci il tarixli, 289 nömrəli arxiv arayışından müəyyən olunur ki, rayon Dövlət Arxivində mühafizə edilən sabiq Azərbaycan adına kolxozunun (AİM) 1975-199*-cı illərə dair sənəd materiallarına əsasən 1975,1976,1977,1979 cu illərdə adı Nəsibov Cavanşir qeyd edilmiş, illər üzrə ata adı qeyd olunmamışdır. İş materiallarına əlavə edilmiş, AZE *1327*3 nömrəli, 15 noyabr 1995-ci il tarixli əmək kitabçasının surətindən müəyyən olunur ki, Ərizəçi 1975-ci ildən-199*-cı ilə qədər Bərdə rayon “Azərbaycan” kolxozunda işləmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Xəsili kənd İnzibati Ərazi Daairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 dekabr 2*22-ci il tarixli, 7*9 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi sovetlər birliyi dövründə kolxozda kolxozçu kimi fəaliyyət göstəərmiş, kolxoz sənədlərinə 1975,1976,1977-ci illərdə adı X1 yazılmışdır. Əslində Ərizəçi yazılmalıdır və hər ikisi eyni şəxsdir. İş materiallarına əlavə edilmiş 23 dekabr 2*22-ci il tarixli aktdan müəyyən olunur ki, 17 dekabr 1961-ci ildə anadan olmuş Ərizəçi kənddə iki adla Cavanşir və Bəşir adı ilə çağrılıbdır, əslində bunlar hər ikisi eyni bir şəxsdir və Ərizəçi kimi sənədlər üzrə yazılması aktlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Ərizəçi tərəfindən Əmək haqqının və ya əmək stajının ttəsdiq edilməsi haqqında sənəd barədə ərizə anketin surətindən müəyyən olunur ki, Ərizəçi əmək haqqı ilə bağlı ona arxivdən arayış verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 1975, 1976, 1977-ci illər üzrə kolxoz üzvünün və ailə üzvülərinnin qeydiyyatı kitabının surətindən müəyyən olunur ki, ərizçnin adı Nəsibov Cavanşir kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZE *3227939 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 2* dekabr 1949-cu ildə Bərdə rayonu, Qazaxlar kəndində doğulmuşdur, Bərdə rayonu, Qazaxlar kəndində qeydiyyatddadır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş *2 mart 2*23cü il tarixli, 49/*1 nömrəli arxiv arayışından müəyyən olunur ki, rayon Dövlət Arxivində mühafizə edilən sabiq Azərbaycan adına kolxozunun (AİM) 1975-199*-cı illərə dair sənəd materiallarına əsasən 1975,1976,1977,1979-cu illərdə adı Nəsibov Cavanşir qeyd edilmiş, illər üzrə ata adı qeyd olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*7.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Bərdə Rayon Dövlət Arxiv İdarəsində saxlanılan “Azərbaycan”adına kolxozda 1975, 1976, 1977 və 1979-cu illərdə X2 adına yazılmış sənədlərin Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-22*, 227, 233, 3*5-3*7, 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Bərdə Rayon Dövlət Arxiv İdarəsində saxlanılan “Azərbaycan” adına kolxozda 1975, 1976, 1977 və 1979-cu illərdə X2 adına yazılmış sənədlərin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar